Qadin.NET / Erməni terroru-3 (Xocalı soyqırımı)

Erməni terroru-3 (Xocalı soyqırımı)

Erməni terroru-3 (Xocalı soyqırımı) 

Bu gün  xalqımızın tarixinin ən faciəli səhifələrindən biri-Xocalı soyqırımının 20-ci ili qeyd olunacaq.

1992-ci il fevral ayının 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş sovet ordusunun  366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək insanlığa ləkə olan soyqırım həyata keçirmişlər.Erməni-rus faşistləri cəmi bir neçə saat ərzində 613 nəfər əhalini (63 uşağı, 106 qadını, 70 qocanı) qəddarcasına işgəncə ilə öldürmüş, 8 ailəni tamamilə məhv etmiş, 487 nəfərə ağır xəsarət yetirmiş, 1275 nəfər qadın, qoca və uşağı girov götürmüş, ağlasığmaz təhqir və zülmə məruz qoymuşlar.Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, körpə uşaqların gözlərini çıxarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Xocalılar bu amansız soyqırım günündə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə qəhrəmanlıqla döyüşmüş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.Xocalıda göstərdiklər igidliyə görə Aqil Quliyev, Əlif Hacıyev, Tofiq Hüseynov, İnqilab İsmayılov, Hikmət Nəzərli ölümlərndən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.Vətən qarşısında borclarını ləyaqətlə yernə yetirən bu qəhrəmanların məzarları hazırda ziyarətgaha çevrilmiş Bakıdakı Şəhidlər Xiyabanındadır.

Keçmiş sovet dərsliklərndə alman faşistlərnin Xatın kəndində və ya ABŞ imperialistlərinin Vyetnamın Sonq-mi kəndində, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində törətdikləri vəhşiliklər haqqında danışılır, bu hadisələr faşizm və imperializm üçün xarakterk xüsusiyyət kimi təbliğ edilirdi.Bəs Xocalıda baş verən bu qanlı cinayət necə qiymətləndirilməlidir?Bu suala təəssüf ki, hələ cavab tapmamış, mənfur erməni daşnaklarının əsl siması açılmamışdır.

Beləliklə 10 min nəfərlik əhalisi olan bütöv bir şəhər yer üzündən silindi! 


 

Xocalım!

 Arxadan açılan qafil gülləsi

Eylədi qəlbini talan,Xocalım!

Yırtıcı qurdlarla o qış gecəsi

Əli boş ,üzbəüz qalan Xocalım!

***

Açılan səhərə qaldı ümidin,

Çağırdın,hay çəkib kömək dilədin.

Diz qoyub ayağa dura bilmədin,

Üstünü qatillər alan Xocalım!

***

Dəhşətdən dartıldı qaşı dağların,

Bir az da ağardı başı dağların.

Yaşına qarışdı yaşı dağların,

Çaylağı qan ilə dolan Xocalım!

***

Yanan könlümüzdə ağıya döndün,

Odlu bayatıya,nağıla döndün.

Bir Zümrüd quşuydun,hey yandın,durdun,

Qanadını yana salan Xocalım!

***

Ay İlham,Tanrıdan dilə dözümü,

Dəhşətlər kor edər ağlar gözünü.

Sinəmə basdığım telli sazımı

Qanlı mizrab ilə çalan Xocalım!

İlham İdrisoğlu Brest  24.02.2010 19:15   

Erməni terroru-3 (Xocalı soyqırımı)

25 fevral 2012
GO BACK