Giriş
Bağla

Hindistan qozlu şokoladlı tort (foto-resept)

MƏTBƏX / Tortlar

 

Tərkibi:

 

Keks üçün:

3 ədəd yumurta

yarım su st şəkər

3 y/q dolusu un

2 y/q kakao

yarım paket qabartma tozu

 

Kremi üçün:

 

1 paket krem şanti

2 y/q pudra şəkəri

təxminən 2 su st hindistan qozu

 

Üstü üçün:

1 paket krem

1 paket bitter və ya südlü şokolad

Kek bişdikdən sonra islatmaq üçün 1 çay st soyuq süd 

 

Hazırlanması:

Keks üçün yumurta və şəkəri 3-4 dəqiqə çırpın. Quru ərzaqları əlavə edərək mikserlə çırpın.

24 smlik yuvarlaq qəlibə qarışımı tökün. Altına bişirmə kağızı qoyun və ya yağlayın.

170 dərəcədə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə bişirin.

Bıçaqla ortasına batırın təmiz çıxarsa, keksi sobadan çıxarın və soyudun.

Keksi çöp və ya kürdanla dəlin. Soyuq südü üstünə tökün.

Krem üçün krem şantini üstündə yazılmış süd miqdarına görə çırpın. İçinə pudra şəkərini və hindistan qozunu əlavə edin. 

Hindistan qozlu şokoladlı tort (foto-resept)

Kremi kekin üstünə əlavə edin və yayın.

Daha sonra şokolad ilə kremi benmari üsulu əridin.

Otaq istiliyində olduqda tortun üstünə şokoladı tökün.

Soyuducuda saxlayın və soyuq servis edin. 

Hindistan qozlu şokoladlı tort (foto-resept)



Şərhlər (2)

Milana.M Milana.M 26 May 2019 08:39 Cavab yaz

Şokolad və kokos sevər olduğum üçün möhtəşəm reseptdir.
Halima Halima 25 May 2019 15:45 Cavab yaz

Beh beh oruc vaxti bu ne idi nyam

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика