Salam əziz oxucular! Bu yazını yazıb, yazmamaq barədə aylardır düşünürəm. Amma sonda sizin məsləhətlərinizə ehtiyacım olduğunu düşünüb yazımı göndərməyə qərar verdim. Düşünürəm ki, ən başdan başlasam daha doğru olacaq.
Mən ailənin sonuncu övladıyam. Bacım və qardaşım məndən kifayət qədər böyükdürlər. Ailəm həmişə böyük olduqları üçün onların probləmləri ilə məndən daha çox məşğul olur. 2005-ci ildə Universitetə qəbul olundum. Hər kəs çox sevinirdi. Yaxşı da oxuyurdum. Amma birinci kursun sonunda qrupdakı oğlanlardan biri mənə qarşı hisslərinin olduğunu dedi.
Bu oğlanın valideynləri yox idi. Əvvəllər ona sadəcə yazığım gəldiyindən sərt davranmırdım. Amma o bu yumşaqlığı yanlış anlayırdı. Sanki ona qarşı nəsə hiss edirmişəm. Doğrudur, pis insan deyildi. Məni də çox sevirdi. Ən azından buna məni inandırmışdı. Mən də düşünürdüm ki, mənə sevgisi lazımdır. Onun sevgisi ikimizə də bəs edər. Mən sevməsəm də olar. 4-cü kursda nişanlandıq. Hər gün dalaşırdıq. Həddən çox olan qısqanc olduğu üçün məni çox yorurdu. Əsgər getdi, bir illik. Ailəsi, yeni qohumları bir dəfə də mənimlə maraqlanmadılar. Nənəm rəhmətə getdi. Heç telefonla da olsa başsağlığı vermədilər. Əsgərlikdən gələndə ata evini düzəldər deyə fikirləşirdik. Amma bir il ərzində özü üçün işlədi, gəzdi, dolandı. Mənə nəzərdə tutulan hər şeyin pulunu dostuna verdi. Bu artıq son damla oldu. Heç evi təmir edə bilmədi. Dəfələrlə ona dedim ki, belə etməsin. Bizə yazığı gəlsin. Bəs o belə edirsə, bizim axırımız nə olacaq? Onu da qeyd edim ki, o əsgərlikdə olduğu dövrdə mən magistraturaya daxil oldum və bitirdim. İş axtarırdım və tapdım. Şükür ki, yaxşı işim də var. Amma işdə də məni rahat qoymurdu. İşə daxil olduğumda heç kimə nişanlı olduğumu deməmişdim. İndiyə kimi də çox adam bilmir. Bilmələrini də istəmirəm. Bu ilin aprelində ona son sözümü dedim. Dedim ya hər şeyi yoluna qoyub, bizim üçün, mənim üçün və ən nəhayət gələcəyimiz üçün bir addım atsın, ya da mən nişanı qaytarıram. İnanmadı. Yenə bekar gəzib zaman itirməyə davam etdi. Bir gün valideynlərim onu çağırdılar. Gəldi və hər şeyi tamamilə fərqli dedi. Bir oğlana yaraşmayacaq şeylərdən danışdı. Məni restorana aparıb, magistr imtahanlarımın ödənişini bu verirmiş və.s Əslində universitet həyatımdan belə xəbəri yox idi. Valideynblərim eşitdikləri yalandan sonra nişanı qaytardılar. Bir həftə sonra gəlib hər şeyi geri götürdülər. Amma bu həftə ərzində yaşadım desəm yalan olar. Amma ayrılmağa qəti qərar vermişdim.
Buna daha bir səbəb də var idi. İşə yanvar ayında başlamışdım. İş yoldaşım olan bir oğlana qarşı hisslərim yaranmağa başlayırdı. Lakin fikir vermirdim. Onun mənə olan diqqəti isə işdə heç kimin gözündən yayınmırdı. Bir gün təsadüfən mənim elektron ünvanıma mesaj yazdı. Elə sadə mesaj idi. Sevgi etiraf deyildi. Sadəcə mesajlaşırdıq. İşdə yanaşı otaqlarda otururduq. Getdikcə bu münasibət böyüyürdü. İlk həftədə ona nişanlı olub qaytardığımı dedim. "Hər kəsin başına gələ bilər" dedi. İnandım. Artıq 9 ay ötüb bu hadisələrdən. Amma bu 9 ayda nələr yaşanmadı. Göz yaşı, kədər, küskünlük, mübahisə. Mənə ilk gündən "hər kəsin başına gələ bilər" desə də hər mübahisəmizdə "sən onu hələ də sevirsən. Onunla məni müqayisə edirsən" deyirdi. Artıq bütün bunlardan bezmişdim. Bir dəfə əsəbi halda mənə qarşı nalayiq söz işlətdi. Həmin an da üzr istədi. Vəziyyətini görürdüm. Əsəbdən ağlayacaq halda demişdi. Bu addımını bağışlaya bilməsəm də yenə əlaqə saxlayırdım. Bir neçə gün sonra buna da peşman etdi. Hər mübahisəmizdə "ilk sevdiyim məni çox sevirdi" deyirdi. Bu sözlərini bağışlaya bilməsəm də ayrıla bilmirdim. Bir gecə səhərə kimi ona yazdım və ayrılmağımız barədə qərarımı verdim.
Ümid edirəm ki, bununla da bitər münasibətlərimiz. "Axı niyə mən bunları yaşadım" deyə hər gün özümə sual verirəm. Hər gün göz yaşı, əsəb keçirdim. Sevgi budurmu?... Hal-hazırda məzuniyyətdəyəm, amma yenə işə çıxacağam. Onu yenə görəcəm. Nə edəcəyimi bilmirəm. Son günlər "Yetimin və qadının haqqını yeməzlər" sözü ağlımdan çıxmır. Bəlkə, mən nişanlımı yarı yolda buraxdığıma görə bütün bunları yaşayıram?. 3 il nişanlı qaldığım şəxsdən ayrıldıqda bu qədər üzülməmişdim. İndi isə sadəcə günlər başlayır və bitir. Allahdan tək istəyim bu hisslərimə qalib gələ biləcək bir güc verməsidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İsti havalarda bu qidaları alarkən diqqətli olun!
İlin qəşəng qadınları
Məşhurların uşaqlarına hədiyyələri
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
40 yaşından sonra evlənən məşhurlar
BÜRCLƏR bizə nə vəd edir? - 9 MAY
Nokia-larda Android olmayacaq
Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Limfa vəzləri niyə böyüyür?
Türkün şən səsi vəfat etdi
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
İngilis dili-Dd (2)
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Diqqət! Qasırğa var!
Dünyanın ən gözəl 12-i qadını
Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Pələng yoldan keçən maşının arxasınca düşdü-VİDEO
Beyini skanı intihar barədə məlumat verə bilər
Facebook-dan pulsuz internet
Hamiləlikdə nə yeməli?
Türkiyənin görməli yerləri
Şifrlənmiş ProtonMail-i sınamaq istəyirsiniz?
Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
Məşhurların Halloween Kostyumları
BÜRCLƏR bizə nə vəd edir?-9yanvar
Fransızsayağı ət (foto resept)
"Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi üçün bir milyon manat ayrıldı
Hansı bürclər daha çox xəyanət edir?
"Arşın mal alan" Marionet teatrının səhnəsində
"Trüffle" peçenyesi (foto resept)
140 bina nəzarətə götürülüb
Günün qoroskopu: Dostların qədrini bilin
Bakı havası: bunun adı sükutlu sui-qəsddir
Ən yaxşı 10 əl kremi
Moskva olimpiadasını xatırladan suvenirlər
Valideynlərini itirmiş uşaqlara sosial xidmət göstəriləcək
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
Hazal Kaya nişanlandı - FOTO
Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA
Turistlərin Avropa Oyunları haqda fikirləri
Dünyanın "ən"ləri
Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? - FOTO
Demet dodağını sancmış arıya mahnı yazdı - VİDEO
Goranboyda qeyri-adi buzov dünyaya gəldi
Kutsi toy edəcəyi tarixi açıqladı
Qısqanclıq hissinin yaranma səbəbi
Qarabağa xaç yürüşünün qurbanları
- ŞƏRHLƏR