2019-cu ilin yanvar ayında keçirilmiş tələbə yarışmasında onun çıxışının videosu "Youtube"- da 40 milyon baxış sayı toplayıb.
Şən və həyatsevər Katelyn Ohashi sərbəst proqram çərçivəsində ifa etdiyi bu emosional rəqsə görə ən yüksək qiymətə - 10 bala layiq görülüb.
Amma bu videoya baxanların heç ağlına da gəlməz ki, yaxın zamanlara qədər bu qız öz bədənindən utanan və ölçülərinə görə lağ edilən biri olub.
Onun ölçüləri (76-65-86) həqiqətən də idman gimnastikası standartlarından uzaqdır.
"Mənə deyirdilər ki, sən gimnasta oxşamırsan. Deyirdilər ki, yəqin fil udmusan, deyirdilər ki, donuza oxşayırsan" - Katelyn həmin dövrü belə xatırlayır.
Ohashi idmanla 3 yaşından məşğul olmağa başlayıb. Ən böyük uğurunu 2013-cü ildəki Amerika Kubokunda qazanıb - hazırda dördqat olimpiya çempionu olan həmyerlisi Simona Baylsa qalib gəlib.
Amma belindən aldığı zədə Kately-nin idman karyerasına son qoyub. Bu ona bir növ rahatlıq gətirib: "Komanda mənim kökəlməyimdən narazıydı. Trenerlər tənqid edirdilər, qızlar çəp-çəp baxırdılar. Artıq çəkimdən heç cür xilas ola bilmirdim".
Bir müddət sonra səhhəti normallaşsa da, professional yarışlarda qələbə qazanmaq artıq onun üçün əlçatmaz hala gəlib.
Nə qədər çətin olsa da, Katelyn davam etməyə qərar verib. Amma reytinq cədvəlində yer almaq üçün yox, ömrünün çox hissəsini sərf etdiyi işdən zövq almaq üçün gimnastikayla məşğul olmağa davam edib.
Universitetə daxil olandan sonra tələbə komandasının tərkibində yenidən idman meydançasına çıxıb.
İnsanlara mövcud gözəllik standartlarından asılı olmadan öz bədəninə pozitiv yanaşmağı öyrədən bodipozitiv hərəkatında iştirak etməsi Katelyn üçün daha bir sınaq olub.
Ohashi-ni buna sövq edən əsas səbəb əvvəlki idman karyerası olub.
Katelyn deyir ki, gimnastikanın spesifikliyi qızları öz bədənlərinə tənqidi yanaşmağa məcbur edir.
Çünki professional idmanın müasir tələbləri, maksimum açıq yarışma kostyumları olan idman gimnastikasının özünəməxsus estetikası və tamaşaçı auditoriyasının oturuşmuş stereotipləri var.
"O kostyumlarda biz gimnastların bədəni nümayişə açıq olur. O vaxt mən güzgüyə baxanda özümü narahat hiss edirdim" - Katelyn belə deyir.
"Zədə alandan sonra xeyli kökəlmişdim, idman zalına qayıtmağa utanırdım, mənə elə gəlirdi ki, hamının gözü mənə zillənib. Fotosessiyalardan da, özümdən də zəhləm gedirdi. Hətta evdə də rahat ola bilmirdim. Anamın çox zərif bədən quruluşu var, ona görə də məni birlikdə hovuzda üzməyə çağıranda ona deyirdim ki, heç vaxt sənin yanında çimərlik paltarın geyinmərəm" - Katelyn o dönəmi belə xatırlayır.
"Bu, zorakılığın bir növüdür"
Psixoloji Sağlamlıq Fondu insanların öz bədənlərinə münasibətinin öyrənilməsinə xüsusi diqqət ayırır. Fondun bu yaxınlarda Böyük Britaniyada 4500 nəfər arasında keçirdiyi sorğunun nəticələri göstərib ki, hər üç nəfərdən biri öz bədən quruluşundan narazıdır.Gimnastikayla 3 yaşından məşğul olmağa başlayan Ohashi-nin sözlərinə görə, başqa insanların heç bitməyən şərhləri və ətrafdakıların davamlı diqqəti yeniyetmə yaşlarında onu öz bədənindən utanmağa məcbur edib.
"İdmançı olanda hamının sənin bədəninə qiymət verməsinə alışırsan. Ətrafındakı dostların da eyni hissi keçirdiklərinə görə, bu sənə normal görünməyə başlayır və sən artıq məhz belə münasibət gözləyirsən. Ancaq indi mənə elə gəlir ki, bu da bir növ zorakılıqdır. Xüsusilə professional idman üçün bu, xarakterik haldır" - Katelyn Ohashi belə deyir.Öz yeniyetməliyini xatırlayanda o, "xəstəlik səviyyəsində arıq" ifadəsini işlədir: "Rəfiqlərimlə mənim heç bir şey yeməmək kimi anormal əyləncəmiz vardı. Bu bizə ona görə sadəcə oyun kimi görünürdü ki, orqanizmimizə vurduğumuz ziyanın fərqində deyildik, bunun nə qədər təhlükəli olduğunu bilmirdik".İdman və fiziki məşğələlər üzrə mütəxəssis Gill Owens deyir ki, məşqçilərin çoxu xarici görünüşə görə öz idmançılarını böyük riskə atmağa hazırdırlar:"İdman gimnastikasında bu risk daha böyükdür. Burda məşqçilər xüsusilə ehtiyatlı olmalıdırlar, çünki bu idman növü yaranan gündən təkcə idmançıların arıq olmasını tələb etmir, həmçinin yarışlardakı qiymətləndirmə zamanı da çəkiyə böyük önəm verilir".
"Əllərimin böyük olması xoşuma gəlir"
Gimnastlardan arıq və yüngül olmaq tələb edildiyi halda, bir çox digər idman növlərində qadınlıq anlayışıyla az assosiasiya edilən əzələ kütləsi tələb olunur.Belə idman növlərindən biri avarçəkmədir - burda idmançıların uzunboy və enlikürək olması lazımdır.Rio-de-Janeyrodakı Olimpiya oyunlarının gümüş medal mükafatçısı Victoria Thornley əvvəllər öz bədəniylə bağlı müəyyən problemlər yaşayıb, amma avarçəkməylə məşğul olması vəziyyəti dəyişibVictoria Thornley (sağda) Katherine Grainger ilə birlikdə Rio olimpidasında gümüş medal qazanıb"Bu idman növüylə məşğul olmazdan əvvəl mən model olmağı arzulayırdım. Çox arıq və əzələsiz olmaq istəyirdim. Söhbət etdiyim gənc avarçəkənlərin əksəriyyəti belə deyir. Amma indi mən daha çox əzələ yığmağa çalışıram!""Əllərimin böyük olması, damarlarımın üzə çıxması xoşuma gəlir. Çoxları bunu estetik hesab etməsə də, mən getdikcə özümü daha güclü hiss edirəm" - Victoria Thornley belə deyir.
"Öz bədənindən razı olmaq komfortu"
Bu yaxınlarda gender araşdırmaları üzrə mütəxəssis diplomu aldığı Kaliforniya Universitetindəki təhsil illərində Katelyn Ohashi öz bədəninə fərqli yanaşmağa başlayıb.O, ilk növbədə məşqçisinə "artıq böyük idmançı olmaq istəmədiyini" deyib, çünki bunun müqabilində nələrdən vaz keçməli olduğunu bilir.Trener onu dəstəkləyib və bu, Katelyn-ə qələbə qazandırıb."Californiya Universitetinə qəbul olunmağım, psixoloji yardım xidmətində çalışmaq qərarım, yetirmələrinə ilk növbədə insan, sonra idmançı kimi yanaşan trenerlərim - bütün bunlar mənim şəxsi inkişafımda və ruhi müvazinətimin tarazlanmasında müstəsna rol oynadı" - Katelyn belə deyir."İndi mən bunu digər qadınlara ötürmək istəyirəm. Mənim missiyam - qadınların hüquq və imkanlarının artmasıdır. Hər kəsin bədən quruluşu individualdır, ideal bədən yoxdur.Öz bədəninə münasibətdə komfort hiss etmək - bizim can atmalı olduğumuz əsas şey budur. Çünki vaxtımızın 100 faizini o bədənin içində keçirən yeganə adam bizik"
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Hamiləlik proqramı
DYP sürücülərə müraciət etdi
Nikol Kidman rahibə olmaq istədi-FOTO
DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olundu
Azərbaycanda radarlarla bağlı yeni qərar verildi
Pakistanda qatar çaya düşdü
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Neftin ucuzlaşması davam edir
Bəsdir oturdun: işçiləri ayaq üstə işləyən ofis
8 May Şuşanın işğalı günüdür!
Cennifer Enistonun keçmiş yoldaşı ETİRAF ETDİ
Özünə güvən hissini necə artırmalı?
Holland pendirli spagetti (foto resept)
HAVA necə olacaq?
Moda şousunda rüsvayçı olay
Yaşlı qadınların gənc kişilərə marağı
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Aleyna Tilki yenə NARAZIDIR-FOTO
Kələm haqqında bilmədiklərimiz
Dünyada ən populyar brauzer hansıdır?
Azərbaycan "Eurovision-2016"da iştirakın təstiqlədi
Alişan əməliyyat olundu-FOTO
Lazanya (foto resept)
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Mövzular üzrə avatarlar
Qozlu-ananaslı kekslər (foto resept)
Azərbaycan millisində 3 yeni sima
Günün ulduz falı - 19.03.2014
Yeməli xəritədəki ölkələr - FOTO
Bayramqabağı bazarlarda qiymət
Tarkan qızından danışdı: "Gün sayıram"
Həcc ziyarəti qaydaları dəyişir
Xoşbəxt evliliyin sirri
Fransada Wi-Fi yasaqlandı
Asan tort (foto resept)
Deyirlər ki, yağış yağanda dualar tez qəbul olur...
Azərbaycanın dühalarından biri: Altov
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
Bu gündən Azərbaycanda qəbul imtahanlarına start verilir
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
Nilay ana oldu_FOTO
Hülya Avşar gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
Şəkərdən ölənlər daha çox qadınlardır
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycan qadınları Orduya yazılır
![](/sfiles/img/icons/valuable-icon.png)