Doqquzuncu fəsil
Kilsədə
K.-ya tapşırmışdılar ki, onlarla həm əməkdaşlıq, həm də dostluq edən, bank üçün çox vacib olan, eyni zamanda, bu şəhərə birinci dəfə gələn italiyalıya bir neçə incəsənət abidəsi göstərsin. Başqa vaxt olsaydı, bu tapşırığı özü üçün şərəf hesab edərdi, ancaq indi, bankdakı nüfuzunu böyük çətinliklər hesabına qorumağa çalışdığı bir zamanda, buna həvəssiz razılıq verdi. İş otağından kənarda keçirdiyi hər saat onun üçün dərdə-qəmə çevrilirdi. Düzdür, işdə olanda da həmişəki kimi məhsuldar işləyə bilmirdi, saatlarla vacib bir işlə məşğul olurmuş kimi içəridə qurdalanırdı, ancaq kənarda narahatçılığı daha da artırdı. K.-ya elə gəlirdi ki, marıta yatmış direktor müavini hərdən onun otağına girir, iş stolunun arxasında oturub sənədlərə baxır, illərdən bəri işlədiyi üçün artıq dostlaşmış olduğu müştəriləri qəbul edir, onları K.-ya qarşı kökləyir, hətta bəlkə işində səhvlər də tapır. Onsuz da işləyəndə elə bilirdi ki, hər tərəfdən səhvlər onu hədələyir, nə qədər çalışsa da onlardan canını qurtara bilmir. Ona görə hətta mükafat kimi də ezamiyyətə və ya qısamüddətli səfərlərə–təsadüfən də son vaxtlar belə tapşırıqların sayı çoxalmışdı–göndəriləndə az qala fikirləşirdi ki, onu bir az otağından ayırmaq, işlərini yoxlamaq, ya da ən azı, onsuz da keçinməyin mümkünlüyünü göstərmək istəyirlər. Heç bir çətinlik çəkmədən bu işlərin çoxundan imtina edə bilərdi, ancaq buna cəsarət eləmirdi, çünki indi nədənsə çəkindiyi bir o qədər də hiss olunmurdu, ancaq tapşırıqdan imtina eləmək nədənsə qorxduğunu etiraf etməsi demək olardı. Ona görə də bu tapşırıqları zahiri bir soyuqqanlılıqla qəbul edirdi. Hətta işlə bağlı iki günlük üzücü səfərə göndəriləndə də soyuqladığını gizlətdi ki, birdən belə yağışlı payız havasında onu getməyə qoymazlar. Həmin səfərdən dəhşətli baş ağrısı ilə qayıdan günü xəbər tutdu ki, sabah İtaliyadan gələn qonağı müşayiət edəcək. Çox istəyirdi ki, heç olmasa, bu dəfə “yox” desin, çünki bu tapşırıq, hər şeydən əvvəl, onun vəzifə borcu ilə birbaşa bağlı deyildi, ancaq bununla belə, əcnəbi tərəfdaşla bağlı olan bu ictimai tapşırıq da şübhəsiz ki, vacib idi. K. onu da yaxşı bilirdi ki, yalnız işində qazandığı uğurlara görə vəzifəsində qala bilər və əgər bu olmasa, italiyalını lap valeh eləsə də, xeyri yox idi. Bircə günlüyə də olsa, işindən kənarda qalmasını istəmirdi, çünki təzədən yerinə qayıtmamaq qorxusu çox böyük idi. Düzdür, bu qorxunu çox şişirtdiyini də bilirdi, ancaq bununla belə, əl-qolu bağlanırdı. İndiki halda ağılabatan bir bəhanə tapmaq da, demək olar ki, mümkün deyildi. Düzdür, italyan dilini o qədər də yaxşı bilmirdi, ancaq bildikləri kifayət edərdi. Burda əsas məsələ o idi ki, K.-nın tarixi sənət əsərlərindən başı çıxırdı və onun bir vaxtlar, ticarət yönümlü olsa da, Şəhər Tarixi Abidələrin Qorunması Cəmiyyətinin üzvü olması da bankda həddən artıq şişirdilmişdi. Deyilənə görə, italiyalı da incəsənət vurğunu idi və onu şəhərdə gəzdirmək üçün K.-nın seçilməsi çox təbii görünürdü.
Onu ağır bir gün gözlədiyindən əsəbiləşən K. səhər saat yeddidə banka gələndə, yağışlı, tufanlı bir hava idi. İstəyirdi ki, qonaq gəlib onun başını qarışdırana qədər, heç olmasa, bir işini görüb qurtarsın. Çox yorğun idi, çünki bir az hazırlaşmaq üçün gecənin yarısına kimi italyan dilinin qrammatikası ilə məşğul olmuşdu. Son vaxtlar tez-tez qarşısında oturduğu pəncərə onu yazı stolundan çox özünə tərəf çəkirdi, ancaq özünü saxlaya bildi və oturub işləməyə başladı. Heyif ki elə həmin anda da xidmətçi içəri girib dedi ki, cənab direktor onu cənab prokuristin gəlib- gəlmədiyini öyrənmək üçün göndərib; əgər gəlibsə, onda zəhmət çəkib qəbul otağına buyursun, italiyalı qonaq artıq gəlib.
– Gəlirəm,–deyən K. balaca lüğəti cibinə qoydu, şəhərin görməli yerləri haqqındakı kitabçanı–bunu əvvəlcədən qonaq üçün hazırlamışdı–qoltuğuna vurdu, müavinin otağından keçərək direktorun kabinetinə girdi. Heç kəsin gözləmədiyi halda işə belə tez gəldiyinə, direktor çağıran kimi hazır olduğuna çox sevindi. Məlum məsələ idi ki, direktor müavininin otağı boş idi, elə bil hələ sabah açılmamışdı, yəqin xidmətçi onu da direktorun otağına çağırmaq istəmiş, ancaq yerində tapmamışdı. K. qəbul otağına girəndə, iki cənab dərin kreslolardan qalxdılar. Direktor mehribanlıqla gülümsədi, hiss olundu ki, K.-nın gəlişinə sevindi və həmin dəqiqə də onu təqdim etdi, italiyalı K.-nın əlini bərk-bərk silkələdi, təbəssümlə hansı tez yuxudan duran adamınsa adını çəkdi. K. onun kimi nəzərdə tutduğunu başa düşmədi, üstəlik də çox qəribə söz idi, onun mənasını xeyli sonra anladı. Bir-iki sığallı cümlələrlə ona cavab verdi, italiyalı yenə də gülə-gülə, eyni zamanda da titrəyən əlini çallaşmış qalın bığlarına çəkə-çəkə ona qulaq asdı. Hiss olunurdu ki, bığlarına ətir vurub, adam az qalırdı ona yaxınlaşıb iyləsin. Üçü də oturub qısa giriş söhbətinə başlayanda, K. gördü ki, italiyalını yalnız hərdən başa düşə bilir və bundan çox narahat oldu. O, sakit danışanda, demək olar ki, hamısını başa düşürdü, ancaq bu hərdən belə olurdu, qalan vaxtlarda sözlər sanki ağzından daşıb tökülürdü, üstəlik də bundan ləzzət alırmış kimi başını yellədirdi. Belə danışanda, tez-tez hansı dialektəsə keçirdi və bu da artıq K. üçün italyan dili olmurdu. Ancaq direktor nəinki onu başa düşür, hətta özü də həmin dialektdə danışırdı. Əslində, K. bunun səbəbini bilməli idi: qonaq Cənubi İtaliyadan idi və direktor da orda bir neçə il yaşamışdı. Hər halda, K. anladı ki, italiyalı ilə ünsiyyət yaratmaq imkanları xeyli azaldı, çünki onun fransızcası da güclə başa düşülürdü. Fransızca danışanda da bığları dodaqlarını görünməyə qoymurdu, yoxsa onların tərpənişindən nəsə tutmaq olardı. K. hiss etdi ki, onu bu gün çoxlu xoşagəlməz hadisələr gözləyir, ancaq hələlik italiyalını başa düşmək cəhdindən vaz keçdi–onu yaxşı başa düşən direktorun yanında özünə havayı əziyyət verməyə dəyməzdi – və qaşqabaqla onun dərin kresloya necə rahatca yayxandığına, tez-tez qısa, sadə biçimli pencəyinin yaxasını dartışdırdığına, bir dəfə də əlini yuxarı qaldıraraq dirsəkdən yellədə-yellədə nəyisə izah etməyə çalışdığına tamaşa etməklə kifayətləndi. Özü də bir az qabağa əyilərək onun əllərinin hərəkətini nə qədər izləsə də, heç nə başa düşmədi. Axırda bekarçılıqdan, gah onun gah da bunun ağzına baxmaqdan əvvəlki yorğunluğu təzədən qayıtdı və bir də onda özünə gəldi ki,–nə yaxşı ki, bunu vaxtında hiss elədi!–fikri tamam dağılıb, ayağa durmaq, geri dönüb getmək istəyir. Nəhayət, italiyalı saatına baxıb ayağa durdu. Direktorla vidalaşandan sonra K.-ya yaxınlaşdı və o qədər yaxın gəldi ki, o, tərpənmək üçün kreslosunu bir az geri itələməli oldu. Direktor yəqin ki K.-nın gözlərindən onun necə çətinə düşdüyünü oxumuşdu və ona görə də söhbətə qarışdı, ağıllı, həssas adam olduğu üçün özünü elə göstərdi ki, guya ayaqüstü məsləhət verir, ancaq əsil həqiqətdə italiyalı nə qədər onun sözünün arasına girsə də, hər şeyi qısa şəkildə K.-ya başa saldı. K. direktordan öyrəndi ki, italiyalının bəzi işləri var, təəssüf ki, vaxtı da azdır, bütün görməli yerlərə də belə tələsik baxmaq istəmir, ona görə də qərara alıb ki,–əlbəttə, K. buna razı olsa, çünki son qərarı o verəcək–yalnız kilsəyə getmək, ancaq ona yaxşı-yaxşı baxmaq istəyir. Çox sevinir ki, belə mehriban, alim adamın müşayiətilə kilsəyə baxacaq–o, K.-nı nəzərdə tuturdu, K. isə ona qulaq asmır, daha çox direktorun dediklərinə fikir verirdi–və xahiş edir ki, əgər mümkündürsə, iki saatdan sonra, yəni təxminən saat onda orda görüşsünlər.
Ümid edir ki, özü həmin vaxt mütləq orda ola biləcək. K. ona lazım olan cavabları verdi, italiyalı əvvəlcə direktorun, sonra da K.-nın, daha sonra bir də direktorun əlini sıxdı, hər ikisinin müşayiəti ilə gah ona, gah da buna tərəf dönərək danışa-danışa qapıya doğru getdi. Sonra K. bu gün daha çox xəstəhal görünən direktorla bir yerdə qaldı. Direktora elə gəldi ki, nə üçünsə K.-ya üzrxahlıq eləməlidir–onlar
bir-birinə mərhəm adamlar kimi çox yaxın dayanmışdılar–və dedi ki, əvvəlcə özü italiyalı ilə getmək istəyirmiş, sonra fikirləşib ki,–ancaq səbəbini demədi–K. getsə yaxşıdır. O, italiyalını əvvəlcə başa düşməsə, özünü itirməsin, bir az keçəndən sonra başa düşəcək. Ancaq hamısını başa düşməsə də olar, eyib etməz, çünki italiyalı üçün onun başa düşülməsi çox da vacib deyil.
Yeri gəlmişkən, K.-nın italyancasına söz ola bilməz və bu işin öhdəsindən lap yaxşı gələ biləcək. Bunu deyib K. ilə xudahafisləşdi. K. ona qalan boş vaxtı kilsədə izahat verərkən ona lazım olacaq çətin sözləri lüğətdən seçib yazmaqla məşğul oldu. Çox zəhlətökən iş idi, üstəlik də xidmətçi poçtu gətirdi, işçilər müxtəlif suallarla gəldilər, onun məşğul olduğunu görüb qapının ağzındaca dayanıb durdular, sözlərini deməmiş getmədilər, direktor müavini də mane olmaq fürsətini əldən vermədi, tez-tez içəri girdi, lüğəti ondan alıb mənasız yerə vərəqlədi, hər dəfə qapı açılanda yarıqaranlıq qəbul otağında müştərilər göründü, onlar tərəddüdlə təzim etdilər–bununla K.-nın diqqətini özlərinə cəlb etmək istəyir, ancaq görünüb– görünmədiklərini dəqiq bilmirdilər–... və K. bütün bu işlərin mərkəzində dayana-dayana ona lazım sözləri seçir, onları lüğətdə tapıb mənalarını yazır, tələffüzünü məşq edir, axırda da əzbərləməyə çalışırdı. Deyəsən, əvvəlki yaxşı yaddaşı yox olub getmişdi, hərdən onu belə əziyyətə salan italiyalıya elə acığı tuturdu ki, lüğəti kağız-kuğuzun arasına atırdı, qəti qərara gəlirdi ki, daha hazırlaşmayacaq, sonra da fikirləşirdi ki, italiyalı ilə kilsədəki sənət əsərlərinin qarşısından lal-dinməz keçib gedə bilməz və bayaqkından betər hirslənərək lüğəti təzədən götürürdü.
Düz saat onun yarısında–durub getmək istəyəndə telefon zəng çaldı, Leni ona “Sabahın xeyir!”–deyib əhvalını soruşdu. K. tələsik təşəkkür edərək dedi ki, indi onunla çox danışa bilməyəcək, çünki kilsəyə getməlidir.
– Kilsəyə?–Leni təəccübləndi.
– Bəli, kilsəyə...
– Kilsədə nə işin var?
K. hər şeyi ona qısa şəkildə başa salmaq istədi, ancaq çatdıra bilmədi, çünki Leni qəfildən dedi:
– Onlar səni qızışdırır!
Diləmədiyi, gözləmədiyi bu halıyananlıq K.-nın xoşuna gəlmədi, ona görə də bir-iki sözlə vidalaşdı, ancaq dəstəyi yerinə qoyanda, yarı özünə, yarı da uzaqda olan qıza–o bunu heç eşitmədi–dedi:
– Bəli, məni qızışdırırlar...
Artıq gec idi, gecikmək təhlükəsi vardı. Taksi ilə getdi, yalnız son anda yadına düşmüşdü ki, səhər-səhər imkan tapıb kitabçanı qonağa verə bilməmişdi və onu da özü ilə götürmüşdü. İndi onu dizinin üstünə qoymuşdu və bütün yol boyu da əsəbi halda əli onu döyəcləyirdi. Yağış səngimişdi, ancaq hava sərin və tutqun idi, nəm iyi verirdi. Belə havada kilsədə çox şeyə baxmaq mümkün deyildi, ancaq orda soyuq kaşının üstündə çox dayanmaq K.-nın soyuqdəyməsini daha da mürəkkəbləşdirəcəkdi. Kilsə meydanı bomboş idi və K.-nın yadına düşdü ki, hələ uşaq vaxtı bu dar meydanın ətrafındakı evlərin pəncərələrində pərdələrin həmişə salınması onun diqqətini cəlb et
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
TOP 5
SORĞU
Qoç bürcü
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.
- ŞƏRHLƏR