Dedektiv yazıçı Ceyhun Hidayətlinin sayca üçüncü kitabı olan “Bəyaz Şeytan” kreativ tərtibati ilə fərqlənir. Müəllif Azərbaycan kitab indrustriyasinda bir ilkə imza atıb. Belə ki, “Bəyaz Şeytan”nın 152-ci səhifəsindən sonrakı vərəqləri kilidlə mühafizə olunur. Kilidi açmaq üçün kitabın ilk fəslindəki gizlənən şifrəni tapmaq lazımdır. Lakin bu şifrəni tapmaq o qədər də asan deyil. Bunun üçün siz, sadə karandaşla nüsxəsi çıxarılan məktubun hər hansı bir cümləsi ilə şifrə arasındakı məntiqi əlaqəni qurmalı və həmin cümləni 3 rəqəmlə ifadə etməyə çalışmalısınız. Bəs, görəsən, heç bir riyazi işarədən istifadə edilmədən yazılan məktubdan bu şifrəni necə əldə etmək olar? Bu yerdə “Bir Qalanın sirri” filmindəki o məşhur səhnəni yada salmasaq olmaz. Şablon kimi xatırladığımız bu dialoq elmin, biliyin və kitabın önəmini vurğulayırdı. Məhz bu ideyaya xidmət edən bu kilid oxucunu maraq və həyəcanda saxlamağı uğurla bacarıb. Ona yaxınlaşdıqca şifrə haqqındakı fərziyələrin içində itib-batırsan. Tapa bilməmək qorxusu ilə qarışıq gizli bir həzz də duyursan. Yazıçının da dediyi kimi, özünü azca da olsa, dedektiv kimi hiss edə bilirsən.
Cinayət hadisəsi İstanbulda bir oteldə baş verir. Melvin Lovato adlı amerikalı turist Milli Kəşfiyyat İdarəsi tərəfindən izlənməkdədir. Çünki, onun terror təşkilatı ilə əlaqədə olduğu güman edilir. Turistin müəmmalı ölümündən sonra Milli Kəşfiyyat idarəsinin başçısı Aykut Gürmen bu cinayəti törədən qatili tapmaq üçün dedektiv Kənan Orucova müraciət edir. Kənan əvvəlcə işi qəbul etmək istəməsə də, terrorist dəstə ilə əlaqəsini öyrənəndə düşünmədən razılaşır. Melvin turist dəstəsi və tur rəhbəri ilə birlikdə hər gün davamlı olaraq şəhəri gəzdiyi üçün ilkin şübhələr dəstə üzvləri üzərində cəmlənir. Ancaq kim Melvinin öldürülməsində maraqlı ola bilər?
Tur rəhbəri cənab Dalen onu niyə öldürmək istəsin?
Bəs, keçmiş kəşfiyyatçı Harris, necə?
Evli cütliüklər Brenda və Kleo, ya da, Zhang ve Lin qatil ola bilərmi?
İki yaxın rəfiqə Sofia və Lana Melvinə sui-qəsd təşkil edəcək qədər cəsarətli ola bilərmi?
Kitabın başlanğıcında verilən proloq vicdan məhfumunu təsirli bir şəkildə soğulayır. Əsərin önəmli bir səhnələrində təsirli cümlələrlə əksini tapır və kitabın ideyası ilə səsləşir.
"-Əgər heç kim səni istəmirsə, mən nə edə bilərəm?
-Bax o balaca övladının qəlbinə qoy məni. Bəlkə, o, məni saxlayar qəlbində, böyüdər və insanların arasına mənimlə çıxmaqdan utanmaz.
Vicdanın dediyi kimi etdi qadın, onu övladının qəlbinə yerləşdirdi. Balaca böyüdükcə vicdan da onunla birlikdə böyüdü və bir gün bəşəriyyətin qəlbində yer alacağı günü səbirlə gözləməyə başladı"
Kitabın maraqlı tərəflərindən biri də budur ki, oxucu qatili axtarmaqla yanaşı, cinayət qurbanı olan Melvinin terror təşkilatına göndərdiyi şifrəni də tapmalıdır. Terroristlərin planına görə Dubayın ən hündür binası olan “Bürc Xəlifə” və onun yanında yerləşən “Dubay Mall” partladılacaq. Bu partlayışa əngəl olmaq üçün sözügedən şifrəni tapmaq və qurğunu deaktiv etmək lazımdır. Bəs, bu qurğu hardadır? Onun koordinatlarını necə tapmaq olar? Əgər, siz Erkül Puaro kimi, Şerlok Holms kimi, Kənan Orucov kimi düşünməyi bacarsanız onunla birlikdə şifrəni tapıb kitabın ikinci hissəsinin kilidini açmağa müvəffəq olacaqsınız. Kənan Orucovun analitik qabiliyyətinə bir daha heyran oldum. Sarsıdıcı məqamlarla, olduğu kimi görünməyən münasibətlərlə, gizli həqiqətlərlə dolu “Bəyaz Şeytan” oxucuların fikirlərini qarışdıracaq, müşahidə bacarıqlarını şübhə altına salacaq kitablardandır.
"Uşağın simasında içində qopan fırtına öz əksini tapmışdı. Hazırda daxilində iki böyük qüvvə çarpışırdı, nəfsi və qüruru. Onları yeməyi çox istəsə də, özünə sığışdırmırdı. Böyük tərəddüd içərisində olan balaca, baxışlarını yerdəki o üç alçaya dikmişdi. Alçalardan biri nataraz addımlayan kök bir qadının ayaqları altında qalaraq əzildi. Uşaq bundan sonra, sanki yuxudan ayılıbmış kimi qaçıb babasının yanında oturdu. Qüruru nəfsinə qalib gəlməyi bacarmışdı"
Bütün fikrimi qatili tapmağa cəmlədiyim bir vaxtda bu səhnə ilə qarşılaşmaq məni çox təsirləndirdi. Sanki marafonda qaçdığın anda gizli bir pəncərə açılır və oxucu başqa bir aləmə ayaq basır. Dedektiv kitablarda belə “pəncərə”lər əsərin bədii təsirini artırır və ona rəngarənglik qazandırır. Növbəti kitablarında belə səhnələrdən daha çox olmasını ümid edirem. Ceyhun Hidayətlinin bundan əvvəllki iki kitabı da oxucular tərəfindən maraqla qarşılanıb və sevilərək oxunub.
“Əqrəb” kitabında obrazların daxili sarsıntıları qabarıq şəkildə təsvir edilmişdi. Cinayətin səbəbi, obrazlar, hərəsinin ayrı bir həyat hekayəsi gözəl işlənmişdi. Müəllif bu yönünü daha da inkişaf etdirsə, gələcəkdə psixoloji roman yazmağa cəhd edə bilər. “Qarlar arasında ölüm”də isə cinayətin detalları və hekayənin qurğusu ön planda idi. Oxuduğum qatili olmayan ilk dedektiv kitab idi. “Bəyaz Şeytan” da ən az onlar qədər uğurludur. Dedektiv roman janrının belə yüksələn xətlə inkişafı bir oxucu olaraq məni çox sevindirir. Əmin olun ki, yerli ədəbiyyatımız birbaşa oxucuların qayğısı ilə yüksəlişə keçə bilər. Biz oxucular yerli müəlliflərə obyektiv yanaşsaq, təbliğ və tənqid edərək oxusaq, həmin yazıçıların yaradıcı yöndən məhsuldarlığına müsbət mənada təsir edə bilərik.
Aygün ƏLƏKBƏROVA
XƏBƏR LENTİ
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Beyonsdan kababçı Nüsrətə şok təklif
70 min dollar zibilliyə atıldı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Messi ildə azı 18 milyon avro qazanacaq
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Boyun ağrılarının həlli
Ziyafət üçün geyim kombinləri
Ruhlardan qorunmaq duası
Azad Rəhimov vətəndaşları qəbul edib
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
"Spam"lardan necə yaxa qurtaraq?
Uşaqlar üçün tapmacalar
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakının məşhur supermarketlərində yalançı lotereya
Sürətli oxu - 7
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Marsa da qar yağırmış
Yarımçıq işlərlə necə başa çıxmalı?
"Türkiyə Azərbaycanın yanındadır"
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
İnstaqramdan möhtəşəm yenilik
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
HAVA necə olacaq? 21 İyun
Maraqlı sabun formaları
Mükəmməlliyə gedən asan yol
45 yaşlı aktrisa ilk dəfə ana olacaq-FOTO
Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından danışıb
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Dekorasiya üçün gül qurutma üsulları
Düşbərə (foto-resept)
Hava müjdəsi
Sağlam üsulla qaralma
Qadın və beyin
Xərçəngdən qorunmağın təbii yolları
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Azərbaycanın istedadlı balaları
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Humayın yuxusu
Böyük faciə necə baş verdi?
İspan dili 23-cü dərs
Südlü şərbətli şirniyyat (foto resept)
Ancelina Coli müflis olur -FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
- ŞƏRHLƏR