Uzaqda–baş mehrabın üstündə üçbucaq şəklində şamlar yanırdı. K. bunları əvvəlcə görüb-görmədiyini deyə bilməzdi. Bəlkə də yenicə yandırmışdılar. Axı kilsə xidmətçiləri elə bil ayaqyalın gəzirlər, onları görmək olmur. K. təsadüfən geri dönəndə, arxa tərəfindəki sütuna bərkidilmiş uzun, qalın bir şamın da yandığını gördü. Gözəl idi, ancaq qaranlıqdakı yan mehrablardan asılmış şəkilləri işıqlandırmağa bəs eləmirdi, qaranlığı daha da dərinləşdirirdi. İtaliyalı gəlməməklə nəzakətsizlik eləmiş olsa da, ağıllı tərpənmişdi, onsuz da heç nəyi görmək olmurdu, uzaqbaşı K.-nın elektrik cib fanarının işığında gömrük işçisi kimi nəyəsə baxa bilərdi. K. bunu yoxlamaq üçün yan tərəfdəki yaxın kapellalardan birinə yaxınlaşdı, bir-iki pillə qalxaraq ən aşağıdakı mərmər sürahiyə çatanda dayandı, onun üstündən bir az qabağa əyilərək mehrabdakı şəkli fənərlə işıqlandırdı. K.-nın ilk gözünə sataşan, qismən də tanış gələn şəklin lap qurtaracağında təsvir olunmuş zirehli cəngavər oldu. O qarşısındakı qupquru torpağa–yalnız orda-burda qurumuş ot saplaqları görünürdü–sancdığı qılıncına söykənmişdi və deyəsən, qarşısında baş verənləri diqqətlə izləyirdi. Qəribə idi ki, o dayanıb qalmışdı və oraya yaxınlaşmırdı. Ola bilsin, onu keşik çəkməyə qoymuşdular. Çoxdan şəklə baxmayan K. lampanın yaşıl işığı gözlərini qamaşdırsa da, uzun-uzadı cəngavərə tamaşa elədi. Sonra işığı şəkilin başqa tərəfinə döndərəndə Isanın sərdabəyə qoyulması mərasimini gördü.
Bu səhnə burda da bütün başqalarında olduğu kimi təsvir edilmişdi və şəkil də lap təzə idi. O, lampanı cibinə qoyub bayaq oturduğu yerə qayıtdı. Yəqin ki, daha italiyalını gözləməyə dəyməzdi, bayırda da yağış leysana çevrilmişdi və burda gözlədiyi qədər də soyuq olmadığı üçün K. qərara aldı ki, hələlik içəridə qalsın. Yaxınlığında böyük bir kafedra vardı, onun balaca, yumru damına da bir-birinə tərəf əyilmiş iki qızıl xaç bərkidilmişdi və onlar da lap son nöqtələrində kəsişirdilər. Sürahinin çöl divarı və əsas sütuna keçid yaşıl yarpaqlardan düzəldilmiş, uçan və uçmayan balaca mələklər də onlardan yapışmışdılar.
K. kafedranın qabağına gəlib onu hər tərəfdən yoxladı: daş çox diqqətlə işlənmişdi, onun arxa tərəfi ilə yaşıl yarpaqlar arasındakı qatı qaranlığı sanki aldadıb oraya salmış, ağzını da bağlamışdılar. K. əvvəlcə əlini həmin boşluğa saldı, sonra da onu ehtiyatla daşın üstündə gəzdirdi. İndiyə qədər burda kafedranın olduğunu bilməmişdi. Həmin anda təsadüfən o biri cərgədəki skamyaların arasında bir kilsə xidmətçisinin dayandığını gördü. Onun çiynində qasıglı qara cübbə var idi, sol əlində burunotu qabı tutmuşdu və özü də K.-ya tərəf
baxırdı. “O nə istəyir?”–deyə K. ürəyindən keşirdi.-“Yoxsa məndən şübhələnir? Bəlkə çaypulu istəyir?” Xidmətçi K.-nın onu gördüyünü hiss edən kimi sağ əli ilə–onun iki barmağı arasında bir çimdik tütün vardı–qeyri-müəyyən bir istiqaməti göstərdi. K. onun hərəkətlərindən heç nə anlamadı, bir az da gözlədi, ancaq xidmətçi dayanmırdı, əli ilə nəyisə göstərirdi, üstəlik də təsdiq əlaməti kimi başını tərpədirdi. “O nə istəyir?”–deyə K. astadan soruşdu, çünki burda bərkdən danışmağa cəsarət etmirdi. Sonra pulqabını çıxarıb o biri cərgəyə keçdi ki, ona yaxınlaşa bilsin. Kişi o dəqiqə əlini yellədərək onu rədd etdi, çiyinlərini çəkdi və axsaya-axsaya ordan uzaqlaşdı. Belə yerişi–hoppana-hoppana axsamağı–K. uşaq vaxtı çox yeriyir, guya at çapırdı. “ Qocalığında uşaqlaşıb”–K. ürəyindən keçirdi–“Ağlı indi yalnız kilsə xidmətçisi olmağa çatır. Mən dayanan kimi o da durur, pusur ki, mən nə vaxt yerimdən tərpənəcəm!” K. gülə-gülə bütün yan tağları keçib qocanı baş mehraba qədər izlədi. Qoca hələ də dayanmadan nəyisə göstərirdi, ancaq K. qəsdlə o tərəfə baxmırdı, bilirdi ki, onu azdırmaq üçün belə eləyir. Axırda doğrudan da qocadan əl çəkdi, çünki onu çox da qorxutmaq istəmirdi, üstəlik də onu çox ürkütmək olmazdı, italyalı gəlib çıxsa, bunu da görərdi.
Əsas yolla geri qayıdıb kitabçanı qoyduğu yeri axtaranda, sütunların birinin yanında, mehrab xoru üçün qoyulmuş skamyaların lap yaxınlığında balaca, sadə, çılpaq, bomboz bir daşdan yonulmuş kafedra gördü. Kafedra o qədər balaca idi ki, uzaqdan hansı Müqəddəsinsə heykəlciyini qoymaq üçün düzəldilmiş divar oyuğuna oxşayırdı. Vaiz sürahidən bircə addım da geri ata bilməzdi. Bundan əlavə də onun naxışsız daş qübbəsi o qədər alçaqda tağlanırdı ki, orta boylu bir adam orda düz dayana bilməz, sürahiyə tərəf əyilməli olardı. Bütün bunlar vaizə əzab vermək üçün idi və başa düşmək olmurdu ki, içəridə bu qədər böyük, naxışlı-bəzəkli kafedralar ola-ola, bu kimə və nəyə lazımdır...
Əgər yuxarısında lampa asılmış olmasaydı, bu balaca kafedra, şübhəsiz ki, K.-nın diqqətini belə cəlb etməzdi. Lampanı ibadət başlamağa az qalanda ora qoyurdular. İndi ibadət olmalı idi? Özü də bomboş kilsədə? K. sütuna söykənə-söykənə kafedraya qalxan pillələrə baxdı. Bu pilləkən o qədər ensiz idi ki, deyərdin adamlar üçün deyil, sütuna vurulmuş naxışdır. Ancaq onun ayağnda-K. onu görəndə heyrətdən gülümsədi–doğrudan da, bir keşiş dayanmışdı, bir əli ilə sürahidən yapışaraq yuxarı qalxmağa hazırlaşır və K.-ya tərəf baxırdı. Keşiş başını yüngülcə tərpətdi, buna cavab olaraq K. da xaç çəkərək baş əydi, halbuki bunu əvvəlcədən etməli idi. Keşiş özünə yüngül bir təkan verib qısa, ancaq cəld addımlarla kafedraya qalxmağa başladı. Doğrudan ibadət başlayırdı? Bəlkə kilsə xidmətçisi hələ ağlını tamam itirməmişdi, onu vaizin yanına gətirmək istəyirdi? Bəlkə kilsənin belə boş olduğu bir vaxtda bu çox vacib idi? Yeri gəlmişkın, hardasa Müqəddəs Məryəmin əksi önündə dayanmış bir qoca qadın da vardı, o da gələ bilərdi. Əgər bu ibadət idisə, bəs niyə orqan musiqisi yox idi? Orqan sakitcə dayanmışdı, qaranlıqda zəif parıltısı güclə sezilirdi.
K. fikirləşdi ki, bəlkə burdan tez uzaqlaşsın, əgər indi getməsə, ibadət başlayandan sonra bunu edə bilməyəcək, onda gərək axıra kimi qalaydı. Onsuz da işdə italyalını gözləyəndə, çox vaxt itirmişdi, bundan artıq gözləməyə də borclu deyildi. Saatına baxdı: on bir idi. Doğrudan indi ibadət başlayırdı? Bəs o bütün ibadətçiləri əvəz edə bilərdi? Bəs o da kilsəyə baxmağa gəlmiş əcnəbi olsaydı necə? Əslində, belə idi. İndi ibadət olacağını fikirləşmək mənasız idi: saat on bir, iş günü. Belə pis hava... Yəqin keşiş–şübhəsiz ki, cavan keşiş idi, hamar, tutqun sifəti vardı–səhvən yandırılmış lampanı söndürmək üçün yuxarı qalxırdı.
Ancaq belə deyildi. Keşiş lampanı bir neçə dəfə yoxladı, işığını bir az artırdı, sonra yavaş-yavaş sürahiyə tərəf döndü, hər iki əlini onun üstünə qoydu. Xeyli beləcə dayandı, başını tərpətmədən içəriyə göz gəzdirdi. K. xeyli geri çəkilərək dirsəyi ilə lap öndəki skamyaya söykənmişdi. Ona gəldi ki, bayaqkı beli bükülmüş xidmətçi hardasa gözünə dəydi, vəzifəsini yerinə yetirəndən sonra bir kənarda rahatca büzüşüb oturmuşdu, ancaq hara olduğunu dəqiq bilmədi. Kilsəyə elə sakitlik çökmüşdü ki!
K. bu sakitliyi pozmalı idi, burda qalmaq istəmirdi. Əgər keşiş müəyyən saatda şəraiti nəzərə almayıb moizə etməli idisə, qoy eləsin, onsuz da K-nın burda olub-olmamsı heç nəyi dəyişmirdi. Yavaş-yavaş yerindən tərpəndi, ayağının ucu ilə skamyaya toxuna-toxuna geniş orta yola çıxdı, heç bir maneəyə rast gəlmədən irəliləməyə başladı. Yalnız daş döşəmə üzərindəki sakit addım səsləri eşidilir və bu səs də arasıkəsilmədən ahəngdar şəkildə qübbələrdə əks-səda verirdi. K. bəlkə də keşişin baxışları altında bomboş skamyaların arası ilə gedə-gedə özünü bir az tənha hiss elədi, üstəlik də ona elə gəldi ki, kilsə yaman böyükdür, adam buna dözə bilməz. Bayaqkı yerə çatanda, dayanmadan əlini uzadıb kitabçanı götürdü. Demək olar, skamyalar qurtarmışdı, onlarla çıxış qapısı arasındakı boş yerə yaxınlaşırdı ki, ilk dəfə keşişin səsini eşitdi. Uca, ötkəm bir səs! Bu böyük kilsəyə necə də yayıldı! Yox, keşiş ibadətçilərə müraciət etmirdi, kimə müraciət etdiyi qəqiq bilinirdi, ondan qaçmaq olmazdı:
-Yozef K.!
Dayanıb yerə baxdı. Hələlik azad idi, gedə bilərdi, yaxınlıqdakı üç balaca qapının birindən çıxıb qaça bilərdi. Özünü elə göstərə bilərdi ki, başa düşməyib, ya da başa düşüb, ancaq vecinə almır.
Geri dönməyi ilə yerində mıxlanıb qalmağı bir oldu, çünki bunula etiraf etmiş oldu ki, hər şeyi yaxşı başa düşüb, çağırılan odur və elə özü bu çağırışa doğru getmək istəyir. Keşiş bir də çağırsa, yəqin ki çıxıb gedərdi, ancaq sakitlik olduğundan və özü də dayandığı üçün keşişin nə etdiyini bilmək məqsədilə başını azacıq geri döndərdi. O bayaqkı kimi sakitcə kafedrada dayanmışdı və aydınca hiss olunurdu ki, K.-nın başını geri döndərdiyini görüb. K. indi tamamilə geri dönməsəydi, bu, uşaq kimi gizlənpaç oynamağa bənzəyərdi. Belə də elədi, keşiş əlinin işarəsilə onu yanına çağırdı. Artıq hər şey göz qabağında idi və K. həm onu bürüyən maraqdan, həm də məsələni tez həll eləyib qurtamaq üçün iri, sürətli addımlarla kafedraya tərəf qayıtdı.
Skamyaların birinci cərgəsinə çatanda dayandı, ancaq bu məsafə keşişə çox uzaq göründü, əlini irəli uzadaraq şəhadət barmağı ilə kəskin şəkildə kafedranın yaxınlığını göstərdi. K. göstərilən yerə gəldi, ancaq onu görmək üçün başını geri atmalı oldu.
– Sən Yozef K.-san,–deyə keşiş sürahiyə qoyduğu əlini qeyri-müəyyən tərzdə yuxarı qaldırdı.
– Bəli!
Fikirləşdi ki, əvvəllər çəkinmədən adını deyirdi, ancaq neçə vaxt idi ki, adını demək onun üçün ağır yükə çevrilmişdi, indi birinci dəfə gördüyü adamlar da onun adını bilirdi. Ah, özünü təqdim edərək adını söyləmək necə də gözəl imiş!
– Sən ittiham olunursan!–Keşiş bu sözləri lap alçaqdan dedi.
– Bəli, bunu mənə artıq deyiblər.
– Elə isə, sən axtardığım adamsan. Mən türmənin keşişiyəm.
– Belə de...
– Səni bura çağırtdırmışam ki, söhbət eləyim.
– Bunu bilmirdim. Bura ona görə gəlmişdim ki, kilsəni italiyalı qonağa göstərim.
– İkinci dərəcəli şeylərdən danışma! Əlindəki nədir? Dua kitabıdır?
– Xeyr, şəhərin görməli yerləri haqqında kitabçadır.
– Tulla getsin!
K. kitabçanı elə bərk tulladı ki, o, göydə açıldı və vərəqləri yellənə-yellənə döşəmənin üstü ilə bir az sürüşdü.
– Bilirsənmi məhəkəmədə işlərin pis gedir?
– Mənə də elə gəlir. Çox çalışdım, ancaq indiyə qədər bir şey çıxmadı.Yeri gəlmişkən, heç vəkalətnamə də hazır deyil.
– Bəs işin sonunu necə təsəvvür edirsən?
– Əvvəllər fikirləşirdim ki, hər şey yaxşı qurtaracaq. Ancaq indi özüm də buna bəzən şübhə edirəm. Bilmirəm necə qurtaracaq... Sən bilirsən?
– Xeyr! Ancaq qorxuram ki, pis qurtarsın. Səni günahkar hesab eləyirlər. Bəlkə də məhkəmən heç aşağı instansiyalardan çıxmadı... Ən azı, sənin günahını hələlik sübut olunmuş hesab edirlər.
– Axı mənim heç bir günah işim yoxdur! Bu, səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola bilər?! Axı hamımız eyni adamlarıq...
– Düzdür, ancaq bütün günahkarlar belə danışır.
– Sən də məni günahkar hesab edirsən?
– Xeyr, mən səni günahkar hesab etmirəm.
– Təşəkkür edirəm. Ancaq bu işdə iştirak edənlərin hamısı məni günahkar hesab edir. Onlar iştirak etməyənlərə də təsir edirlər. Mənim də vəziyyətim getdikcə çətinləşir.
– Sən işin mahiyyətini başa düşmürsən. Hökm birdən-birə verilmir, ancaq istintaq getdikcə hökmə çevrilir.
– Deməli, beləymiş...–K. başını aşağı saldı.
– Gələcəkdə işinlə bağlı neyləmək fikrindəsən?
– Kömək axtaracam,–deyə K. başını qaldırdı ki, keşişin buna necə baxdığını görsün,–hələ istifadə etmədiyim bəzi imkanlar da var.
– Kənarda çox kömək axtarırsan,–keşiş onun fikrini bəyənmədi,–özü də ən çox qadınlardır. Görmürsən ki, bu, əsl kömək deyil?
– Bəzən, hətta bir çox hallarda sənə haqq qazandırardım... Ancaq həmişə yox! Qadınların hökmü böyükdür. Əgər tanıdığım bir neçə qadını mənim üçün birlikdə işləməyə razı sala bilsəydim,
nəsə əldə eləyə bilərdim. Xüsusilə də bu məhkəmədə... Demək olar ki, hamısı qadın düşgünüdür... Müstəntiqə uzaqdan bir qadın göstər, stolunu da, müttəhimi də unudub, onun arxasınca qaçacaq.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR