K. başını tərpətdi, doğrudan da son vaxtlar başı çox qarışıq olduğundan Ernanı büsbütün yaddan çıxarmışdı, hətta onun ad gününü də unutmuşdu və qız da yəqin bu şokolad məsələsini ona görə uydurmuşdu ki, əmisi ilə bibisi K.-dan incik düşməsinlər. K.-nın qəlbi riqqətə gəldi, fikirləşdi ki, bundan sonra tez-tez ona teatr bileti alıb göndərsin. Düzdür, bu elə böyük mükafat olmayacaqdı, ancaq bilirdi ki, indi pansiona gedib on səkkiz yaşlı gimnaziya tələbəsi ilə söhbət etmək iqtidarında deyil.
– Bəs buna deyirsən?–kişi məktubu oxuyandan sonra sakitləşmişdi, daha tələsmirdi və sanki onu təzədən oxumağa başlayırdı.
– Bəli, əmi, elədir!
– Elədir?–əmisi qışqırdı,–Necə yəni elədir? Belə necə ola bilər? Nə məhkəməsidir? Yoxsa cinayət məhkəməsidir?
– Cinayət məhkəməsidir.
– Cinayət məhkəməsinə düşə-düşə özün də burda sakitcə otura bilirsən?
– Nə qədər sakit otursam, nəticəsi də o qədər yaxşı olar.–K. yorğun halda dilləndi.–Qorxma...
– Yox, bununla məni sakitləşdirə bilməzsən... Yozef, əzizim Yozef, özünü, qohumlarını, yaxşı adımızı fikirləş! İndiyə kimi həmişə fəxrimiz olubsan, ona görə də bundan sonra bizə ləkə ola bilməzsən! Sənin görkəmin...–deyə kişi başını bir az əyərək çəpəki nəzərlərlə onu süzdü,–xoşuma gəlmir, ağlı başında olan günahsız adam özünü belə aparmır. Mənə tez de görüm söhbət nədən gedir, de ki, kömək eləyə bilim. Yəqin bankdan gedir, eləmi?
– Yox,–deyə K. ayağa durdu,–sən çox hündürdən danışırsan, əmi, yəqin indi xidmətçi qapının arxasında dayanıb hamısına qulaq asır. İstəmirəm, bunu kimsə bilsin. Yaxşısı budur, gedək. Çalışaram ki, sənin bütün suallarına, imkan daxilində, ətraflı cavab verəm. Ailə qarşısında məsuliyyət daşıdığımı çox yaxşı başa düşürəm.
– Düzdür! Çox düz deyirsən! Elə isə tez ol, Yozef, tez ol!
– Bir-iki tapşırıq verəcəm,–K. telefonla müavinini yanına çağırdı. Müavin o dəqiqə içəri girdi, həyəcan içində olan kişi , heç buna ehtiyac olmasa da, əli ilə K.–nı göstərdi ki, o çağıırıb. Yazı stolunun yanında dayanmış K. bir neçə kağızı götürüb soyuqqanlılıqla, diqqətlə ona qulaq asan cavan oğlana sakit səslə o gedəndən sonra bu gün üçün görülməli işləri başa saldı. Kişi onlara mane oldu, bərəlmiş gözlərini oynada-oynada, dodaqlarını çeynəyə-çeynəyə əvvəlcə onların yanında dayandı, danışılanlara qulaq asmasa da, bu görünüşü ilə narahatçılıq yaratdı, sonra otaqda var-gəl etməyə başladı, gah şəkillərin, gah da pəncərənin qarşısında dayanıb qaldı, hər dəfə də deyindi: “Heç nə başa düşmürəm!”, “Bir mənə deyin görüm, bunun axırı necə olacaq!” Cavan oğlan heç nə eşitmirmiş kimi, tapşırıqlara sakitcə axıracan qulaq asdı, bəzi qeydlər elədi və K.–ya da, arxası ona tərəf pəncərənin önündə dayanıb pərdələri çəkən kişiyə də təzim edərək çıxdı. Qapı örtülər-örtülməz kişi qışqırdı:
– Axır ki bu təlxək çıxıb getdi, indi biz də gedə bilərik.
Təəssüflər ki, dəhlizdən keçərkən ətrafda bir neçə məmurun, xidmətçilərin yığışmasına və eləcə də həmin anda direktor müavininin burdan keçməsinə baxmayaraq əmisinin məhkəmə haqqında verdiyi sualları əngəlləmək mümkün olmadı.
– Yaxşı, Yozef,–kişi ətrafdakıların təziminə yüngülcə əlini yellətməklə cavab verə-verə sözə başladı,–indi mənə açıq de görüm, bu nə məhkəmədir!
K. bir neçə anlaşılmaz söz dedi, güldü və yalnız pilləkənlərdə əmisinə dedi ki, camaatın yanında açıq danışmaq istəmirdi.
– Yaxşı eləyirdin, indi danış,–o, başını azacıq yana əyərək əlindəki siqarı tələsik, ancaq qısa soluqlarla sümürə-sümürə K.-ya diqqət kəsildi.
– Əmi, hər şeydən əvvəl, onu deyim ki, burda söhbət adi bir məhkəmə prosesindən getmir.
– Bu daha pis...
– Necə?–K. əmisinin üzünə baxdı.
– Deyirəm ki, bu daha pisdir,–əmisi təkrar etdi.
Onlar artıq küçəyə enən pilləkəndə dayanmışdılar. Qapıçının hamısını eşıdəcəyindən qorxan K. əmisini aşağıya tərəf dartdı və küçədəki canlı izdiham onları uddu. Əmisi K.-nın qolundan tutmuşdu, daha məhkəmə barədə dalbadal suallar yağdırmırdı, hətta bir xeyli susdular da...
– Bəs niyə belə oldu?–nəhayət, əmisi soruşdu və qəfildən yerindəcə dayanıb qaldı, arxadan
gələnlər qorxaraq yana çəkildi.
– Belə işlər birdən-birə olmur, bunun üçün hazırlıq görülür, yoxsa buna görə mənə yazmadın? Özün bilirsən ki, sənin üçün hər şey eləməyə hazıram, mən hələ də müəyyən mənada sənin böyüyünəm və indiyə qədər də bununla fəxr edirəm. Əlbəttə, yenə də sənə kömək edəcəm. Ancaq indi, məhkəmə artıq başlayandan sonra bu, çətin olacaq. Ancaq, hər halda, qısa
məzuniyyət götürüb kəndə gəlsən yaxşıdır... Bir az da arıqlayıbsan, indi gördüm... Kənddə özünü toplayarsan, belə yaxşı olar, yəqin qarşıda gərginliklər olacaq. Bunlardan əlavə də, bu məhkəmə sistemindən bir az uzaq olacaqsan. Burda onların təsir vasitələri çoxdur, məcburiyyət qarşısında qalıb, qeyri-ixtiyari onları sənə də tətbiq edəcəklər. Ancaq kənddə olsan, gərək nümayəndələrini göndərələr, ya da məktubla, teleqramla, telefonla sənə təsir etməyə çalışalar. Əlbəttə, bu səni tam azad etməsə də, həmin təsiri bir az zəiflədər, özünü toplarsan.
– Mənə harayasa getməyi yasaq da edə bilərlər,–deyəsən əmisinin dedikləri, az da olsa, K.-nın ağlına batmışdı.
– İnanmıram belə iş tutsunlar,–əmisi fikirli– fikirli dilləndi,–harayasa getməyinlə sənin üzərindəki nəzarəti o qədər də itirmirlər.
– Elə bilirdim,–deyə K. əmisinin qolundan tutdu ki, onu bir də dayanmağa qoymasın,–məndən fərqli olaraq belə şeylərə çox da fikir verməyəcəksən, ancaq indi görürəm ki, özün bunu çox ürəyinə salırsan.
– Yozef!–kişi dayanmaq üçün qolunu onun əlindən çıxarmaq istədi, ancaq K. buna imkan vermədi.–Sən dəyişibsən, axı əvvəllər çox düzgün nəticələr çıxarmaq qabiliyyətin vardı, onu elə indi itirməli idin?! Məhkəməni uduzmaq istəyirsən? Bilirsən bu nə deməkdir? Bu o deməkdir ki, sən aramızdan biryolluq gedirsən. Bütün qohum-əqraba da səninlə bir yerdə gedir, ya da, ən azı, başlarını soxmağa yer axtaracaqlar. Özünü ələ al, Yozef! Sənin bu biganəliyin ağlımı başımdan çıxarır. Sənin üzünə baxanda, adam az qalır bu atalar sözünə inansın: “Bu cür məhkəməyə getmək–onu əvvəlcədən uduzmaq deməkdir!”
– Əziz əmi, həyəcanlanmaq nə sənə lazımdır, nə də mənə... Həyəcanlanmaqla məhkəmə udmaq olmaz, sənin təkliflərin məni nə qədər təəccübləndirsə də, həmişə qəbul etmişəm və indi də edirəm, ancaq bu dəfə qoy öz təcrübəmdən istifadə edim. Deyirsən ki, bu məhkəmədən bütün ailə üzvləri əziyyət çəkəcək–sözün düzü, niyəsini mən özüm də başa düşmürəm, ancaq bu, əsas məsələ deyil–eybi yox, səninlə razıyam. Ancaq sən dediyin mənada kəndə getmək fikrilə razılaşmıram, çünki buna qaçmaq, günahını boynuna almaq kimi baxarlar. Düzdür, təqiblər çox olacaq, ancaq burda qalmaqla işimlə daha çox məşğul ola bilərəm.
– Düz deyirsən!–əmisi bu sözləri elə dedi ki, sanki nəhayət razılığa gəldilər.–Ona görə belə dedim ki, burda qalıb öz biganəliyinlə işi korlayacağından qorxdum. Fikirləşdim ki, özüm sənin əvəzinə nəsə eləsəm, daha yaxşı olar. Əlbəttə, özün var gücünlə bu işə girişsən, lap yaxşı olar.
– Deməli, bu barədə razılığa gəldik! Yaxşı, indi de görüm, haradan, nədən başlayacağım haqqında təklifin var?
– Gərək bu barədə bir az düşünəm. Nəzərə al ki, mən iyirmi ildir kənddə yaşayıram, heç yana çıxmıram, ona görə də belə məsələlərdə nəsə demək bir az çətin olur. Bəlkə də belə işlərdən daha yaxşı başı çıxan adamlarla əlaqələr öz-özünə azalıb. Özün bilirsən ki, mən kənddə qaldığım üçün də bir az unudulmuşam. Bu da belə işlər olanda üzə çıxır. Digər tərəfdən də, Ernanın məktubundan nəsə ürəyimə damsa da, bu gün səni görən kimi onun doğru olduğunu bilsəm də, sənin bu məsələn mənim üçün gözlənilməz oldu. Ancaq bunun elə bir mənası yoxdur, indi əsas məsələ vaxtı itirməməkdir,–əmisi artıq danışa-danışa ayaqlarının ucuna qalxaraq maşınlardan birinə əl eləmişdi və indi sürücüyə ünvanı deyə-deyə K.-nı arxasınca dartıb ona oturtdu.–İndi vəkil Huldun yanına gedirik, məktəbdə bir oxumuşuq. Yəqin onun adını eşitmiş olarsan? Yox? Qəribədir... Axı o müdafiəçi, yoxsulların vəkili kimi çox məşhurdur. Ancaq mən ona bir insan kimi çox inanıram.
K. əmisinin bu tələsikliyindən, elə həmin dəqiqə işə başlamasından bir az narahat olsa da dedi:
– Necə istəyirsən, elə də et!–Müqəssir kimi vəkil yanına getmək o qədər də xoşa gələn iş deyildi.–Heç bilmirdim ki, belə işlərdə vəkil tutmaq lazımdır.
– Əlbəttə lazımdır,–dedi əmisi,–başqa cür ola bilməz! Niyə də tutmayaq? Hə, indi mənə bu vaxtacan olanların hamısını danış ki, iş haqqında dəqiq məlumatım olsun.
K. heç nəyi gizlətmədən, hər şeyi olduğu kimi danışmağa başladı və onun bu səmimiyyəti məhkəmənin rüsvayçılıq olması barədə əmisinin dediklərinə yeganə etiraz əlaməti kimi səsləndi. Frölayn Bürstnerin adını bircə dəfə, özü də ötəri çəkdi, ancaq bu onun səmimiyyətinə xələl gətirmədi, çünki qızın məhkəmə ilə heç bir əlaqəsi yox idi. Danışa-danışa pəncərədən çölə baxırdı və gördü ki, məhkəmənin yerləşdiyi qəsəbəyə yaxınlaşırlar. Bunu əmisinə dedi, ancaq kişi bu təsadüfə o qədər də əhəmiyyət vermədi. Maşın qaranlıq bir evin qarşısında dayandı. Əmisi birinci mərtəbədə qarşılarına çıxan ilk mənzilin zəngini basdı. Onlar gözləyən zaman əmisi təbəssümlə dişlərini qıcıdaraq dedi:
– Saat səkkiz vəkil yanına gəlmək üçün yaxşı vaxt deyil, ancaq Huld məni bağışlayar.
Qapının gözlüyündə bir cüt iri, qara gözlər göründü, onlar bayırdakı qonaqlara baxıb yox oldular, ancaq qapı açılmadı. Əmisi də, K. da bir-birinə təsdiqlədi ki, bir cüt gözün baxdığını görüblər.
– Yəqin təzə qulluqçudur, tanımadığı üçün qorxdu,–deyən əmisi qapını bir də döydü. Gözlər yenə göründü, ancaq bu dəfə deyəsən bir az kədərli idilər, ya da, ola bilsin, başları üzərində çırtıltı ilə yanan qaz lampasının zəif işığı onları aldadırdı.
– Açın!–əmisi qışqırdı və yumruğu ilə qapını döyməyə başladı.–Cənab vəkilin dostlarıyıq!
– Cənab vəkil xəstədir,–deyə kimsə arxa tərəfdən pıçıldadı. Balaca dəhlizin o biri başındakı qapının ağzında gecə xalatında olan bir cənab dayanmışdı və bu sözləri də çox alçaqdan dedi. Çox gözlədiklərinə əsəbiləşən əmisi qəflətən geri dönüb ucadan dedi:
– Xəstədir? Deyirsiniz xəstədir?
Və acıqlı-acıqlı ona tərəəf getdi, elə bil onu bu kişi xəstələndirmişdi.
– Açdılar!–deyə kişi vəkilin qapısını göstərdi və xalatının ətəklərini yığışdıraraq gözdən itdi.
Qapı doğrudan da açılmışdı və uzun, dümağ önlük taxmış gənc bir qız da–K. həmin o qara, bir az da bərəlmiş gözləri tanıdı–əlində şam ön otaqda dayanmışdı. O, yüngülcə təzim etdi və kişi də salam əvəzinə dedi:
– Gələn dəfə tez açarsınız!–sonra da qızın yanından sivişib keçmək istəyən K.-ya tərəf döndü:–Gəl, Yozef!
Kişinin dayanmadan qapıya tərəf getdiyini görən qız dilləndi:
– Cənab vəkil xəstədir.
K. təəccübləndi ki, qız belə tez geri dönüb qapının ağzını kəsdirib. Onun sifəti gəlincik sifəti kimi yumru idi və yalnız solğun yanaqları, çənəsi deyil, gicgahları da, alnının kənarları da yumrulanmışdı.
– Yozef!–deyə təzədən qışqıran əmisi qıza tərəf döndü: – Ürəyidir?
– Deyəsən elədir...-qulluqçu bu arada vaxt tapıb əlində şam qapıya yaxınlaşaraq onu açmışdı. Otağın şam işığı çatmayan küncündən saqqallı bir sifət çarpayıda dikəldi.
– Leni, kimdir gələn?–şam işığı gözlərini qamaşdırdığı ücün qonaqları tanımadı.
– Albertdir... Köhnə dostun...
– Ah, Albert...–vəkilin başı təzədən yastığa düşdü, elə bil hiss etdi ki, bunların yanında özünü xəstəliyə vurmağın mənası yoxdur.
– Doğrudan özünü pis hiss eləyirsən?–deyə kişi çarpayının kənarında oturdu.–İnanmıram...
Yenə ürəyin tutub, həmişəki kimi keçib gedəcək.
– Ola bilsin...–vəkil astadan dilləndi,–ancaq əvvəlkilərdən betərdir, çətin nəfəs alıram, heç yata bilmirəm, günbəgün də zəifləyirəm.
– Belə de...–Albert şlyapasını dizinə keçirib onu əli ilə aşağı basdı,–bu heç yaxşı xəbər olmadı. Heç olmasa, sənə yaxşı baxırlar? Bura yaman gündədir, qaranlıqdır. Çoxdan buralara gəlmirəm, o vaxtlar yaxşı idi... Bu balaca frölayn da heç şən qıza oxşamır, ya da özünü belə aparır...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)