Əvvəllər dərziləri yeni paltarlar tikmək üçün axtarırdıqsa, son zamanlar daha çox şalvar boyunu və köynəkləri yığdırmaq üçün axtarırıq. Niyə son dövlərdə qısa boylu insanlar çoxluq təşkil edir?
Qadin.Net xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Sakin: "Boy ancaq iş qəbulunda lazım olur da, bəzi işlərdə".
Sakin: "Kompleks yaşamamışam mən, həqiqətən də. Niyə utanmalıyam ki, belə yaranmışam da".
Sakin: "Elə hallar olub ki, uşaqlarla söhbət edəndə qınayıblar ki, boyun balacadır, ona görə problemlər yaşanıb".
Rəşad Əsgərov - sosioloq: "Kiçik boylu insanlar özlərində kompleks hiss edirlər. Özlərindən yuxarı boyluların yanında durmağa, yaxud da şəkil çəkdirməyə, onlarla bir yerdə söhbət etməyə, hətta birgə gəzintiyə getməkdən imtina edirlər və bu kompleks insanları cəmiyyətdən, sosiallıqdan ayırır , sanki onlar cəmiyyətin bir fərdi kimi tam kənara çəkilirlər, özlərinə qapanırlar".
Həkimlər 2, 6 və 12 yaş dönəmlərində uşaqlarda boy artımı müşahidə edildiyini deyir. Uşaqların qız və oğlan kimi formalaşmasında isə ən vacib olan yaş dönəmi 6-10 yaş aralığı hesab olunur.
Mehriban İbrahimova - pediatr: "Qız uşaqları müəyyən yaş dövründə yetişkənlik dövrünə çatana qədər boyunu əldə etməlidir, oğlan uşaqlarında isə əksinə. Yetişkənlik başlayandan sonra boyunu azaltmalıdır. Və bu dövrdə hər bir boyun inkişafına təsir edə biləcək orqanlar var. Məsələn 6-11 yaş dövründə bu qalxanvari vəzin üzərinə düşürsə, 11-14 yaş dövründə cinsi orqanların üzərinə düşür".
Mütəxəssislər hər bir uşağın xoronoloji yaşı yəni pasport yaşı ilə bədən yaşının yəni sümük yaşının fərqli olduğunu deyir. Yaşla boyun uyğunluğunu müəyyən etmək üçün həkimə müraciət etmək isə mütləqdir.
Mehriban İbrahimova - pediatr: "Sümük yaşı ilə bioloji yaşın üst-üstə düşüb düşməməsi təyin edilməlidir. Əgər 2 ilə qədər kənara çıxma varsa, biz onu yenə də norma kimi qəbul edirik. Yəni buna fizioloji geri qalma deyirik. Yox əgər sümük yaşı ilə xronolji pasport yaşı arasında olan yaş fərqi 2-dən çoxdursa bu artıq yalançı nanizmdir, yəni yalançı cırtdan boyluluq hesab olunmağa başlayır".
Boy artımında qidalanma faktoru da vacib göstəricilərdəndir. Yaxşı olardı ki, menyunuzda zülal və minerallara daha çox yer ayırasınız. Bundan əlavə qış fəslində feyxoa, qara xurma, kök, çuğundur, yayda isə daha asan həzm olunan albalı, alma, şaftalı, ərik və allergiyası olmayan insanlara çiyələk yemək məsləhətdir. Boyun sürətli artımında idmanın da rolu əvəzsizdir.
Rəşad Əsgərov - sosioloq: "Kütləvi tədbirlər xüsusilə də idman yarışları, olimpiadalar artırılmalıdır. Fiziki cəhətdən idman yarışlarının müəyyən qədər gənc və yeniyetmə yaşlarında olan uşaqların boy artımına təsiri daha çox ola bilər. Xüsusilə də idman stadionları, idman kompleksləri olsun əlçatan qiymətə olmalıdır ki, bütün vətəndaşlarımız bundan istifadə edə bilsin".
Mütəxəssislərin verdiyi məsləhətlərə düzgün əməl edilsə, gələcəkdə boyla bağlı hansısa problemlər də aradan qalxar. Bunun üçün də qidanıza və aktivliyinizə diqqət etməyiniz kifayət edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ay tutulmasının vaxtı məlum oldu
Gözəl dəri üçün kartof maskası
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Qırmızı donlar
Kitabseverlər üçün kitab rəfləri
1 sms yaz, 1000 dəqiqə danış! - FİNAL - QALİB SEÇİLDİ!
Çanta və ayaqqabı kombinasiyaları
Gəlinlər üçün ayaqqabılar
Fındıq əzməli şokoladlı keks (foto resept)
Adel uzun vaxtdan sonra ilk dəfə FOTO paylaşdı
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
İsmayıllıda fövqəladə hal
Üç dəfə toyunu təxirə salan baş nazir ailə qurdu
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Azərbaycanda qız köçürmə, yoxsa.....
Hind toyuğu qızartması (foto resept)
Ən çılğın bayram davam edir
"Rusiya müharibəni qızışdıracaq"
Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Apple sapfir şüşələrə keçir
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
"Gəlincik" tortlar
Azərbaycanı dünyaya tanıdan bəstəkarın ad günüdür
“Recep İvedik 6”nın çəkilişləri başladı - İlk FOTO
Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
Hündür daban ayaqqabılar
Canlı əfsanə səfir oldu
Qan və qan damarları üçün
"Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur"
Deadpool 2 filminin yeni traileri-VİDEO
ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Fahriye "makiyajsızam" dedi, aləm qarışdı - FOTO
İstirahət gününün HAVAsı
Erməni əsgərlərinin açdığı atəş nəticəsində ev yanıb
Alkoqollu içkilərin satışı qadağan ediləcək
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Qırış yaradan vərdişlər
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
Yeni nazir Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Uşaqların sosial-psixoloji inkişafı-13
Tanışlığın ilk mərhələsinin 8 sirri
Valideynlərə qadağan edilən 10 CÜMLƏ
İlk gündə 20 medal
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Qurban bayramında İŞİD-dən təhlükə
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]