
Sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir
Elə bir insan yoxdur ki, sosial şəbəkələrdən, məktub poçtlarından, müxtəlif proqramlardan istifadə etməsin. Eləcə də şəxsi telefonlar, kompüterlər, sənədlər yerləşən qovluqlara və s. sahib olmasın. Hətta heç kimdən heç bir şeyi gizlətməyənlər belə, mütləq ki, gizli saxladığı nələrisə qorumaq istəyindədirlər.
Texnikanın inkişafı, zamanla məxfiliyi qorumaq üçün müxtəlif proqramların yaranması bu gün insanları şifrəli insanlar olaraq yetişdirir. Belə ki, hətta məktəbli uşaqların belə özlərinə məxsus şifrəli dəftərləri, telefonları, sosial şəbəkə ünvanları var. Şifrələrin qorunması isə hər kəs üçün vacibdir. Silinməsi qadağan olan yazılar, oxunması istənilməyən poçt məktubları, eləcə də şəxsə özəl olan sosial şəbəkə şifrələrini isə hər kəs istəyinə görə seçir. Kimisi adını yazır, kimisi isə özünün belə yadda saxlamağa çətinlik çəkdiyi rəqəm və hərf toplusunu.
İnternet üzərindən axtarış edildikdə kifayət qədər şifrə qırma proqramları təqdim olunur. Bu cür proqramların böyük bir qismi saxtadır və heç bir şifrə qırılması üçün gərəkli olmur. Xüsusən gənclərin həmyaşıdlarının həyatına göstərdikləri maraqdan dolayı bu cür proqramlara da tələb böyük olur. Aylar və illərlə özünü bu yolda təkmilləşdirib haker olmaq istəyində olanlar da az deyil. Hətta yalançı hakerlərə inanıb uduzanlar da kifayət qədərdir. Əslində isə çox dəqiq və möhkəm qurulmuş məxfilik şifrələrini qırmaq və şəxsi məlumatlara yiyələnmək asan deyil, əksinə cinayətdir.
"SplashData" şirkəti ən populyar şifrələrin reytinqini təşkil edib. "Password" sözü reytinqdə birinci yerdə qərarlaşıb. "123456" və "12345678" simvol yığımları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. Populyar şifrələr əksər hallarda adi sözlərdən ibarət olur. Bu isə təhlükəsizlik üzrə mütəxəssislərin tövsiyələrinə ziddir. "Monkey" sözü reytinqdə altıncı, sonrakı yerlərdə "letmein", "dragon" və "111111" şifrələri qərarlaşıb. Qeyd etməyə dəyər ki, statistika ingilis dilində danışan istifadəçiləri əhatə edir. "password1", "welcome", "ninja", "mustang" və "jesus" sözləri siyahıya ilk dəfə daxil edilib.
Proqramçı Tale Əzimovun sözlərinə görə, bu gün e-mail şifrələrinə qarşı hədsiz maraq var və şifrə qırılması olduqca çox yayılmış bir haldır. e-poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir: "Ümumən vəziyyət belədir ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən, telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər. Bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır. Çox hallarda şifrəni çətin qoyan insanlar şifrə unudulduğu halda tələb olunan məlumatları çox asan qoyurlar. Məsələn, ən yaxın dostunuzun şifrəsi olduqca çətindir və "şifrəmi unutdum" əməliyyatı ilə ikinci mərhələyə keçid edilir. İkinci mərhələdə artıq siz dostunuzun xobbisindən tutmuş qohumlarına kimi bildiyiniz və bilmədiyiniz sözləri yazaraq açar sözü axtarırsınız. Elə poçt ünvanları var ki, onların qırılması olduqca çətin olur və əksər hallarda insanı ələ verən sadə açar söz və standart şifrə olur. Şifrələrin qorunması təbii ki vacibdir. Hətta heç bir itirilməsi qorxulan sənədlər, məlumatlar olmasa belə şəxsə özəl açılan adreslər başqa məqsədlər üçün də istifadə oluna bilər. Əgər şəxs adına ya e-poçt, ya sosial şəbəkədə ünvan açırsa, ən az 1 dəfə olsa belə istifadə edirsə ya şifrəsini qorumalı, ya da səhifəni yandırmalı, dondurmalıdır".
T.Əzimov bildirir ki, şifrələrin qorunmaması şəxs üçün çox böyük problemlərə səbəb olar. Bundan sığortalanmaq üçün isə e-poçtlara və sosial şəbəkə ünvanlarına qarşı diqqətli olmaq lazımdır. Azyaşlıların açdıqları şifrəli ünvanlara isə xüsusi nəzarət etmək lazımdır: "Çətin şifrə qoymaq uzun ad yazmaq demək deyil. Hətta cümlə yazılsa belə bu çox asan qırıla bilən şifrə olur. Bütöv sözlərdən ümumiyyətlə istifadə edilməməlidir. Sözü hecaya bölüb hər hecadan sonra rəqəm əlavə etmək şifrəni ən üst səviyyəyə qədər möhkəm edir. Ən az 8 simvoldan ibarət olan şifrələrdə simvollardan istifadə etmək də şifrəni möhkəm edir. Qoyulan uzun və hərfli- rəqəmli şifrələri digər insanların yanında yığmaq onların da göz yanılmasına səbəb olur və nəticə olaraq şifrə yadda saxlanıla bilmir. Əgər şəxsin 1-dən çox şifrə ilə qorunan hesabı varsa, o zaman bu şifrələr də mütləq fərqli olmalıdır. Ən azından qırıldıqda bir hesab nəzarətdən çıxmış olur. Edilən ən böyük səhvlərdən biri də şifrə unudulmasın deyə birdən çox hesaba eyni şifrənin qoyulmasıdır. Bu, eyni anda bütün hesabların ələ keçirilməsi deməkdir".
Sosial şəbəkə istifadəçilərinin özlərinin keçirdikləri sorğunun yekununa əsasən, rusiyalı istifadəçilər şifrə seçimində daha diqqətlidirlər. Rusdilli respondentlərin yalnız 12%-i bildirib ki, onlar bir neçə hesab üçün eyni şifrədən istifadə edirlər. Araşdırmaya əsasən, istifadəçilər əsasən öz yaddaşlarına güvənirlər. Respondentlərin 71%-i şifrəni başında saxlayır, Rusiyada bu göstərici 53%-dir. Lakin istifadəçilərin əksər hissəsi heç də ağılla hərəkət etmir. Dünya üzrə rəyi soruşulanların 23%-i şifrəni bloknota yazdıqlarını deyiblər.
Respondentlərin 13%-i şifrələri kompüterdə saxlayır, 12%-i onları telefonun yaddaşına yazır və yalnız 7%-i şifrələrin saxlanılması üçün xüsusi proqram və xidmətlərdən istifadə edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Günün qoroskopu: Sıx təmaslar məsləhət deyil
Google-un görə bilmədiyi 10 yer
Hamilə qadınlara narın faydası
Aydan gələn ilk saat 28 il sonra tapıldı - FOTO
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Qəbizliyi necə aradan qaldırmalı?
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq - VİDEO
Planetin Ən Yaşlı Adamı Görün Harada Öldü-FOTO
Azərbaycanda qiymət dinamikası Rusiyaya ixracın artması ilə bağlıdır?
Şimali Koreya özünün ən bahalı dağ kurortunu açır
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
Hersoqinya Keyt gələcək ginekoloqlarla görüşdü - FOTO
İt quyruğu ilə çəkdi-4000 dollar qazandı-FOTO
Kim ki yüz il yaşamırsa...
Yerdə qasırğa başladı
Kimlərə “alkoqolik” demək olar?
Bakı Metropolitenində yenilik
“Avatar 2”nin çəkilişləri bitdi
Azərbaycanda 9 və 11-ci siniflərdə tədris erkən bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Viber Free Calls & Messages
Lazanya (foto resept)
40 yaşından sonra evlənən məşhurlar
İspanaqlı makaron (foto-resept)
Çin yeni tipli raket sınaqdan keçirib
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Riyaziyyat və din arasındakı körpü - 1
BÜRCLƏR bizə nə vəd edir? - 29 APREL
Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edildi
Peşman olmayan insanların xüsusiyyətləri
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Mumiyada öldürücü PARAZİTLƏR TAPILDI: 375 ildir orada yaşayırlar
Xarakterinizə hansı yoqa uyğun gəlir?
Niyə kivi yeməliyik?
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Məşhur jurnalist taxtabitilərin hücümüna məruz qaldı-FOTO
Dünya gözəli… 30 yaşında!
BÜRCLƏR bizə nə vəd edir?-5 Sentyabr
"Qarabağda müharibə istənilən an başlaya bilər"
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Dilənçi qız təsadüf nəticəsində milyonçu oldu – FOTO
Necə zəngin ola bilərsiniz? (Test)
Putin: “Rusiya Qarabağla bağlı bütün fəaliyyətlərində Minsk qrupunun prinsiplərinə əməl edib”
Azərbaycanda koronavriusa 112 yeni yoluxma qeydə alınıb, son sutkada ölüm olmayıb
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Meyvəli piroq (foto resept)
Dəri geyimlər
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]