Vəkil bu cür və ya buna bənzər nitqlərdən yorulmaq bilmirdi. Bunlar K.-nın hər gəlişində təkrar olunurdu. Həmişə irəliləyişdən danışırdı, ancaq heç vaxt onun nədən ibarət olduğu bilinmirdi. Elə hey ilkin vəkalətnamənin üzərində iş gedir, ancaq bitmirdi ki bitmirdi və eyni zamanda da bu, ən böyük üstünlük kimi qələmə verilirdi, çünki son zamanlar–heç kim bunu əvvəlcədən deyə bilməzdi–təqdimat üçün əlverişli deyildi. Bəzən bu nitqlərdən yorulan K. deyirdi ki, bütün çətinliklər nəzərə alınsa da, işlər hər halda ləng gedir, vəkil də etiraz edirdi ki, xeyr, işlər heç də ləng getmir, ancaq o, vəkilə vaxtında müraciət etsəydi, irəliləyiş çox olardı. Təəssüf ki, K. gecikib və bu gecikmə hələ çox çətinliklər yaradacaq, özü də onlar yalnız zamanla bağlı olmayacaq...
Bu gəlişlər zamanı yeknəsəqliyi yalnız Leni pozurdu, işini elə qururdu ki, K. vəkilin yanında olanda çay gətirirdi. Sonra da K.-nın arxa tərəfində dayanırdı və özünü elə göstərirdi ki, guya acgözlüklə fincana tərəf boylanan, özünə çay süzüb içən vəkilə tamaşa edir, ancaq əslində, K.-ya gizlincə şərait yaradırdı ki, onun əlindən tutsun. Araya sükut çökürdü. Vəkil çayını içirdi. K. Leninin əlini sıxırdı, qız da hərdən ürəklənib onun saçlarını nəvazişlə sığallayırdı. Vəkil çayını içib qurtaran kimi soruşurdu:
– Sən hələ burdasan?
– Gözləyirəm ki, qab-qacağı aparım,–deyə qız axırda kişinin əlini sıxırdı. Vəkil ağzını silib, təzədən coşurdu.
Görəsən, vəkil ona təsəlli vermək, yoxsa son ümidini də əlindən almaq istəyirdi? K. bunu bilmirdi, yalnız bircə onu bilirdi ki, müdafiəsi etibarlı əllərdə deyil. Ola bilsin, həmişə özünü ön plana çəkməyə çalışdığı lap aydın görünsə də, vəkilin dedikləri düz idi və çox güman ki, heç vaxt K.-nın məhkəməsi kimi böyük məhkəmə işi–özü bunu böyük iş hesab eləyirdi–aparmamışdı. Ancaq onun ardı-arası kəsilmədən məmurlarla əlaqələrini vurğulaması şübhəli idi. Məgər onların hamısı zorla K.-nın xeyrinə işləməli idilər? Vəkil söhbətin burda yalnız aşağı vəzifəli məmurlardan getdiyini onun nəzərinə çatdırmağı heç vaxt unutmurdu. Yəni onların hamısı kimlərdənsə asılı adamlar idi və məhkəmələrin gedişindəki hər hansı bir dönüş onların gələcəkləri üçün əhəəmiyyətli ola bilərdi. Bəlkə onlar vəkildən işin gedişində müttəhimin xeyirinə olmayan belə bir dönüş yaratmaq üçün istifadə edirdilər? Yoxsa bunu bütün məhkəmələrdə eləmirdilər? Əlbəttə, eləməzlər, bu inandırıcı deyil, yəqin elə məhkəmələr də olur ki, vəkilə yaxşı imkanlar yaradırlar, çünki onun ad-sanının qorunması özlərinin də maraq dairəsindədir. Əgər belə olarsa, bəs onlar, vəkilin deməyinə görə, K.-nın bu çətin, vacib, elə əvvəlindən böyük maraq doğuran məhkəməsinə necə qarışa biləcəklər? Onların nəsə eləyə biləcəkləri çox şübhəli idi. Şübhəli olduğu da ondan bilinirdi ki, məhkəmə neçə ay idi davam edirdi, ancaq ilkin vəkalətnamə hələ də təqdim olunmamışdı və vəkilin dediyinə görə də iş hazırda başlanğıc mərhələsində idi, başqa çür də ola bilməzdi, çünki müttəhimin başının altına yastıq qoymaq, əl-qolunu bağlamaq istəyirdilər ki, qəfildən hökmü oxusunlar, ya da ən azı istintaqın onun ziyanına başa çatıdığını, işin yuxarı instansiyalara göndərildiyini desinlər.
K. mütləq özü işə qarışmalı idi. İndi bu qış günündə, özü də çox yorğun olduğu bir vaxtda, bütün bunların hamısını qeyri-ixtiyari xəyalından keçirdiyi bir anda əmin oldu ki, başqa cür alınmayacaq. Məhkəməyə qarşı əvvəlki nifrəti də artıq keçib getmişdi. Əgər özü bu dünyada tək olsaydı, məhkəməni heç vecinə almazdı və yeri gəlmişkən, belə məhkəmə, ümumiyyətlə, olmazdı. Ancaq indi əmisi gəlib onu vəkilin yanına aparmışdı, ailə söhbəti ortaya çıxmışdı. Artıq işdəki mövqeyi də hardasa məhkəmənin gedişindən asılı vəziyyətə düşmüşdü, özü ehtiyatsızlıq
eləyib tanışlarının yanında anlaşılmaz arxayınçılıqla məhkəmədən söz açmışdı, bəziləri də naməlum yollarla ondan xəbər tutmuşdular, məhkəmənin gedişinə uyğun olaraq, frölayn Bürstnerə münasibətində də tərəddüd edirdi–bir sözlə, daha məhkəməni qəbul və ya rədd etmək seçimi qalmamışdı, artıq işin içində idi və özünü müdafiə etməli idi. Yorulsa, daha pis olardı...
Ancaq, əslində, bu narahatçılığı belə şişirtməyə də əsas yox idi. Qısa bir vaxt ərzində bankda yüksək vəzifəyə qalxa bilmişdi, hamı tərəfindən qəbul olnduğu üçün də vəzifəsində qalmışdı, indi isə onu bu mənsəbə çatdıran bilik-bacarıqlarını bir az məhkəməyə yönəltməli idi, onda şübhəsiz ki, hər şey yaxşı qurtaracaqdı. Burda nəsə əldə eləmək üçün, hər şeydən əvvəl, hansısa bir günah işlədib-işlətmədiyin haqqındakı bütün fikirləri bəri başdan rədd etmək lazımdır. Heç bir günah da yox idi. Məhkəmənin özü də böyük bir ticarət işindən başaqa bir şey deyildi və özü bank üçün üstün cəhətləri çox olan xeyli iş görmüşdü. Belə işlərdə, bir qayda olaraq, gözə görünməyən çoxlu təhlükələr yatır və ilk növbədə onların qarşısını almaq lazımdır. Bunun üçün də özündə nəsə yalandan bir qünah axtarmaq əvəzinə, üstün cəhətlər tapıb, imkan daxilində, onlardan bərk yapışmaq daha yaxşıdır. Bu baxımdan da vəkilin köməyindən tezliklə–yaxşı olar ki, elə bu axşam–imtina etmək qaçılmazdır. Düzdür, vəkilin dediyinə görə, indiyəcən belə şey olmayıb, bəlkə də ona böyük təhqir kimi baxacaqlar, ancaq K. da daha dözə bilməz ki, məhəkəmədə onun bütün səyləri bəlkə də öz vəkili tərəfindən yaradılan maneələrə rast gəlsin. Hakim bir dəfə yaxşıca silkələnsə, vəkalətnamə o dəqiqə təqdim olunacaq və imkan daxilində, hər gün gedib onun nəzərə alınmasını tələb etmək mümkün olacaq. Əlbəttə, bunun üçün K.-nın da başaqaları kimi papağını skamyanın altına qoyub dəhlizdə oturması kifayət etməyəcək. Gərək özü də, qadınlar da, başqa nümayəndələri də məmurlara rahatlıq verməsinlər, onları məcbur etsinlər ki, barmaqlıqlar arxasından dəhlizləri güdmək əvəzinə, stollarının arxasında otuurub K.-nın vəkalətnaməsini oxusunlar. Bu cəhdlərə ara vermək olmaz, hər şey düzgün təşkil olunmalı və nəzarətdə saxlanılmalıdır, qoy məhkəmə görsün ki, öz hüququnu qorumağı bacaran müttəhim də var.
K. bütün bunları həyata keçirə biləcəyinə nə qədər inanırdısa, vəkalətnamə hazırlayacağını düşünəndə də bir o qədər qorxurdu. Əvvəllər, təxminən bir həftə öncə nə vaxtsa belə bir vəkalətnaməni özü hazırlamalı olacağını ağlına gətirəndə untancaqlıq hissi onu bürüyürdü. Ancaq bunun necə çətin ola biləcəyi haqqında heç fikirləşmirdi. Yadına düşdü ki, bir dəfə günortadan əvvəl, işinin başından aşdığı bir vaxtda qəflətən qabağında olanların hamısını bir kənara çəkdi, qeyd dəftərçəsini götürdü ki, vəkalətnaməyə bənzər nəsə yazıb onu astagəl vəkilinə versin, ancaq elə həmin anda direktor müavinin qapısı açıldı və o ucadan gülə-gülə içəri girdi. Onda K.-nın kefi yaman pozuldu, halbuki, dirketor müavini vəkalətnamə barədə heç nə bilmirdi və təbii ki, ona da gülmürdü. Əslində o, birja barədə yenicə eşitdiyi bir lətifəyə gülürdü, lətifəni başa düşmək üçün də nəsə çəkmək lazım idi və direktor müavini K.-nın əlindən aldığı karandaşla vəkalətnaməni yazmağa hazırlaşdığı qeyd dəftərçəsinə nəsə çəkdi...
Bu gün K.-da o utancaqlıq hisslərindən əsər-əlamət qalmamışdı, vəkalətnamə mütləq yazılmalı idi. Əgər iş yerində buna vaxtı qalmasa –yəqin belə də olacaqdı–onda gecələr evdə yazardı. Əgər gecələr də bəs eləməsə, məzuniyyət götürməli idi. Yarı yolda qalmaq olmazdı! Bu yalnız işgüzar əlaqələrdə deyil, hər yerdə, hər zaman ən mənasız iş hesab olunurdu. Düzdür, vəkalətnamə yazmaq, demək olar ki, sonu-sonucu görünməyən bir iş idi. Ola bilsin, heç qorxaq adam olmayasan, ancaq cox asanca belə bir fikrə gələsən ki, onu heç vaxt yazıb qurtarmaq mümkün olmayacaq. Ona görə yox ki, ya tənbəllikdən, ya da məkrdən vəkili yazmağa
qoymursan... Ona görə ki, mövcud ittihamın nədən ibarət olduğunu, eləcə də sonra hansılarının qoşulacağını biməyə-bilməyə həyatında baş verən bütün hadisələri xırdalığına kimi yaddaşında canlandırmalı, təsvir etməli və onların hamısını da müxtəlif cəhətlərdən səciyyələndirməlisən. Üstəlik də, çox kədərli bir iş idi. Bəlkə də təqaüdə çıxandan sonra uşaqlaşmış qocalığını ovundurmaq, uzun çəkən günləri gödəltmək üçün yaxşı məşğuliyyət idi. Ancaq indi K. bütün fikrini-zikrini işə yönəltməli olduğu bir vaxtda, yel kimi uçub gedən hər saat ərzində yüksələ-yüksələ artıq direktor müavininə əsas rəqib olduğu halda, cavan oğlan kimi bu qısa gecələrdən, gündüzlərdən zövq almalı olduğu bir zamanda oturub vəkalətnamə yazmalı idi. Yenə xəyalında özünə yazığı gəldi. Demək olar ki, qeyri-ixtiyari, bütün bunların hamısına son qoymaq üçün barmaqlarını elektrik zənginin düyməsində gəzdirdi. Sonra onu basıb saata baxdı. On bir idi. Düz iki saat qiymətli vaxtını bu xəyallara sərf eləmişdi və əvvəlkindən də çox yorulmuşdu. Ancaq bunlar itirilmiş saatlar deyildi, çıxardığı qərarlar nə vaxtsa xeyirli ola bilərdi. Xidmətçilər gündəlik poçtdan əlavə, K.-nı çoxdan gözləyən iki cənabın vizit kartını da gətirdilər. Bankın vacib müştərilərindən olduqları üçün onları çox gözlətmək olmazdı. Axı niyə belə pis vaxtda gəlmişdilər, nə üçün-bunu sanki bağlı qapının o tərəfində oturan cənablar soruşurdu–yorulmaq bilməyən K. işin bu qızğın çağında öz şəxsi məsələləri ilə məşğul olurdu? İndiyəcən olanlardan da, bundan sonra olacaqlardan da yorulan K. ilk gələni qəbul etmək üçün ayağa durdu.
Gələn cənab balacaboy, gülərüz, K.-nın yaxşı tanıdığı bir fabrik sahibi idi. O, K.-nı vacib işindən ayırdığı üçün üzr istədi, öz növbəsində K. da onu çox gözlətdiyi üçün üzrxahlıq elədi. Ancaq bu üzrxahlığı elə qeyri-ixtiyari, elə qəlp səslə elədi ki, fabrik sahibinin başı öz işlərinə qarışmış olmasaydı, bunu hiss edərdi. Ancaq o, tələsik çiblərindəki haq-hesab kağızlarını, cədvəlləri çıxarıb K.-nın qarşısına düzdü, ayrı-ayrı bəndlərə izahat verdi, hətta bir ötəri baxışla gözünə sataşan xırda hesablama səhvini də düzəltdi, K.-ya bir il bundan əvvəl oxşar bir iş gördüklərini xatırlatdı, sözgəlişi onu da dedi ki, başqa bir bank çox böyük güzəştlərlə onunla bu işi görmək istəyir və nəhayət, susdu ki, K.-nın fikrini öyrənsin. K. doğrudan da əvvəlcə fabrik sahibinin dediklərinə diqqətlə qulaq asdı, işin vacibliyi onu da tutdu, ancaq bu çox çəkmədi, bir az keçəndən sonra daha qulaq asmadı, bir az da fabrik sahibinin ucadan dediklərinə başını tərpətməklə cavab verdi, axırda heç bunu da eləmədi və yalnız onun kağızlara tərəf əyilmiş daz başına baxmaqla kifayətləndi, eyni zamanda özü-özündən soruşdu ki, görəsən bu adam öz danışdıqlarının mənasız olduğunu nə vaxt anlayacaq. Fabrik sahibi nəhayət susdu və K.-ya doğrudan da elə gəldi ki, bu, özbaşına belə olmadı, kişi ona imkan yaratdı ki, qulaq asmaq iqtidarında olmadığını özü etiraf etsin. Yalnız təəssüf hissi ilə fabrik sahibiinin bütün etirazlara hazır olan gərgin baxışlarından duydu ki, bu işgüzar müzakirə davam etdirilməlidir. Əmrə tabe olan adam kimi başını aşağı əydi, karandaşın ucunu yavaş-yavaş kağızın üstündə gəzdirməyə başladı, hərdən onu saxladı, diqqətlə hansı rəqəməsə baxdı. Fabrik sahibi bunu nəyəsə etiraz əlaməti kimi qəbul etdi, bəlkə doğrudan da rəqəmlər düz deyildi, bəlkə də onlar heç nəyi dəyişnirdi, ancaq hər halda əlini kağızın üstünə qoraraq K.-ya bir az da yaxın dayandı, işin ümumi mahiyyətini təzədən izah etməyə başladı.
– Çətindir,–deyən K. dodaqlarını büzdü, fabrik sahibi əli ilə kağızın üstünü örtdüyü üçün nə edəcəyini bilməyib geri söykəndi.
Hətta direktorun qapısı açılıb, onun çöl tərəfində sanki tül pərdənin arxasında dayandığı üçün güclə seçilən direktor müavini görünəndə də başını tam qaldırmadı. Müavinin qapıda görünməsinə çox da fikir verməyən K. bu görüntünün yanındakına necə təsir etdiyini müşayiət etməklə kifayətləndi və sevindi. Çünki fabrik sahibi tez kreslosundan hoppanıb qalxdı, direktor müavininə tərəf tələsdi. K.-dan olsaydı, o lap qaça-qaça gedərdi, qorxurdu ki, birdən ona çatmaz. Sən demə, qorxusu əbəs imiş, onlar üzbəüz gəldilər, əl verib görüşdülər və birlikdə K.-nın yazı stoluna tərəf gəldilər. Fabrik sahibi şikayətə başladı ki, onun təklif etdiyi işə prokurist o qədər də maraq göstərmədi və direktor müavinin baxışları altında başını kağızlara tərəf əyən K.-nı göstərdi. Sonra ikisi də yazı stoluna söykənəndə və fabrik sahibi direktor müavinini öz tərəfinə çəkmək istəyəndə, K.-ya elə gəldi ki, son dərəcə cüssəli görünən bu iki kişi başı üzərindən onun haqqında danışır. Yavaş-yavaş, ehtiyatla gözlərini qaldırdı ki, yuxarıda nələr baş verdiyini görsün, o tərəfə baxmadan stolun üstündəki kağızlardan birini götürdü, onu ovcunun içinə alıb özü də dikəldi. Həmin anda heç nə barədə düşünmürdü,
beynində yalnız bircə fikir dolaşırdı: özünü elə aparmalıdır ki, guya vəkalətnaməni yazıb qurtarıb, tamanilə yüngülləşib. Fabrik sahibinə çox diqqətlə qulaq asan direktor müavini ötəri kağıza baxdı, orda yazılanı heç oxumadı, çünki prokurist üçün vacib olan şeylər onun üçün əhəmiyyətsiz idi və kağızı K.-nın əlindən alaraq dedi:
– Təşəkkür edirəm, mən artıq hər şeyi bilirəm,–və onu sakitcə qaytarıb stolun üstünə qoydu. K. çəp nəzərlərlə onu süzdü, müavin isə bunu görmədi, görsə də, vecinə almadı, tez-tez ucadan güldü, hətta bir dəfə öz hazırcavablığı ilə fabrik sahibini pərt elədi, elə o dəqiqə də könlünü alıb işi sona çatdırmaq üçün onu otağına dəvət etdi:
– Vacib işdir, mən buna gərək yaxşı-yaxşı baxam. Bu işdən onu azad etsək,–əslində bunu da fabrik sahibinə deyirdi,–yəqin cənab prokuristin də ürəyincə olar. Elə işdir ki, ona gərək arxayınçılıqla baxasan. Ancaq, deyəsən, onun işi bu gün çoxdur, qözləmə otağında da bir neçə nəfər çoxdan oturub.
K. üzünü ondan çevirib, öz mehriban, ancaq donuq təbəssümlə yalnız fabrik sahibinə baxmaqdan özünü güclə saxladı, onların işinə qarışmadı, bir az irəli əyilərək hər iki əli yazı stoluna söykəndi, bu iki cənabın danışa-danışa kağızları stolun üstündən necə götürdüklərinə, direktorun otağında gözdən itdiklərinə baxdı. Ancaq qapıya çatanda, fabrik sahibi geri döndü, dedi ki, hələ xudahafisləşmir, müzakirənin uğurlu nəticəsi barədə, əlbəttə, cənab prokuristə məlumat verəcək, bundan əlavə də, ona deyiləsi bir-iki sözü var.
Nəhayət, K. tək qaldı. Daha kimisə qəbul etmək barədə düşünmürdü və qeyri-ixtiyari sevinirdi ki, nə yaxşı bayırdakılar onun hələ də fabrik sahibi ilə söhbət etdiyini düşünürlər və buna görə də heç kəs, hətta xidmətçi də içəri girə bilməz.
Pəncərəyə tərəf gedib ona söykəndi, bir əli ilə onun dəstəyindən tutub meydana baxdı. Qar hələ də yağır, hava da açılmırdı ki açılmırdı.
Niyə narahat olduğunu bilmədən, uzun zaman beləcə oturdu, yalnız hərdən geri dönərək çiyinləri üzərindən səksəkə ilə qəbul otağının qapısına baxdı, elə bildi, ordan səs gəlir. Ancaq heç kəsin gəlmədiyini görüb sakitləşdi, əlüzyuyana tərəf gedib soyuq su ilə yuyundu, ayıq başla təzədən pəncərənin önünə qayıtdı. Müdafiəsini öz üzərinə götürmək qərarı ona əvvəlkindən də məsuliyyətli göründü. Nə qədər ki müdafiəni vəkilin boynuna qoymuşdu, elə bil məhkəmənin
ona aidiyyatı yox idi, onu uzaqdan müşahidə edirdi, birbaşa bağlılıq hiss eləmirdi , istəsəydi onun nə yerdə olduğu ilə maraqlana bilərdi, istəməsəydi də çəkilib bir kənarda durardı. Ancaq artıq müdafiəsini öz üzərinə götürdüyü üçün, ən azı, indiki vaxda özünü bütövlükdə məhkəməyə həsr etməli idi və burda qazanacağı uğurla gələcəkdə tamamilə, biryolluq azad olacaqdı, lakin buna nail olmaq üçün özünü hələlik əvvəlkindən də betər təhlükələrin qoynuna atmalı idi. Əgər qərarına şübhəsi olsaydı da, direktor müavini və fabrik sahibi ilə keçirdiyi anlar bunun əksini deyəcəkdi. Hər şey bir yana, eləcə müdafiəsini öz üzərinə götürmək qərarına gələndən sonra onların yanında necə oturmuşdu?! Elə bil, hər şey qurtarıb getmişdi... Bəs sonrası necə olacaqdı? Onu daha nələr gözləyirdi? Bütün bu çətinliklərin arasından onu uğurlu sonluğa aparan yolu tapa biləcəkmi? Özünü istənilən şəkildə müdafiə etmək–qalanları boş şey idi–hə, özünü istənilən şəkildə müdafiə etmək həm də, imkan daxilində, bütün işlərindən əl çəkmək məcburiyyətində qalmaq demək deyildimi? Bunların öhdəsindən gələ biləcəkmi? Bankda işləyə-işləyə bunları bacara biləcəkmi? Axı söhbət burda yalnız vəkalətnamənin yazılmasından getmirdi ki, məzuniyyət götürəydi, halbuki məhz indi məzuniyyət istəməyin özü böyük risq idi–əslində, söhbət burda nə vaxt qurtaracağı bilinməyən bir məhkəmədən gedirdi! Gör K. qəfildən öz həyat yolunda hansı çətinliklə üz-üzə qaldı!
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR