Giriş
Bağla

Şokoladlı piroq (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Tərkibi:

Yumurta - 3 ədəd

"Best Cow" kərə yağı - 170 q.

Şəkər tozu - 200 q.

Qabartma tozu - 1/2 ç. q.

Xama - 120 q.

Un - 140 q.

Kakao - 80 q.

Duz - 1/4 ç. q.

Vanilin - 1 ədəd

Üzəri üçün:

Qaymaq - 100 ml. 30 - 33 % - li

Qara şokolad - 120 q.

 

Hazırlanması:

Bir qabda unu, kakao, qabartma tozu və duzu qarışdırırıq.

 

Başqa bir qabda kərə yağını, vanili və şəkər tozunu mohkəm çalırıq.

Üzərinə bir bir yumurta əlavə edirik və yenidən qarışdırırıq. Və qarişimlari birləşdiririk.

Diametri 23 sm. olan soba qabını yağlayırıq, sonra qabın içinə kakao səpirik, və hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, 10 dəqiqə öz qabında soyumağa qoyuruq.

Sonra biskvitin tam soyumağını gözləyirik.

 

Üzəri üçün şokoladı kiçik parçalara bölün. Sonra qaymağı möhkəm qızdırın.

 Qaynara düşəndə altını söndürün və şokoladın üzərinə əlavə edin.

Şokoladı 2 - 3 dəqiqədən bir qarışdırın ki, ərisin.

 

Şokoladlı piroq (foto resept)

 

Əridilmiş qaymaqlı şokoladı piroqun üzərinə əlavə edirik. Və soyuducuya goyun ki, əriməsin.

Soyuducuda bir qədər saxladıqdan sonra bəzəyə bilərik.

İndı isə, şokoladı bıçaq vasitəsi ilə sıyırın.

Yada kı, sürtgəcdən keçirin və piroqun üzərinə səpirik. 

Ya da ki, öz zövqünüzə görə bəzək vurub süfrəyə verə bilərsiz.

Və budur, şokoladlı piroqumuz hazırdır!

Şokoladlı piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)


Şərhlər (6)

Peculiar Peculiar 14 September 2016 13:14 Cavab yaz

İlk dəfədi bskivitim yaş çıxır bilmirəm nə edim adi bskivit edirəm 1 saat bişdi çıxartdım nəmdi. Səbəbi nə ola bilər?
R.Ravana R.Ravana 13 September 2016 20:45 Cavab yaz

Bu aralar gözüm şirniyyat axtarır ,hara gedsem.Allah xeyirlisinden etsin.Resept üçün çox teşekkür edirem.Mütleq hazrlayacam .рџ?Љ
girl_1999nilawka girl_1999nilawka 13 September 2016 13:14 Cavab yaz

Beh,beh,beh nyam Cox dadli gorunur nyam Olsayda yesek nyam Ellerinize sagliq give_ros
kayip prenses kayip prenses 13 September 2016 11:33 Cavab yaz

Beyendim.Resept sadedir.Seçilmiş edirəm.
Ceylan Mumoglu Ceylan Mumoglu 13 September 2016 11:29 Cavab yaz

Ləzzətli görünür, təşəkkürlər, Qəribə xanım.

aya hasret gece.... aya hasret gece.... 13 September 2016 10:30 Cavab yaz

Ozude en xosdadigim tort beh beh sarcasti

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика