Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Ziya Bünyadov
(1921-1997)
Ziya Musa oğlu Bünyadov 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Atası hərbi xidmətdə olduğundan ailə mütəmadi olaraq müxtəlif şəhərlərə köçürdü. Ziya orta məktəbi Göyçay şəhərində bitirmişdir. Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün sənədlərdə yaşını iki il artırmış və beləliklə, 1939-cu ildə hərbi məktəbə daxil ola bilmişdir.
1941-ci ildə faşist Almaniyasının SSRİ-yə hücumu ilə əlaqədar olaraq hərbi məktəblərdə zabitləri qısaldılmış kurslar əsasında hazırlayır və dərhal cəbhəyə göndərirdilər. 1941-ci ildə leytenant Ziya Bünyadov da təyinatla cəbhəyə yollanır. Əvvəlcə tağım, sonra isə bölük komandiri olmuş gənc zabit Şimali Qafqaz, Ukrayna, Moldaviya, Belorusiya ərazilərinin almanlardan azad edilməsində iştirak etmişdir. Döyüşlərdə o, kontuziya almış və iki dəfə yaralanmışdır. Polşa ərazisində gedən döyüşlərdə fərqlənmiş Ziya Bünyadov 1945- ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qələbədən-qələbəyə irəliləyən zabit Berlin uğrunda gedən döyüşlərdə də fərqlənmişdir.
1945-ci ilin mayında mayor Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi təyin edilmişdir. O, Berlinin təsərrüfat və mədəni həyatının bərpa olunmasında fəal iştirakına görə Almaniyanın "Vaffenbruderşaft" və "Artur Bekker" medalları ilə təltif edilmiş və fəxri adlara layiq görülmüşdür.
1946-cı ildə sovet ordusu sıralarından tərxis olunan Ziya Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, orada təhsil almış, daha sonra 1950-ci ildə oranın aspiranturasına daxil olmuşdur. Elə o zaman da o, həyatını şərqşünaslıq elmi ilə bağlamaq qərarına gəlmişdir. Ziya Bünyadov məşhur şərqşünas Y.Belyayevin rəhbərliyi ilə namizədlik dissertasiyasını yazaraq
1954-cü ildə müdafiə etmişdir. Həmin ildə Bakıya qayıdan alim Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi vəzifəsində işə qəbul edilmişdir. 1958-ci ildən etibarən isə o, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi kimi fəaliyyətə başlamışdır.
1960-cı ildə Ziya Bünyadov alban tarixçisi Mxitar Qoşun "Alban xronikası" adlı əsərini tərcümə edərək onun məhz alban müəllifi olmasını sübut etmiş və Mxitar Qoşu "erməni salnaməçisi" adlandıranlara tutarlı cavab vermişdir.
1964-cü ildə o, "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dissertasiya Azərbaycan tarixinin Ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb edilmiş nadir mənbələrin və yazıh abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial- iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunmuş, bir sıra mühüm problemlər ətraflı şəkildə öz həllini tapmışdır. Əsərdə xalq kütlələrinin xilafətə qarşı mübarizəsinə xüsusi yer verilmiş, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılmışdır. Bu dərin tədqiqat Azərbaycan tarixini saxtalaşdırmağa çalışanlara, ilk növbədə erməni "tarixçilərinin" uydurmalarına tutarlı cavab olmuş,
Azərbaycanın çətin tarixi dövrünün real hadisələrini bərpa etməyə imkan vermişdir. Həmin ildə Ziya Bünyadov Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərqin orta əsr tarixi şöbəsinə müdir təyin edilmişdir. 1965-ci ildə SSRİ Ali Attestasiya Komissiyası ona professor adı vermişdir.
1965-ci ildə "Azərbaycan VII-IX əsrlərdə" əsəri kitab şəklində nəşr edilib yayılmış və alimə Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrətini qazandırmışdır. 1967-ci ildə Ziya Bünyadov Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1970-ci ildə alim "Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri (ictimai elmlər seriyası)" jurnalının baş redaktoru təyin olunmuşdur.
1971-ci ildə Ziya Bünyadov XIV-XV əsrlər Azərbaycan səyyahı Əbdürrəşid Bakuvinin əsərini tərcümə edərək elmi dövriyyəyə daxil etmişdir. Əsər Azərbaycanın tarixi coğrafiyasının öyrənilməsində ilkin mənbə kimi indiyədək öz aktuallığını itirməmişdir. 1973-cü ildə Ziya Bünyadov XIII əsr müəllifi Şixabəddin Nəsəvinin "Sirat əs-Sultan" əsərini tərcümə edərək elmi dövriyyəyə daxil etmişdir. Qeyd etmək lazımdır ki, tərcümə etdiyi bütün əsərlərdə alim mətnin dəqiq tərcüməsi ilə kifayətlənmir, xüsusi əlavələrdə qədim terminlərin izahını verir, kitaba tarixi şəxsiyyətlər və coğrafi adlar haqqında müfəssəl məlumatlar da yazır. Nəsəvinin əsərində Azərbaycan tarixinin ən qanlı dövrlərindən biri-monqolların vətənimizə yürüş etdiyi dövr haqqında söhbət açılır. Əsərin elmi dövriyyəyə daxil edilməsi bu dövr tarixinin bir çox qaranlıq qalan məqamlarını araşdırmağa imkan verir. 1976-cı ildə Z.M.Bünyadov Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.
1978-ci ildə Ziya Bünyadov "Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)" adlı monoqrafiyasını nəşr etdirmişdir. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılmışdır. Kitabda Azərbaycanın o dövrkü siyasi durumu ilə yanaşı, XII əsrin II yarısı-XIII əsrin I rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduqları dövlətlərin, o cümlədən Azərbaycan Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında oynadığı rol göstərilmişdir. Əsərdə, həmçinin, o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar da verilmişdir. Z.M.Bünyadov monoqrafiyada Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərin gələcək həlli, az öyrənilmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi araşdırmalar aparmış və çox maraqlı nəticələr əldə etmişdir. Əsər 1980-ci ildə dövlət mükafatına layiq görülmüşdür.
1982-ci ildə Z.M.Bünyadov Azərbaycan SSR əməkdar elm xadimi fəxri adını almaqla bərabər, Türkiyə Respublikasının Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir.
Elmi əsərləri İraq, Fransa və Türkiyədə nəşr olunmuş alim SSRİ-nin ərəb ölkələri ilə dostluq cəmiyyətinin rəyasət heyətinin vitse-prezidenti seçilmişdir.
1988-ci ildə Aral dənizinin xilas edilməsi sahəsindəki gördüyü işlər və türk xalqlarının tarixinin öyrənilməsi istiqamətindəki fəaliyyətinə görə Z.M.Bünyadov "Urgənc şəhərinin fəxri vətəndaşı" adına layiq görülmüşdür. Həmin ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru təyin edilmiş alim 1990-cı ildə akademiyanın vitse-prezidenti seçilmişdir.
1990-cı ildə o, "Qurani-Kərim"i Azərbaycan dilinə çevirmiş, 1993-cü ildə A.Bakıxanovun "Gülüstani-İrəm" əsərini elmi təfsir və şərhlərlə nəşr etdirmişdir.
Azərbaycanın müstəqillik uğrunda başladığı mübarizə şəraitində, Qarabağ münaqişəsinin qızışdığı bir dövrdə alim əsl vətəndaş mövqeyi tutaraq müstəqilliyimizin və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində fəaliyyət göstərmişdir. 1995-ci ildə o, Milli Məclisin deputatı seçilir.
Ziya Bünyadov Azərbaycanda mediye-vist tarixçilik məktəbinin banisi və rəhbəri olmuş, ümumilikdə 540 elmi əsər-monoqrafiya, məqalə və s. yazmış, tərcümələr etmişdir. Onun rəhbərliyi altında 35 dissertasiya müdafiə olunmuşdur. O, həmçinin, İraq və Suriya respublikaları üçün yüksəkixtisaslı kadrlar hazırlanmasında da böyük rol oynamışdır.
Fəaliyyəti dovründə Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov Lenin ordeni, Qırmızı Ulduz, Qırmızı Bayraq, 2-ci dərəcəli Aleksandr Nevski və 1-ci dərəcəli Vətən müharibəsi ordenlərinə, medallara, həmçinin, müstəqil Azərbaycanın ən yüksək mükafatı sayılan "İstiqlal" ordeninə layiq görülmüşdür.
21 fevral 1997-ci ildə Sovet İttifaqı Qəhrəmanı, Milli Məclisin deputatı, akademik Ziya Musa oğlu Bünyadovun həyatına qəsd edilmiş, o, muzdlu qatillər tərəfindən öz evinin astanasında faciəli şəkildə qətlə yetirilmişdir.
XƏBƏR LENTİ
Hadise bacısı ilə barışdı-FOTO
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Məşhurların uşaqlıq şəkilləri
Dinlə! Dinləyirəm!
Şimşək çağacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı
Bakı Kərbəlası unudulmayacaq!
Üzü qardan qorumağın yolları
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Yalnızlıq hissindən necə xilas olmalı?
Kakaolu un halvası (foto-resept)
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Ramazan ayı - 2-ci günün duası
Xına ilə vurulan bəzəklər
Yataq geyimləri
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Günün ulduz falı
Hülyanın fikirləri Can Yamana təsir etməyib
Canlı yayımda qəribə hadisə-FOTO
Təmizlik zamanı edilən səhvlər
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - VİDEO
Saqqal və bığ çempionatı
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Dünyanın ən varlısı yenə o oldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
PKK-nın xain Ermənistan planı
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Utancaqlıqdan necə xilas olmaq olar?
"ASAN xidmət"də yenilik
Ağıza toz getməsi orucu batil edirmi?
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
Körpə uşağı qurban kəsmək istəyirdi
Əmizdirdiyiniz süd burnunuzdan gəlməsin
Yengəci hərracda 2 milyona satıldı
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Podiumda yıxılanlar
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Kralların xəstəliyi nədir?
Toxumaq dərsi-8
Hava haqqında - 15.10.2013
Günün qoroskopu: sözlərinizdə sərt, aqressiv olmayın
Dünyanın ən balaca iti odur
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Bu şəhərdə daha çox qadınlar yaşayır
Balıq ətli tərəvəz kotleti (foto resept)
- ŞƏRHLƏR