Giriş
Bağla

Kəsmikli-moruqlu piroq (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Tərkibi:

Xəmir  üçün:

Un - 200 q.

Yumurta - 1 ədəd

Şəkər tozu - yarım stəkan

"Best Cow" kərə yağı - 100 q.

Soda 1 ç. q.

İçlik üçün:

Şəkər tozu - yarım stakan

Kəsmik - 500 q.

Vanil - 1 ç. q.

Yumurta - 1 ədəd

Xama - yarım stəkan

Moruq - 200 q.

Hazırlanması: 

Bir qabda un və soda qarışdırılır.

Xırda doğranmiş kərə yağı və soda ilə qarışmış unu, əlimizlə qarışdırırıq. 

Sonra yumurta əlavə edib qarışdırırıq.

Üzərinə şəkər tozu əlavə edin.

Yaxşı qarışdırıb xəmir yoğururuq.

Xəmiri yoğurub üzərinə sallofan çəkib soyuduçuya yerləşdiririk. Ən az 1 saat soyuduçuda qalmalıdır.

İndi isə içliyi hazırlayırıq.

 Kəsmiyin üzərinə vanil və şəkər tozu əlavə edib blenderlə yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Üzərinə xama əlavə edirik.

Sonra üzərinə yumurta əlavə edib yenə qarışdırırıq.

Piroqumuzu bişirəçəyimiz qabı kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Soyuducudan xəmirimizi çıxarıb, qabin içində əlimizlə yeyirik.

Sonra üzərinə içliyi əlavə edirik.

Sonra içliyin üzərinə yuyulmuş qurudulmuş moruqları düzürük.

180 dərəçədə 25 - 40 dəqiqə bişirmək lazımdır.
Və piroqumuz hazırdır.
Bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz. 
Kəsmikli-moruqlu piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)


Şərhlər (7)

mira_86 mira_86 26 September 2016 20:58 Cavab yaz

Super gorunur i_am_so_ Ellerinize sagliq smile
girl_1999nilawka girl_1999nilawka 25 September 2016 19:00 Cavab yaz

Beh,beh,beh nyam Cox dadli gorunur nyam Ellerinize sagliq good give_ros
Ryos Ryos 28 July 2016 22:05 Cavab yaz

Men bunu o gunu vishneyle bishirdim. Ela oldu . Turshmeze oldu Amma beyendiler. Coxsaqol resepte gore canim
Iceberg Iceberg 28 July 2016 17:40 Cavab yaz

oy piroq istedim vaxt yoxdu bisirmeye
S U SE N S U SE N 28 July 2016 15:03 Cavab yaz

sala once cox sagol cnm
sonrasida ben dunen yedim bunan amma dad olsun dyee
1az yesillik katdim yani goyerti aza ok leziz idi girl_ang
Ceylan Mumoglu Ceylan Mumoglu 28 July 2016 13:37 Cavab yaz

Bu tərkiblə də bir başqa dadlı olur. Təşəkkürlər, Qəribə xanım. laughing
Milana.M Milana.M 28 July 2016 10:37 Cavab yaz

Çox dadlı görünür. Bu aralar şirniyyata meylim artıb. Turş tamlı piroqlara daha çox üstünlük Verirəm. Moruqdan və albalıdan tez-tez piroq edirəm. Çox sağ olun QƏribə xanım. give_ros

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика