Qadin.NET / Şokoladlı piroq (foto resept)

Şokoladlı piroq (foto resept)

Tərkibi:

Yumurta - 3 ədəd

"Best Cow" kərə yağı - 170 q.

Şəkər tozu - 200 q.

Qabartma tozu - 1/2 ç. q.

Xama - 120 q.

Un - 140 q.

Kakao - 80 q.

Duz - 1/4 ç. q.

Vanilin - 1 ədəd

Üzəri üçün:

Qaymaq - 100 ml. 30 - 33 % - li

Qara şokolad - 120 q.

 

Hazırlanması:

Bir qabda unu, kakao, qabartma tozu və duzu qarışdırırıq.

 

Başqa bir qabda kərə yağını, vanili və şəkər tozunu mohkəm çalırıq.

Üzərinə bir bir yumurta əlavə edirik və yenidən qarışdırırıq. Və qarişimlari birləşdiririk.

Diametri 23 sm. olan soba qabını yağlayırıq, sonra qabın içinə kakao səpirik, və hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, 10 dəqiqə öz qabında soyumağa qoyuruq.

Sonra biskvitin tam soyumağını gözləyirik.

 

Üzəri üçün şokoladı kiçik parçalara bölün. Sonra qaymağı möhkəm qızdırın.

 Qaynara düşəndə altını söndürün və şokoladın üzərinə əlavə edin.

Şokoladı 2 - 3 dəqiqədən bir qarışdırın ki, ərisin.

 

Şokoladlı piroq (foto resept)

 

Əridilmiş qaymaqlı şokoladı piroqun üzərinə əlavə edirik. Və soyuducuya goyun ki, əriməsin.

Soyuducuda bir qədər saxladıqdan sonra bəzəyə bilərik.

İndı isə, şokoladı bıçaq vasitəsi ilə sıyırın.

Yada kı, sürtgəcdən keçirin və piroqun üzərinə səpirik. 

Ya da ki, öz zövqünüzə görə bəzək vurub süfrəyə verə bilərsiz.

Və budur, şokoladlı piroqumuz hazırdır!

Şokoladlı piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
13 sentyabr 2016
GO BACK