Qadin.NET / Kəsmikli-moruqlu piroq (foto resept)

Kəsmikli-moruqlu piroq (foto resept)

Tərkibi:

Xəmir  üçün:

Un - 200 q.

Yumurta - 1 ədəd

Şəkər tozu - yarım stəkan

"Best Cow" kərə yağı - 100 q.

Soda 1 ç. q.

İçlik üçün:

Şəkər tozu - yarım stakan

Kəsmik - 500 q.

Vanil - 1 ç. q.

Yumurta - 1 ədəd

Xama - yarım stəkan

Moruq - 200 q.

Hazırlanması: 

Bir qabda un və soda qarışdırılır.

Xırda doğranmiş kərə yağı və soda ilə qarışmış unu, əlimizlə qarışdırırıq. 

Sonra yumurta əlavə edib qarışdırırıq.

Üzərinə şəkər tozu əlavə edin.

Yaxşı qarışdırıb xəmir yoğururuq.

Xəmiri yoğurub üzərinə sallofan çəkib soyuduçuya yerləşdiririk. Ən az 1 saat soyuduçuda qalmalıdır.

İndi isə içliyi hazırlayırıq.

 Kəsmiyin üzərinə vanil və şəkər tozu əlavə edib blenderlə yaxşı-yaxşı qarışdırmaq lazımdır.

Üzərinə xama əlavə edirik.

Sonra üzərinə yumurta əlavə edib yenə qarışdırırıq.

Piroqumuzu bişirəçəyimiz qabı kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Soyuducudan xəmirimizi çıxarıb, qabin içində əlimizlə yeyirik.

Sonra üzərinə içliyi əlavə edirik.

Sonra içliyin üzərinə yuyulmuş qurudulmuş moruqları düzürük.

180 dərəçədə 25 - 40 dəqiqə bişirmək lazımdır.
Və piroqumuz hazırdır.
Bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz. 
Kəsmikli-moruqlu piroq (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
28 iyul 2016
GO BACK