Periferik görmə nədir?
Sürətli oxu üçün yaxşı inkişaf etmiş periferik görməyə malik olmaq lazımdır. Bu termin altında nə başa düşülür? Nəzər mətnin sətirləri boyunca hərəkət edərkən görmənin maksimal itiliyi və qavrayışın tamlığı yalnız gözün torlu qişasının mərkəzi hissəsində, aydın görmə zonası adlandırılan yerdə meydana gəlir. Bu zonadan, periferiyadan kənarda yerləşən hər şey sanki dumanlı görünür. Sürətli oxu üçün geniş görüş dairəsinin böyük əhəmiyyəti var. O, mətnin informativ hissələrinin axtarışını əsaslı dərəcədə azaldır. Məsələn, bəzi heyvanlarda görüş dairəsi insanlardakından qat-qat böyükdür. Tədqiqatçılar müəyyənləşdiriblər ki, düşmənin, yaxud şikarın yaxınlaşmasını, əsasən, görmə ilə aşkar edən heyvanlarda təkamül prosesində panoram görmə inkişaf edib. Onların gözlərinin optik oxları müxtəlif istiqamətlərə yönəlib, ona görə də görüş dairələri yanlardan da, bədənlərinin arxasından da geniş məkanı əhatə edir. Belə heyvanın sağ və sol gözünün birlikdə görüş dairəsi bəzən 360°-yə çatan nəzər bucağı təşkil edir. Öndən bu sahələr sadəcə bir neçə dərəcə örtülür, hətta tamamilə örtülə də bilər. Panoram görmənin üstünlükləri aydındır: torlu qişada ətraf aləmin nə qədər böyük bir hissəsi fasiləsiz olaraq əks olunursa, təhlükə barədə xəbərdarlıq sistemi bir o qədər effektiv olur. Psixoloqlar tam əminliklə sübut ediblər ki, nəzərin təsbitinin həcmi və informasiyanın götürülməsinin baş verdiyi əməli sahənin ölçüsü təlimdən asılıdır.
Aydın görüş dairəsini əhəmiyyətli dərəcədə genişləndirən və oxu zamanı səhifənin mərkəzi ilə gözlərin şaquli hərəkəti məsələsini həll edən xüsusi metodiki vasitə tapa və məşğələlər hazırlaya bildik. Bu vasitə psixoloqlara yaxşı tanış olan Şultenin rəqəmli test cədvəlləri oldu. Bəzi kitablarda Şultenin müxtəlif cədvəlləri vardır. Onlarla işləyərkən nəzəri növbəti cədvəlin mərkəzində cəmləşdirərək onu tam görmək və görülən bütün rəqəmləri 25 saniyədən çox olmayan müddətdə artan sıra üzrə tapmaq lazımdır. Şulte cədvəlləri, adətən, qavrayışın psixi tempinin, xüsusilə də, görmənin təxmini-axtarış hərəkətlərinin sürətinin tədqiqi və inkişafı üçün tətbiq edilir. Hər cədvəl 25 xanaya bölünmüş və xanalarında 1-dən 25-dək rəqəmlər yazılmış 20X20 sm ölçülü kvadratdan ibarətdir. Siz cədvəllərin səkkizindən də istifadə etməli və nümunəyə (Şəkil 9) əsasən özünüz də onlardan hazırlamalısınız. Hər cədvəldə rəqəmlərin tam sırasının axtarılmasına sərf edilən vaxt saniyə ölçənlə ölçülür.
Şəkil 9. 60 saniyə ərzində Şulte cədvəli ilə iş zamanı gözlərin hərəkətinin qeydiyyatı
5 |
|
6 |
|
|
|
|
20 |
4 |
|
8 |
2 |
|
1 |
2 |
7 |
|
3 |
|
5 |
|
|
3 |
9 |
|
Yaxşı diqqət göstəriciləri və geniş görüş dairəsi olan oxucular bir cədvələ 25-30 saniyə vaxt sərf edirlər. Bütün cədvəl kompleksi ilə məşq edildikcə axtarış müddəti tədricən azalır və ayrı-ayrı şəxslərdə 11-12 saniyəyə, bəzi hallarda isə 7-8 saniyəyə çatır. Özü də bir qayda olaraq ümumi müddət yalnız hansısa ikirəqəmli sayın üzərində ləngimə səbəbindən artır, bütün yerdə qalan rəqəmlər isə tez tapılır, lakin sonra insan birdən yenə də növbəti rəqəmi tapa bilmir-ona baxır və görmür, dərhal ona elə gəlir ki, cədvəldə sadəcə bu rəqəm yoxdur. Şulte cədvəlləri ilə işin belə xüsusiyyətləri insanın psixi fəaliyyətinin tempinin qeyri-bərabərliyindən xəbər verir. Sağlam və istirahət etmiş insan hər cədvələ təxminən eyni vaxt sərf edir. Son cədvəllərdə rəqəmlərin axtarılmasına sərf olunan vaxtın artması ondan xəbər verir ki, insan bir az yorulub. Məşq etdikcə periferik görmənin inkişafı sayəsində rəqəmlərin tapılmasının sürəti tədricən artır. Cədvəllərlə iş zamanı gözlərin hərəkətindəki dəyişikliklərin xarakterini müşahidə etmək maraqlı olardı. Şəkil 9-da cədvəllərlə iş barədə heç bir təlimatı olmayan insanın gözlərinin hərəkətinin qeydiyyatı göstərilib. Bütün rəqəmlərin axtarılmasının ümumi müddəti 60 saniyədir. Şəkildə göstərildiyi kimi nəzər ardıcıl keçidlə rəqəmdən-rəqəmə keçir. Bu cür məşq periferik görüş dairəsinin inkişafı üçün, demək olar ki, heç nə vermir.
Şəkil 10-da rəqəm axtarışının daha mükəmməl texnikası nümayiş etdirilir. Şagird yanakı nəzərlə bütün digər rəqəmləri təsbit edərək nəzərini cədvəlin mərkəzi sahəsində saxlamağa çalışır. Bu, görüş dairəsinin genişləndirilməsini təmin edən effektiv məşqə bir misaldır. Bu halda cədvəllərlə iş müddəti 15-20 dəqiqə təşkil edir və nəhayət, şəkil 11-də Şulte cədvəlləri ilə işdə mükəmməl səviyyəyə gəlib çatmış şagirdlərin rəqəm axtarışına nümunə göstərilib. Nəzər, demək olar ki, hərəkətsiz olaraq cədvəlin mərkəzi hissəsini təsbit edir.
Bütün rəqəmlərin axtarış müddəti 8-11 saniyədir.
5 |
|
6 |
|
4 |
|
|
0 |
4 |
|
8 |
2 |
|
1 |
2 |
1 |
7 |
3 |
|
5 |
|
|
3 |
9 |
|
Şulte cədvəlləri ilə işləyərkən daim yadda saxlamaq lazımdır ki, burada məşq əsas məqsəd deyil. Əsas görüş dairəsinin genişləndirilməsidir ki, buna da yalnız cədvəllərlə iş qaydalarının səliqə ilə yerinə yetirilməsi ilə, sistemli və şüurlu məşqlərlə nail olmaq olar. Həmçinin yaddan çıxarılmamalıdır ki, Şulte cədvəlləri, demək olar ki, mətnin səhifəsinin modelidir.
Cədvəllə iş iki mərhələdən ibarətdir: Hazırlıq və icra mərhələləri. Özü də burada birinci dərəcəli əhəmiyyətə hazırlıq ınərhələsi malikdir. O, aşağıdakı tələbdən ibarətdir: cədvəllə işə başlamazdan əvvəl nəzər onun mərkəzində təsbit edilir. Qarşıya bütün cədvəli tam görmək məqsədi qoyulur.
İcra mərhələsi 1-dən 25-dək bütün rəqəmlərin ardıcıl olaraq axtarışını tələb edir. Periferik görüş dairəsinin məşqinə gəldikdə isə o yalnız siz nəzərinizi cədvəlin mərkəzində təsbit edəndə və baxışınızla onu tam ələ almağa çalışan anlarda baş verir. Məhz bu an gözün torlu qişasının periferik zonaları qıcıqlanır və dairənin ehtiyat hissələrindən informasiyanın qəbulu və emalını təmin edən neyron ansambllar formalaşır. Başqa sözlə, birinci mərhələ keyfiyyətli və effektiv şəkildə icra edilibsə, sonrakı işi yerinə yetirməmək də olar. Nəzəri cədvəlin mərkəzində təsbit edərkən siz sanki bütün cədvəlin görüntüsünü beyinin əməli yaddaşının matrisasına göndərirsiniz. Sonrakı fəaliyyət isə rəqəmlərin axtarışı deyil, sanki onların cədvəlin xanalarında yerləşməsinin yada salınmasıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA
Günün ulduz falı - 14.09.2013
Bakı nə günə düşəcək?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Hər kəs xəstə atasına qulluq edən 6 yaşlı uşaqdan danışır-FOTO
İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB + VİDEO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
Yeni il qabağı avtomobillərə qadağa
Yaşadıqca...
Bu sezonun eynək modelləri
Xəstəlik aktyoru tanınmaz hala saldı
Avropada ilk transfer bombası partladı
Direktorlara kurs keçiləcək
Plastik istifadəsini azaltmağın yolları
Ana bətnində mübarizə
İnstagram fenomeninin sirri məlum oldu-FOTO
Səməd Vurğun dünyası rənglərin işığında
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Paltardan pomidor ləkəsini necə çıxarmalı?
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Bilməkdə fayda var...
Azərbaycan millisi irəlilədi
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Abituriyentlərinin nəzərinə!
Ebola Azərbaycanda yayıla bilər?
Millət vəkili Ramil Səfərovun evində
Azərbaycanda süni mayalanma halları artıb
"Naznaz" peraşkisi (foto resept)
Ən uzaq kosmik cism tədqiq ediləcək
Damarları təmizləyən qidalarla tanış olun!
BAKI 2015: Bu komandamız ən güclü oldu
Hər mövsümün tərzinə çevrilən, ağ şalvarlar
Balıq kotleti (foto resept)
Dünyanın ən iri teleskopu tikilir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Klaviaturanın sirləri (Dərs4)
Günün ulduz falı
Suda doğuşun faydaları
Mayli Sayrus xəstəxanalıq oldu-SƏBƏB
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ac qarına bunları etməyin!
Buraxılış imtahanlarının vaxtı bilindi
2013-cü ilin ən uğursuz filmləri
Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi
Cehiz alış-verişi
- ŞƏRHLƏR