
Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya müharibəsində iştirak edərək, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Cəbhədə göstərdiyi qəhrəmanlıqlarına görə 1945-ci ilin fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Ziya Bünyadov göstərdiyi igidlik və qəhrəmanlıqlara görə, həmçinin “Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, “Aleksandr Nevski”, II dərəcəli “Vətən Müharibəsi Ordenləri”, “Qafqazın müdafiəsinə görə”, “Varşavanın azad edilməsinə görə”, “Berlinin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir. Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri –“Vaffenbruderşaft” qızıl medalı ilə təltif edilmişdir. Almaniyanın Gənclər İttifaqı isə Ziya Bünyadovu “Artur Bekker” qızıl medalına layiq görmüşdür. Ordudan tərxis olunduqdan sonra Z.Bünyadov 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edən Ziya Bünyadov Moskva və ya Sankt-Peterburqda qalıb işləmək təkliflərini rədd edərək Azərbaycana qayıtmışdır. Vətənə qayıtdıqdan sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan və Azərbaycan Elmlər Akademiyasının (EA) Tarix İnstitutunda elmi axtarışlarını davam etdirən gənc alim Ərəb Xilafəti və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından birinə çevrilmişdir. Z.Bünyadov 1960-cı ildə Qafqaz Albaniyası tarixçisi M.Qoşun “Alban xronikası” adlı əsərini ingilis dilindən, 1971-ci ildə Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərini və 1973-cü ildə Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sultan Cəlaləddin Mankburninin həyatının təsviri” əsərini ərəb dilindən rus dilinə tərcümə etmişdir. Z.Bünyadov 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elmləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1973-cü ildə akademiyanın həqiqi üzvü seçilmişdir. Eyni zamanda 1970-ci ildən “Azərbaycan EA-nın Xəbərləri” jurnalının tarix, fəlsəfə və hüquq seriyasının baş redaktoru olmuşdur. Görkəmli akademik 1980-ci ildə dövlət mükafatına layiq görülmüşdür. Dünya şöhrətli alim 1981-ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsini icra etmiş, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Elmi fəaliyyəti ilə yanaşı, siyasətlə də məşğul olan Z. Bünyadov Milli Məclisin deputatı olduğu müddətdə öz çıxışlarında dəfələrlə saxtakar erməni tarixçilərinin əsassız iddialarını faktlarla ifşa etmişdir.
Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay şəhərlərinin fəxri vətəndaşı idi. Z. Bünyadovun daha çox “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” (1136-1225) “Qafqaz Albaniyası tarixindən”, “Xəzər dənizi ərəb məxəzlərində”, “Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı” (1097-1203), “Dinlər, təriqətlər, məzhəblər” adlı qiymətli elmi və “Polis məmuru Dümbül bəyin macərası” (bənzətmə), “Naxçıvan sancağının müfəssəl dəftəri”, “Tarixnamə” və s. monoqrafiyaları ilə şöhrət qazanmışdır.
Ziya Bünyadov həm də Şərq dillərinin bilicisi kimi gözəl tərcüməçi idi. Onun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Görkəmli alim həyatının son illərində Tacəddin əs-Salmaninin “Tarixnamə”, V.V.Bartoldun “Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri” əsərlərini tərcümə etmişdir. Akademik Z.Bünyadovun ən yaddaqalan töhfələrindən biri də professor Vasim Məmmədəliyev ilə birgə “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə etməsidir.
Mənbə: Mili.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]