Mən artıq 6 ildir ki,ailəliyəm.Allaha şükürlər olsun ki, evlilik həyatımda hər şey yolunda gedir.Allah bütün balalari saxlasın, 2 övladim var bir qız,bir oğlan.Onlarla oyunlar oynamaqdan çox həzz alıram.Günlərim necə keçir, heç özüm də bilmirəm.Mənə onları bağışladıgı üçün Allahıma minnətdaram.Ancaq evliliyimdən əvvəl, 4 il birini dəli-divanə kimi sevmişəm.Necə deyərlər, televizorda, seriallarda heyrətlə baxdığımız məhəbbəti yaşamışam.Ancaq həyat elə gətirdi ki,qovuşa bilmədik.Xəyallarımız açmamış gül təki soldu getdi.Ürəyimdə sağalmaz yara kimi qaldı.Nə onun valideyinləri,nə də ki, mənim valideyinlərim evliliyimizə razı olmadı.Çox calışdıq ki, ayrılmayaq,çox dil tökdü ki, valideynlərimizi razı salaq.Amma yenə də alınmadı bizdə.Fikirləşdik, qarşılıqlı qərara gəldik ki, valideynlərin xeyir-duası olmadan qurulan ailənin bərəkəti də olmaz.Biz ya hər şeyi geridə qoyub arxamıza baxmadan çıxıb getməliydik, ya da ki, ayrılmalıydıq. Mənim özümü başa düşəndən həyatdakı ən böyük arzum və məqsədim böyüyüb boya-başa çatdığım ata evindən ağ gəlinlikdə çıxmaq idi. Həm də mən atamın başını aşaığı əyə bilməzdim. Ona görə də ayrılmaq bizim üçün ən münasib çıxış yolu idi. Baxmayaraq ki, çox əzablı, ağrılı idi.Mən günlərlə yuxu yatmadım,yemədim-içmədim,aylarla üzüm gülmədi.Amma nə etmək olar ki, bu da bizim qismətimiz idi.Və çox keçmədi ki, mən ondan gözü yaşlı ayrılaraq başqa bir şəhərə gəlin köçdüm.
Allaha min şükürlər olsun ki, həyat məni peşmanşılıqla üzləşdirmədi, həyatım çox gözəldi.İndiki həyat yoldaşımı çox sevirəm.Əgər bu sevgidirsə...Hər halda ona bir şey olsa, mən yaşaya bilmərəm.Baxmayaraq ki, məni həyata bağlayacaq 2 balam var, amma yenə də mən onu heç nəyə dəyişmərəm.Yenə də məndən seçim etməyimi istəsələr indiki həyat yoldaçımı seçərəm... Çünki o, əvəzolunmaz ata, dünyanın ən yaxşı həyat yoldaşıdı, bir az soyuqqanlı olmasına baxmayaraq.
İllərin keçməyinə baxmayaraq, mən ilk məhəbbətimi qəlbimdən çıxarda bilmirəm.Onu hər görəndə xəyallarım,arzularım yenidən alovlanıb məni yandırır.İndi o, da evlidi.Ancaq yenə mənimlə telefonla əlaqə yaratmaq istəyir.Məni yenə də sevdiyini deyir,hətta görüşmək istəyir.Amma mən qətiyyətlə yox deyirəm. Məndən küsür,artıq onu sevmədiyimi deyir. Mən isə onunla heç telefonla da danışmaq istəmirəm.Çünki özümü onun xanımının yerində düşünürəm və çox pis oluram.Mən ailə dağıldan olmaq istəmirəm. Həm də öz yoldaşıma qarşı belə bir addım atmaram. Onun qəlbini qırsam özümü heç vaxt bağışlaya bilmərəm. Mən həmişə onun sevgisinə layiq olmağa çalışıram. Ona heç vaxt xəyanət etmrəm. Hətta telefonla danışmağı da mən böyük günah sayıram.Ona görə də sevgimi qəlbimə gömüb yoldaşımın sevgisinə, hörmətinə layiqli bir qadın, uşaqlarıma layiqli anası olacam .Onu nə qədər çox sevsəm də...
XƏBƏR LENTİ
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Məşhur futbolçunun qızıldan telefonu
Burak Özçivit serialından 1,3 milyon alacaq
Meyvəli biskvit (foto resept)
"Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi"
Xoşbəxtlik gətirən qidalar
Rəngarəng donlar
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Təsirli Koreya filmləri
Məşhur aktyor xəstəxanalıq oldu-SƏBƏB
Baldırğan, tərxun və dağ nanəsi
Nazirlikdən yeni qərar
Dünyanın ən bahalı rəsm əsəri məlum oldu
Kimlər qurban kəsə bilməz?
Heyrətamiz mikrodünya
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Üzdəki tüklərdən xilas olmaq üçün 2 üsul
Madonna məhkəməlik oldu-SƏBƏB
Bu gün köhnə Yeni ildir
Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
Qaraçıların pulla bağlı qəribə inancları
Sabah qar qayıdır
Cem Yılmazdan 700 manat açıqlaması
Noyabrın son günü Azərbaycanda hava necə olacaq?
Milli qəhrəman olan jurnalistin ad günüdür
Əqrəb və Dolça bürcü uyğunluğu
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Qaynar.info saytı dağıdıldı
Günün qoroskopu: işinizi unutmayın
Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır
Nəfəs
Kuklaya bənzəmək üçün bunu da etdi-FOTO
Burak “Diriliş Ərtoğrul”-da - FOTO
Qeyri-adi çantalar
Daha bir ölkədə çarşaba qadağa qoyuldu
Ərdoğan kimdən küsdü?
Xəyallarımın şəhəri Barselona
Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Dünyanın ən yüksək binaları
Ərdoğandan gözlənilməz addım
Cavabsız suallar...
HAVA necə olacaq? 24 Mart
Azərbaycan həkimlərindən insanlıq dərsi...
Şəlalə soyuqda dondu
Ronaldu təyyarə aldı
Adını çəkdilər deyə məhkəməyə verdi
Məşhur model hamiləlik FOTosu paylaşdı-4 milyonluq "Like"
- ŞƏRHLƏR