Əziz xanımlar! Qadın.Net-dəki həyat hekayələrini oxuduqdan sonra fikirləşdim ki, bəlkə mən də öz hekayəmi yazım. Bu haqqda çox düşündüm. Axır ki, qərar verdim.
Bütün qadınlar kimi mən də sevmişdim. Sevdiyim üçün də çox xoşbəxt idim. O, mənim yaxın qohumum olsa da, mən onu cəmi 3 dəfə görmüşdüm. Birinci görüşümüz onun valideynlərinin ayrıldıqları vaxtda olmuşdu. Onda ikimiz də uşaq idik. İkinci görüşümüz onun qardaşının toyunda olmuşdu. Biz onlara toy günü getmişdik. Qohumlar hamısı bizimlə bir-bir görüşdülər, onların arasında o da vardı. Nədənsə mən onunla görüşmədim. Bizim üçünçü görüşümüz (kaş bu görüş heç olmayaydı) 1997-ci ilin dekabrın əvvələrində oldu. Onda o, Rusiyada yaşayırdı. Mənim yaxınlarımdan biri tez-tez Rusiyaya gedib-gəlirdi. Yaxınım dediyim adam bir gün onunla orada rastlaşır və onu bizə gətirir. Doğrusu, mən onu görəndə çox çaşmışdım. O, artıq dəyişmişdi. Nədənsə mənim ona yazığım gəlirdi. Atasından ayrılıb anası ilə yaşayırdı. Elə hey atasından danışardı mənim atama. Atam ona bir gün dedi: "Get atanla görüş, bəlkə atan səni qəbul edəcək?" Elə bu sözü gözləyirmiş kimi, səhərsi gün atasının yanına getdi. Bir gündən sonra kor-peşman bizə qayıtdı, atası onu bağışlamamışdı. Beləliklə, bir aya yaxın bizdə qaldı. Getməyinə 3 gün qalmış mənə ürəyini açdı. Gedən günü "Məni gözlə, 1 həftəyə qayıdacam" demişdi.1 həftə 5 il çəkdi. 5 ilin axrıncı bir ilini ancaq telefonla danışırdıq. Günlərin bir günü gözləmədiyimiz bir halda onun anası və gəlinlərinin qohumu ilə bizə elçi gəldilər. Evimizdə heç kim razı deyildi. Atam bir kəlmə söz deyərək otaqdan çıxmışdı. Dediyi söz bu olmuşdu onun anasına: "Qardaşımdan ayrılsan da 17 il sən bizim gəlnimiz olmusan. Uşaqlar istəyirlər bir-birini, onların heç bir günahı yoxdu. Qardaşımla özün bilərsən, bunların hər ikisi də mənim uşaqlarımdı. Onları öz işlərinizə qatmayın". Atamın sözlərindən anası ağlamağa başlamışdı: "Mən heç vaxt elə şey etmərəm. Mənim vicdanım var, onların nə günahı, oğlum istəyir, mən də gəlmişəm". Nə isə, 2002-ci ilin uyun ayında bizim toyumuz olacaqdı. Atamla qardaşım belə qərara gəlmişdilər ki, onlara çox xərc çəkməyə qoymasınlar. Elə də oldu. Axı o, yad deyildi, əmim oğlu idi. Mənimlə bərabər ona da hədiyyələr alınırdı. Çox xoşbəxt anlar yaşayırdıq, onlarlı-bizli heç kimin ağlına gətirə bilməyəcəyi qədər bizi nə dəhşətli günlər gözləyirmiş sən demə. Mən artıq gəlin köçmüşdüm. 25 gün Azərbaycanda qalıb, sonra Rusiyaya getdik. O, məndən 15 gün əvvəl getmişdi. Bizim qalacağımız evi onların gəlinləri başqa adama vermişdi.Ona görə də tez gedib ev tapmalı idi. Rusiyada ev tapmaq elə də asan deyildi. Məni onun yanına anası apardı. Onu deyim ki, 1 həftə yaxşı yaşadıq, 1 həftədən sonra qadın pis əməllərinin işlətməyə başladı. Anası az imiş kimi, gəlinləri də gəldi. Başlandı, nə başlandı. Evdə hər gün söz-söhbət olurdu: "Əmin belə, əmin elə"... Ürəyim dözməsə də, məcburən susurdum. Çünki oğlu evə gələndə mənim demədiyim sözləri mənim üstümə atırdı. O qədər bezmişdim ki, necə dəfələrlə özümə qəsd etmək istəmişdim. Bu minvalla mən 82 gün onlarla qadım. Yenə də ailəmin dağılmasını istəmirdim, elə hey deyirdim: "Yaxşı olar inşAllah", özüm-özümə təsəlli verirdim. Çox söz-söhbətdən sonra aydın oldu ki, anası məndən əmimin heyfini alırmış. Onların qisası mənə çox baha başa gəldi, mən gəldikdən sonra birinci atam, sonra isə əmim dözməyib dünyasını dəyişdilər. Bunda nə əmimin, nə də atamın günahı vardı. Əmim o qadını pis yola düşdüyü üçün onu boşamışdı. Artıq 10 ildi qayıtmışam, sözsüz-söhbətsiz yaşayıram. Bu yaxınlarda eşitdim ki, gəlinlərinin qohumu ilə evlənib, ondan bir qızı olub, o yazıq qızı da mənim kimi yarı yolda qoyublar. Bir uşaqla atasının evində yaşayır. Heç uşağın üzünü görmək belə onlar üçün maraqlı olmayıb.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Makiyaj ustasından dodaq makiyajı
Hicablı model gözəlliyi ilə diqqət çəkdi-FOTO
Hamiləlikdə USM
Beyni öldürən 10 təhlükə
Dəbli çantalar
"Seksenler"in Nazlısı oğlu ilə - FOTO
"Bu, Qarabağ üçün intihardır"
Paris Moda Həftəsində üst geyimlər
Ölkəmizdə daşqın gözlənilirmi?
Qeyri-adi faktlar
Beyonce olduğunu iddia edən qadın həbs olundu-FOTO
Qısa donlar
Gözaltı torbalardan xilas olmağın yolları
Riberi küsdü
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Azərbaycanda planşet istehsalına başlanacaq
Boyunu cavanlaşdıran 4 təsirli üsul
Mehriban Əliyeva xalqı təbrik etdi
Ağ pendirli pomidor (foto resept)
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
"İstanbullu gəlin" üçün stilini dəyişən aktrisa-FOTO
Diqqət testi
41 yaşlı Diana Kryuqer ana olacaq-FOTO
Ceyms Bondun maşını satışa çıxarıldı-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Türkiyədə kütləvi dəfn mərasimi keçirildi
Ən böyük savab
Azərbaycan əhalisinin sayı artdı
Hazal Kaya kafe açır
Gələcəyin maşını
Dünyada növbəti soyuq müharibə
Ananas pəhrizi
Toyuq ətli salat (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Hər kəs BU GÜNÜ GÖZLƏYİR: sabah başlayacaq və...
Çağatay Ulusoya 200 minlik təklif
Oskar gecəsinin aksesuar seçimləri
Məşhur aktrisa öldü-FOTO
Bakı sürücülərinə şad xəbər
Kosmetikanı necə saxlamalı?
Fərqli çay içmək istərdinizmi?
Gürcüstanda zəlzələ şaxtanı dağıdıb
Süd,bal və kələm
İlin Ən Yaxşıları Seçildi - FOTO
Ebola həyəcanı sona çatdı
Bədbəxtliyimizdən qurtulaq!
BASDIRMA (foto resept)
- ŞƏRHLƏR