Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Məhəmməd Füzuli
(1494-1556)
Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Süleyman Azərbaycanın bayat tayfasından çıxmışdır. O dövrdə İraq Ağqoyunlu Azərbaycan dövlətinin tərkib hissəsi olmuşdur. Bu dövlətdə XV əsrin sonlarında baş verən çəkişmələr nəticəsində yüzlərcə azərbaycanlı ailəsi Azərbaycanı tərk edərək dövlətin ucqarlarına üz tuturmuş. Süleyman Kərbəlada oğlunu əvvəlcə məktəbə, daha sonra isə mədrəsəyə qoyur. Elm və ədəbiyyata böyük maraq göstərən oğlan Bağdada köçür və burada ali mədrəsədə təhsilini davam etdirir.
Məhəmməd Füzuli hələ yeniyetmə yaşlarında gözəl, aşiqanə qəzəllər yazmağa başlayır. Məntiq, nücum, tibb, riyazi və humanitar elmlərdən biliklərin əsaslarını öyrənən Məhəmməd Füzuli İraqın Nəcəf, ordan isə Hüllə şəhərinə köçür. Burada o, islamın dini-fəlsəfi cərəyanları ilə yaxından tanış olur, ərəb tərcümələri əsasında antik dövr yunan filosoflarının əsərlərini mütaliə edir. O həmçinin Azərbaycan, ərəb, fars, özbək, hind (türk və farsdilli) ədəbiyyatını öyrənmişdir. Sonralar yazdığı əsərlərində o, Əbu Nüvas, Xaqani, Nizami, Əlişir Nəvat, Cami, Salman Savəci, Nəsimi, Cəlaləddin Rumi, Kamal Xocəndi, Cəlili, Əhmədi, Şeyxi kimi məşhur şair və filosofların əsərlərindən parçalar gətirir, onlara iqtibaslar verir. Füzuli müəllimliklə də məşğul olmuşdur.
Füzulinin ilk böyük əsəri "Bəngü-badə" ("Tiryək və Şərab") əsəri olmuşdur. Bu alleqorik poemada şair dövrün mühüm siyasi məsələlərinə toxunmuş, lovğa, təkəbbürlü, şöhrətpərəst hakimlərə qarşı çıxmış, elm və təhsilə qiymət verən ədalətli hökmdarlara alqış demişdir. Poema eyni zamanda sərxoşluğa və narkotik vasitələrə (tiryək) qarşı yönəlmişdir. Əsəri Şah İsmayıl Xətaiyə ithaf edən şair onun oğlu I Şah Təhmasibin və onun sərkərdələrinin dövləti möhkəmləndirmək istiqamətində gördüyü işləri dəstəkləmişdir. Şeirlərinin birində Füzuli saraydan uzaq olduğunu iftixarla qeyd etmişdir.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. O, qəsidələrini ayrıca kitab şəklinə salmış, Azərbaycan, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Onun azərbaycanca divanına yazdığı müqəddimə o dövr Azərbaycan elmi-ədəbi üslubunun gözəl nümunəsidir.
Azərbaycan dilində lirik şerin ən gözəl nümunələrini Füzuli yaratmışdır. Onun qələmə aldığı ahəngdar lirik parçalar əsasən məhəbbət və gözəllik mövzusundadır. Humanist sənətkar insan qəlbinin ən təbii, incə, ülvi hiss və həyəcanlarını yüksək bədii, obrazlı bir dillə ifadə etmişdir. Füzulinin lirikasında məhəbbət eyni zamanda dərin ictimai-fəlsəfi məzmuna malikdir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəbbət hissi ilə sıx bağlıdır. Füzuliyə görə, məhəbbət insana, onun gözəlliyinə və kamalına sevgi, həyat eşqi, dostluq və sədaqət deməkdir. O, məhəbbəti insan həyatının və xoşboxtliyinin ali məqsədi hesab etmişdir.
Şair dövrün müxtəlif siyasi-ictimai və əxlaqi məsələlərinə münasibətini, feodal dünyasının sosial ədalətsizliyinə, dini cəhalət və xurafata etirazını da cəsarətlə bildirmişdir. Füzuli dövrün bir çox siyasi xadimlərinə, dövlət məmurlarına yazdığı müraciətlərində onları ədalətə, düzlüyə çağırmışdır.
Məşhur “Şikayətnamə" əsərində şair zəmanəsinin təlatümlərindən, incəsənət və elm adamlarının çətinliklərindən, saray əyanlarının özbaşınalıqlarından, məmurların süründürməçiliyindən xəbər verir. Poema məktub şəklində yazılsa da, bədii nəsrin uğurlu nümunəsidir. Faktik olaraq "Şikayətnamə" Azərbaycan ədəbiyyatında ilk satirik nəsr əsəridir.
Şairin ana dilində yazdığı "Söhbət ül-əsmar" alleqorik əsəri "Bəngü-badə"-nin davamı hesab edilə bilər. Bostan bitkilərinin timsalında şair müxtəlif insan xarakterlərini tərənnüm etmişdir. Əsərdə təkəbbürlü, şöhrətpərəst hökmdarlar, yaltaq və satqın saray əyanları məharətlə ifşa olunur. Şair hesab edir ki, məhz belə insanların lovğalıq və xudpəsəndliyi son nəticədə müharibə və fəlakətlərlə nəticələnir.
"Saqinamə" ("Yeddi cam") əsəri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının quruluşunu xatırlatsa da, alleqorik poemadır. Şair müxtəlif musiqi alətləri ilə həyat və Kainat barədə dini-fəlsəfi müsahibələr aparır. Şairin son fikri belə olmuşdur ki, canlılar arasında əsl həqiqəti insan dərk etmək qüdrətindədir. Ömrünün son illərində qələmə aldığı bu əsərdə şair öz fəlsəfi görüşlərini ümumiləşdirib ortaya qoymuşdur.

Füzulinin başqa bir əsəri, "Rindu- zahid" əsəri böyük hekayə təsəvvürü bağışlayır. Həddi-büluğa çatmış oğulla atanın mübahisəsi üzərində qurulan əsərdə dövrün mühüm ictimai-fəlsəfi, əxlaqi məsələləri qaldırılır. Müəllif həyatın əsl mənasını əməkdə, zəhmətdə görür. Əsərdə övlad tərbiyəsi, ailə-məişət problemləri, peşə seçmək məsələləri, savadın böyük əhəmiyyəti haqqında maraqlı fikirlər söylənir, atanın övladın tərbiyəsi ilə uşaq vaxtlarından məşğul olmaq borcundan bəhs edilir.
Məhəmməd Füzuli dahiyanə "Leyli və Məcnun" əsərini 1537-ci ildə Bağdada gələn osmanlı şairləri Xəyali və Yəhya bəyin xahişi ilə qələmə almışdır. Poema Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Şairin lirik şeirlərində ifadə olunmuş məhəbbət, mənəvi azadlıq arzuları poemada dahiyanə bədii vüsətlə tərənnüm edilmiş, bir-birini sevən iki gəncin faciəsi son dərəcə təsirli təsvir olunmuşdur. Poemanın yüksək poetik dili, zəngin bədii təsvir vasitələri, bitkin kompozisiyası, qəhrəmanların daxili aləmi, onların həyəcan və iztirabları çox böyük təsiredici qüvvəyə malikdir.
Ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində Füzuli sırf fəlsəfi məsələlərə toxunur, bu zaman yunan filosofları Aristotel, Platon, Demokrit və b.-nın əsərlərindən istifadə edir.
Fəlsəfi əsərlərində mistika və tərkidünyalıq sezilir, bununla belə o, müsəlman ilahiyyat məsələlərini olduqca səlis təhlil etmişdir. Obyektiv mövcud olan hər şeyi Füzuli iki növə bölürdü: zəruri və mümkün olan. Füzuliyə görə zəruri olan, yəni öz mövcudluğunda səbəbə ehtiyacı olmayan, əbədi olan tək Allahdır. Digər nə varsa, mümkün olandı, yəni öz mövcudluğunda səbəbə ehtiyac duyur. Allah tərəfindən yaradılan dünyada Füzuliyə görə iki maddi (ilkin materiya və cism) və üç qeyri-maddi (forma, ruh, zəka) substansiyası mövcuddur.
Füzulinin tərcüməçi kimi də fəaliyyəti diqqətəlayiqdir. O, XV əsr özbək şairi Vaiz Kaşifinin "Şühadətnamə", həmçinin Ə.Caminin "Hədisi-ərbəin" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

XƏBƏR LENTİ
Ayaq ölçünüzə görə ömrünüz nə qədərdi?
Eyvanda kabab bişirənlərin nəzərinə
Sabah külək güclənəcək
Bu gündən pensiyalar artır
Dərini 1 gecəyə ağardan maska
114 yaşlı kişi: "Siqareti atmaq istəyirəm" - FOTO
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydaları dəyişib
Bu ölkədə 98 faiz xəstə koronadan dərmansız sağalır - Açıqlama
Ermənilərin döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət qurumlarının siyahısı təsdiqlənib
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurama (Dərs 2)
YouTube'dakı Dislike düyməsi yığışdırıla bilər
Nəhəng köpək: bu itin boyu 2,1 metrdir
Acun və Esen mövzusu yenidən qabardı-FOTO
Tənbəl heyvan necə bir heyvandır?
Doğum evlərində süni qida qatışıqlarının istifadəsinə ciddi nəzarət ediləcək
Sürücülər üçün unikal yenilik
Xalq artistindən qəti etiraz-VİDEO
Dünyanın ən yaşlı kişisi öldü
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
İmmuniteti gücləndirən 5 ərzaq
Hava isindikcə böyrəklərə daş enir
Yupiterdə vulkan püskürdü-ŞOK FOTO
Ömrü uzatmağın ən pozitiv yolu: sevin
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
Uşaqla oynayan prezident qabırğasını sındırdı
Sadə tutmac (foto-resept)
Körpələrin başı ağrayırmı?
Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək
Qısa saçlara necə forma verməli?
Öldükdən sonra da pul qazanan ulduzlar-SİYAHI
Google yeni şirkət aldı
Avropa Liqası: komandalar ikiyə ayrıldı
Azərbaycanda ipoteka kreditləri: faizlər kəllə-çarxda
Azərbaycana ilk qar yağdı -FOTO
Tramp və Klintona daha bir rəqib
Sakinlərə daha bir jest
Şahid Kəlbəcər dəhşətindən danışır
90 min uşağın həyatını xilas edən qadın
Rihanna artıq çəkiləri ilə diqqət çəkir-FOTO
Prezidentdən yeni Sərəncam
Azərbaycanda koronavirusla bağlı vəziyyət nə yerdədir? - İbrahim Məmmədov açıqladı - VİDEO
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Futbolda 8 qayda dəyişdi
Günəşdə olan partlayışlar yerdə təlatümlərə səbəb olub
Su çərşənbəniz mübarək!
Hazır bulyonları yeməklərə qatmayın -XƏBƏRDARLIQ!

- ŞƏRHLƏR