
Bayramın özünəməxsus xüsusiyyətləri mövcuddur.Bu barədə Modern.az-a danışan dini yazar Kənan Rövşənoğlu deyir ki, Qurban bayramında kəsilən heyvan şəriət qaydalarına cavab verməlidir. “Qurban bayramının bir sıra əməlləri mövcuddur. Bunlar bayram namazı, qurban kəsmə mərasimi və sairdən ibarətdir. Qurban bayramı namazı gün çıxandan sonra qılınır. Qurban kəsmək qaydalarına əsasən, qurbanlıq heyvan - dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inəyin 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın”. Kənan Rövşənoğlu deyir ki, şəriətə əsasən, qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürməli, bir hissəsini ehtiyaclı kimsələrə verməli və bir hissəsini də hədiyyə etməlidir. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır”.Qeyd edək ki, Azərbaycanda bəzi adamlar Qurban bayramı günlərində xoruz, hind quşu və digər ev quşları kəsirlər. Kənan Rövşənoğlu ev quşlarının qurban kimi kəsilməsinə toxunaraq deyib.“Qurban kəsmək həcc ziyarətində olanlar üçün vacib, digər müsəlmanlar üçünsə bəyənilən, tövsiyə olunan əməldir. Eyni zamanda bayram günü ibadət və qurban kəsməklə yanaşı, ehtiyacı ilan insanlara yardım etmək, xəstələrin, qocaların ziyarətinə getmək, küsülü insanları barışdırmaq tövsiyə olunan əməllərdir. Ev quşları kəsmək qurbana aid deyil, sadəcə bəzi insanlar bayram günü bu mərasimdən geri qalmamaq üçün ev quşları kəsirlər”.Dini yazarın sözlərinə görə, heyvan kəsib ətini bağışlamaq qurbanın simvolikasıdır, bu əməlin özü qurbə, yəni yaxın olmaq, tam mənası ilə Allaha yaxın olmaq deməkdir.”Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil, Allaha yaxın olmaq, onun razılığını qazanmaq üçün ehtiyacı olan kimsələrə yardım etməkdir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Gələn ilin dövlət büdcəsi nəyə xərclənəcək?
DİQQƏT: İxtisas seçiminin vaxtı UZADILDI
Kakaolu şirniyyat (foto-resept)
Yenilənən Infiniti QX80
Şəkiyə güclü qar yağıb
Doqquz yaşlı qız dişi çəkildikdən sonra öldü - VİDEO
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub
Meryem Üzerlinin son FOTOsu məxərəyə qoyuldu
Avropada istirahət üçün ucuz şəhərlərin adları açıqlandı
Azərbaycanda bir gün hava pis olacaq, sonra temperatur yüksələcək
51 kq Arıqlayıb Britaniya Gözəli Oldu-FOTO
Azərbaycanda şəxsi ev tikənlərin diqqətinə
Zəvvarların növbəti qrupu yola düşdü
Putin Lukaşenkoya az yatmasından şikayətlənib
Nur Yerlitaş xərçəngdən əməliyyat olunacaq
127 yaşlı Eyfel
Azərbaycanda qatar biletləri ucuzlaşdı
Yayın dəbli geyimləri
Sosiskalı, kartoflu zərf börəyi (foto-resept)
Hadisədən Ozan Güvən qalmaqalına sərt reaksiya
Ermənistanda 7 nəfərlik ailəni qıran rus əsgər azad olunacaq?
Pxenyan ballistik raket buraxacaq - XƏBƏRDARLIQ
Vitiligo xəstələrinə yeni ümid
Azərbaycanın Avropaya daxil edilməsi üçün ekspedisiyaya başlanılır
Boğaz ağrısı üçün sarımsaqlı çay
Dünyanın gələcəyini dəyişəcək qərar
Qələm peçenyesi (foto-resept)
Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir?
Özünüzə həmkar tapın
40 yaşından sonra evlənən məşhurlar
Məşhur müğənni koronavirusa görə konsertini ləğv etdi
Selin Dion anası öldüyü gün konsert verdi-FOTO
Yumurta arıqlamaq istəyənlər üçün məcburi məhsuldur
Bu gündən xaricdən mal gətirtməyə görə 300 dollarlıq limitlə bağlı qərar qüvvəyə minir
Qutu rəf modelləri
Bank açıqladı, dollar bahalaşdı
Bu gün İsraildə prezident seçilir
Su içmənin dəriyə faydaları
HAVA necə olacaq?-16 noyabr
Səhərlər idman etməyin faydaları
Günün ulduz falı
Bu kitabın adını oxuya bilərsiniz?
Bakıda virusa yoluxma ən çox hansı ərazidədir?
Qeyri-adi piyada keçidi
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Kişi və qadın arasında dostluq mümkündürmü?
Bakı metrosuna könüllülər lazımdır
Azərbaycan tarixindən yüz şəxsiyyət-46
Şaxta baba ilə 11 il
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO















- ŞƏRHLƏR