Mobil operatorların xidməti sayəsində telefonlara müxtəlif reklam və elan xarakterli SMS-lərin göndərilməsi haqqında çox yazılıb, çox danışılıb. Sahibinin iradəsi və istəyi xaricində onun elektron rabitə cihazına göndərilən belə məktublardan - "spam" bəlasından "Azərbaycan" qəzetində də dəfələrlə bəhs edilib. Ötən illər bu barədə bir neçə dəfə qəzetinizin çıxışlarına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ümidverici cavablar verərək vəziyyətin reklam haqqında qanuna dəyişiklikdən sonra düzələcəyini bildirirdi. Qanunda dəyişiklik edildi. Amma vəziyyət yenə də dəyişmədi: SMS-lər bir qədər azalsa da, eyni ünvanlardan yenə də mütəmadi olaraq göndərilməkdədir. Özü də bu mesajlar təkcə reklam xarakterli olmur. Yetər ki, bir dəfə yanlış düymə basılsın - abonent qeyri-ixtiyari ödənişli xidmət sisteminə qoşulur, balansından mütəmadi vəsait silinməyə başlanılır. "Spam" vasitəsilə dələduzluq cəhdlərinə də rast gəlinib. Qısası, "spam" vaxt, əsəb və maddi itki deməkdir.
Sualımız isə belədir: bu halda biz nə etməliyik? Eyni zamanda maraqlıdır: əlaqədar orqanlar, məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə abonentlərinin "spam"dan qorunması üçün konkret hansı addımları atıb, tədbirlər görüb və ya görməyə hazırlaşır? Ümumiyyətlə, "spam"a qarşı mübarizəni qənaətbəxş hesab etmək olarmı?"Spam" dünyada aktual olan problemdir. Bir sıra ölkələrdə buna qarşı ciddi hüquqi məsuliyyət nəzərdə tutulub. Qanunun tələblərini pozanlar ağır maliyyə cərimələri, hətta həbslə cəzalandırılırlar. Bilmək istərdik, bizdə qanunvericiliyin tələbi necədir?Yeri gəlmişkən, problemlə əlaqəli başqa bir sualımız da var: əgər mobil operatorlar abonentlərin şəxsi məlumatlarını "spam" sifarişçilərinə təqdim etmirsə, yaxud bu xidməti göstərərkən bundan yararlanmırsa, necə olur ki, vətəndaşlar ünvanlarına yaxın kommersiya obyektlərinin mesajlarını daha çox alırlar?Xahiş edirik, ya bizi bezdirici "spam"lardan xilas edin, ya da bunun yollarını bizə göstərin.
E.Eldaroğlu
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Boşanmaq sağlamlığa ziyandır
Vərəmdən qorunmağın və sağalmanın yolları
Yumurtadan düzgün istifadə etməyən qız məhkəməlik oldu-NƏTİCƏ
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Abituriyentlərin nəzərinə!
Manat yenə düşdü
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
2012-ci ilin mirvari boyunbağı modelləri
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı
Bəs pulu kim ödəyəcək?
7 yaşı var, amma ağır texnikaları sərbəst idarə edir - Azərbaycanda
Nəmli və canlı dərinin təbii sirri
Hind qadınlarının gözəllik sirləri
Sellulit üçün qəhvə masajı
Rəqsi sevənlər üçün 7 film
Ən yaxşı qadın ətirləri
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Zəlzələdə 13 mindən çox adam yaralandı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Dahi yazıçının kədərli sarışını
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Külək kəsib, yağış gələcək
Kreativ duz ve istiot qabları
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Dünyanın tanınmış moda brendləri
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Albalı parfe (foto-resept)
Qısa kurtkalar və montlar
"Buraxılış vərəqəsi" verilir
Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
"Son İmperator" Bakıya gəlir
Psixoloq, yoxsa şarlatan?
Nənələrimizin cehizi - sinilər
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər
Xamada toyuq filesi (foto resept)
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Sağlam bədəndə sağlam ruh olur
Yaş hamburger (foto resept)
Azərbaycanda yeni zavod tikiləcək
Bir yerdə idman edək (1)
Boşanmaq qadınlar üçün xeyirlidir?
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ