Bu gün xalqımızın tarixinin ən faciəli səhifələrindən biri-Xocalı soyqırımının 20-ci ili qeyd olunacaq.
1992-ci il fevral ayının 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək insanlığa ləkə olan soyqırım həyata keçirmişlər.Erməni-rus faşistləri cəmi bir neçə saat ərzində 613 nəfər əhalini (63 uşağı, 106 qadını, 70 qocanı) qəddarcasına işgəncə ilə öldürmüş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərə ağır xəsarət yetirmiş, 1275 nəfər qadın, qoca və uşağı girov götürmüş, ağlasığmaz təhqir və zülmə məruz qoymuşlar.Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, körpə uşaqların gözlərini çıxarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.
Xocalılar bu amansız soyqırım günündə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə qəhrəmanlıqla döyüşmüş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.Xocalıda göstərdiklər igidliyə görə Aqil Quliyev, Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab İsmayılov, Hikmət Nəzərli ölümlərndən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.Vətən qarşısında borclarını ləyaqətlə yernə yetirən bu qəhrəmanların məzarları hazırda ziyarətgaha çevrilmiş Bakıdakı Şəhidlər Xiyabanındadır.
Keçmiş sovet dərsliklərndə alman faşistlərnin Xatın kəndində və ya ABŞ imperialistlərinin Vyetnamın Sonq-mi kəndində, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində törətdikləri vəhşiliklər haqqında danışılır, bu hadisələr faşizm və imperializm üçün xarakterk xüsusiyyət kimi təbliğ edilirdi.Bəs Xocalıda baş verən bu qanlı cinayət necə qiymətləndirilməlidir?Bu suala təəssüf ki, hələ cavab tapmamış, mənfur erməni daşnaklarının əsl siması açılmamışdır.
Beləliklə 10 min nəfərlik əhalisi olan bütöv bir şəhər yer üzündən silindi!
Xocalım!
Arxadan açılan qafil gülləsi
Eylədi qəlbini talan,Xocalım!
Yırtıcı qurdlarla o qış gecəsi
Əli boş ,üzbəüz qalan Xocalım!
***
Açılan səhərə qaldı ümidin,
Çağırdın,hay çəkib kömək dilədin.
Diz qoyub ayağa dura bilmədin,
Üstünü qatillər alan Xocalım!
***
Dəhşətdən dartıldı qaşı dağların,
Bir az da ağardı başı dağların.
Yaşına qarışdı yaşı dağların,
Çaylağı qan ilə dolan Xocalım!
***
Yanan könlümüzdə ağıya döndün,
Odlu bayatıya,nağıla döndün.
Bir Zümrüd quşuydun,hey yandın,durdun,
Qanadını yana salan Xocalım!
***
Ay İlham,Tanrıdan dilə dözümü,
Dəhşətlər kor edər ağlar gözünü.
Sinəmə basdığım telli sazımı
Qanlı mizrab ilə çalan Xocalım!
İlham İdrisoğlu Brest 24.02.2010 19:15
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR