Keşiş başını sürahiyə tərəf əydi, deyəsən damın alçaq olması onu yenicə narahat etməyə başladı. Bayırda hava niyə belə pis idi? Buna tutqun hava demək olmazdı, elə bil gecənin yarısı idi. Divarlara çökmüş qaranlığı azacıq da olsa səksəndirmək üçün böyük pəncərələrdən içəri kiçicik işartı belə düşmürdü. Üstəlik də xidmətçi baş mehrabdakı şamları bir-birinin ardınca söndürməyə başlamışdı.
– Mənə acığın tutdu?–K. keşişdən soruşdu,–bəlkə heç özün də hansı məhkəməyə qulluq etdiyini bilmirsən...
Cavab gəlmədi!
– Mən öz gördüklərimdən danışıram. Yuxarıda sakitlik idi.
– Sənin xətrinə dəyəmək istəmirdim...–K. yenə dilləndi. Elə həmin anda yuxarıdan keşişin qışqırtısı eşidildi:
– Sən iki addımdan o yanı görə bilmirsən?
Bu qışqırtıda qəzəb vardı, ancaq həm də elə bir adamın qışqırtısı idi ki, kiminsə yıxıldığını görür, özü də bərk qorxduğu üçün, qeyri-ixtiyari, ucadan çığırır.
İkisi də uzun müddət susdu. Əlbəttə, keşiş aşağıdakı qaranlıqda K.-nı yaxşı görə bilmirdi, K. isə balaca lampanın işığında onu aydınca seçirdi. Bəs keşiş niyə aşağı düşmürdü? Moizə oxumadı, yalnız K.-ya bəzi şeyləri dedi. Dedikləri də, diqqətlə baxsan, xeyirdən çox ziyan gətirərdi. Ancaq onu da bilirdi ki, keşişin niyətinin xoş olması şübhəsizdir, ola bilsin, o, aşağı düşəndən sonra razılığıa gələ bilərdilər, ola bilsin, ondan ağılabatan, həlledici məsləhət ala bilərdi. Məsələn, bu məsləhətdən məhkəməyə necə təsir etməyi deyil, ondan necə qaçmağı, ondan kənarda necə yaşamağı öyrənərdi. Belə bir imkan olmamış deyildi və K. da bu barədə son vaxtlar tez-tez düşünürdü. Əgər keşiş belə bir imkanın olduğunu bilirdisə, K. xahiş etsə, özünün məhkəmədə işləməsinə, K. məhkəməyə hücum çəkərkən mülayimliyini unudaraq onun üstünə qışqırmasına baxmayaraq, bəlkə də deyərdi.
– Aşağı düşmək istəmirsən?–K. ondan soruşdu.–Moizə də oxumayacaqsan, aşağı düş...
– İndi düşə bilərəm,–deyən keşiş bəlkə də qışqırdığına peşman olmuşdu. Lampanı çəngəldən çıxaranda dedi:–Əvvəlcə səninlə uzaqdan-uzağa danışmalı idim, yoxsa tez təsir altına düşürəm, vəzifəm yadımdan çıxır.
K. onu pilləkənin ayağında gözləyirdi. Keşiş hələ yuxarı pillələrdə olanda, əlini K.-ya uzatmışdı.
– Mənimlə söhbət etməyə bir az vaxtın olar?–K. soruşdu.
– İstədiyindən də çox olar...–deyə keşiş balaca lampanı ona uzatdı ki, götürsün. K.-nın lap yaxınlığında olasa da, keşiş yenə təntənəli görünürdü.
– Sən mənə qarşı çox mehribansan,–dedi K. Onlar kilsənin qaranlığında yanaşı gəzişirdilər.–Sən məhkəmə qulluqçuları arasında müstəsnasan. Orda tanıdığım adamların arasında ən çox sənə etibar edirəm. Səninlə açıq danışa bilərəm.
– Səhv eləmə!
– Axı, nədə səhv edirəm?
– Məhkəmə məsələsində səhvə yol verirsən. Qanuna girişdə bu səhv haqqında belə yazılır: Qanunun qapısında keşikçi durur. Bu keşikçinin yanına kənddən bir kişi gəlir və xahiş edir ki, onu içəri buraxsın. Ancaq keşikçi deyir ki, indi ona içəri keçməyə icazə verə bilməz. Kişi bir az fikirləşir və soruşur ki, sonra keçə bilərmi. “Ola bilər,”–deyir keşikçi,–“Ancaq indi olmaz!” Həmişə olduğu kimi, onda da Qanunun qapısı açıq olur və keşikçi də yana çəkildiyi üçün kişi əyilib qapıdan içəri baxır. Keşikçi bunu görəndə gülür və deyir: “Əgər sənin üçün belə maraqlıdırsa, mənim yasaq etməyimə baxma, içəri gir. Ancaq yadında saxla: mən güclüyəm. Ancaq həm də keşikçilərin ən zəifiyəm. Hər zalın qapısında keşikçi durur, biri də o birindən güclü olur. Mən elə üçüncünü görəndə, qorxdum.
Kənddən gələn kişi işin belə çətin olacağını gözləmirmiş, fikirləşirmiş ki, Qanunun qapısı hamı üçün həmişə açıq olmalıdır, ancaq indi diqqətlə keşikçinin qalın kürkünə, dik burnuna, seyrək, qara saqqalına baxıb qərara alır ki, icazə verənə qədər gözləsin. Keşikçi ona bir kətil verir ki, qapının yanında oturub gözləsin. Kişi günlərlə, illərlə orda oturur. Çox çalışır ki, içəri keçsin və xahiş-minnətilə keşikçini yorur. Keşikçi də tez-tez onu sorğu-suala tutur, hardan gəldiyini soruşur, böyük adamlar kimi məsələyə dəxli olmayan suallar verir və axırda da həmişəki kimi deyir ki, hələ buraxa bilməz. Çoxlu səfər ehtiyatı götürmüş kişi qiymətə baxmır, ələ almaq üçün hamısını ona verir ki, içəri buraxsın. Düzdür, keşikçi verilənin hamısını götürür və götürəndə də deyir: “ Ona görə götürürəm ki, fikirləşməyəsən: vay, bundan istifadə eləmədim” . Bu uzun illər ərzində kişi ara vermədən keşikçini müşahidə edir. Başqa keşikçiləri unudur, fikirləşir ki, onu Qanunun içinə buraxmayan elə birinci keşikçidir. İlk illərdə bu kor təsadüfü ucadan lənətləyir, sonralar qocalanda isə öz- özünə donquldanır. Lap uşaq kimi olur, illər uzunu keşikçini yaxından öyrənə-öyrənə, onun kürkünün yaxalığındakı birələri də tanıyır, onlardan da xahiş edir ki, kömək eləsinlər, keşikçini yola gətirsinlər. Axırda gözlərinin işığı zəifləyir, doğrudanmı qaranlığın düşdüyünü, ya da gözlərininmi onu aldatdığını bilmir. Ancaq indi qaranlıqda Qanunun qapısındakı sönməz parıltını görür. Artıq çox yaşaya bilmir. Ölümündən qabaq illər uzunu qazandığı təcrübələr beynində bir yerə yığışıb elə bir sual yaradırlar ki, kişi onu hələ indiyəcən keşikçiyə verməmiş olur. Qaxaca dönmüş bədənini tərpədə bilmədiyi üçün keşikçini əlinin işarəsi ilə yanına çağırır. Keşikçi ona tərəf çox əyilməli olur, çünki kişi bapbalaca olmuşdu. “İndi nəyi bilmək istəyirsən?”–deyə soruşur,–“Səni heç razı salmaq olmur...” Kişi deyir: “Hamı Qanuna can atır. Bəs necə olur ki, bu uzun illər ərzində heç kəs ora girmək istəmədi?” Keşikçi görür ki, artıq kişinin sonu çatıb, eşidə də bilmir və ona görə də çığıra-çığıra deyir: “ Burdan heç kəs keçə bilməzdi, çünki bu giriş yalnız sənin üçün qoyulmuşdu. İndi mən gedib onun qapısını bağlayaram!”
Bu əhvalatdan çox təsirlənən K. o dəqiqə dedi:
– Deməli, keşikçi kişini aldadıb !
– Tələsmə! Başqasının fikrini də yoxlamamış qəbul etmə! Mən bu əhvalatı yazıda olduğu kimi danışdım. Orda aldatmaq barədə heç nə yazılmayıb.
– Aydındır! Sən əvvəlcə düz dedin. Keşikçi əsil həqiqəti onda deyib ki, daha o, kişiyə lazım deyildi.
– Axı ondan əvvəlcə soruşan olmayıb. Nəzərə al ki, o, yalnız keşikçi idi və bir keşikçi kimi də vəzifəsini yerinə yetirib.
– Niyə sənə elə gəlir ki, o, vəzifəsini yerinə yetirib? Əslində, yerinə yetirməyib. Onun vəzifəsi bəlkə də başqalarını rədd eləmək, bu kişini isə qapı onun olduğu üçün içəri buraxmaq idi.
– Sən bu yazıya kifayət qədər hörmətlə yanaşmırsan və əhvalatı dəyişdirirsən. Bu əhvalatda Qanunun içərisinə buraxılmaq üçün keşikçinin iki vacib izahatı var–biri əvvəldə, biri də axırda. Birində deyilir ki, indi ona içəri keçməyə icazə verə bilməz, o biri isə belədir: bu qapı yalnız sənin üçün idi. Əgər bu izahatlar arasında təzad olsaydı, onda sən haqlı çıxardın və keşikçi kişini aldatmış olardı. Ancaq burda heç bir təzad yoxdur. Əksinə, birinci izahat ikinciyə aparıb çıxarır. Hələ bəlkə də demək olar ki, keşikçi kişiyə gələcəkdə buraxıla biləcəyini deməklə vəzifə borcunu aşıb. Deyəsən, o vaxtlar yalnız kişini rədd etmək onun vəzifə borcu hesab olunub və bu yazının tədqiq edənlərin çoxu təəccüb edir ki, görəsən gözətçi niyə buna işarə vurub, çünki onun özü dəqiqliyi sevən adam olub, qapını yaxşı qoruyub. Uzun illər keşik çəkir, qapını da lap axırda bağlayır, vəzifəsinin vacibliyini yaxşı başa düşür, çünki belə deyir: “Mən güclüyəm!” Vəzifəcə özündən böyüklərə hörmətlə yanaşır, çünki belə deyir: “ Mən keşikçilərin içində ən zəifiyəm!” O, boşboğaz deyil, illər uzunu, orda yazıldığı kimi, yalnız “məsələyə dəxli olmayan suallar verir”, rüşvət almır, çünki hər dəfə hədiyyəni götürəndə belə deyir: “ Ona görə götürürəm ki, sonra fikirləşməyəsən: vay, bundan istifadə eləmədim...” Söhbət vəzifəsinin yerinə yetirilməsindən gedəndə, onu nə yumşaltmaq, nə də özündən çıxarmaq olur, çünki orda kişi haqqında y
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
TOP 5
SORĞU
Qoç bürcü
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.