Açıq bufetlərdəki yeməklərə diqqət edin.
Tətil yerlərindəki bufet həm çox sağlam, həm də çox təhlükəlidir. Sağlamlıq ölçüsünə baxacaq olsaq, hər cür qidanı tapmaq mümkündür. Ancaq tərəvəz-meyvə, ətlərin, plov-makaronlar, süd və qatıq məhsullarının necə hazırlandığı və təqdim edildiyinə diqqət etmək lazımdır. Bu yeməklərin bişirmə üsullarına diqqət edilməli və uyğun olanları seçilməlidir. Qızartma, qovurma kimi çox yağlı və xəmirli yeməklərdən mümkün olduğunca uzaq dayanılmalıdır. Xüsusilə mayonez ilə souslanaraq hazırlanan yeməklər və məzə növləri qəbul edilməməlidir. Daha çox qızartma, qaynatma, qazanda bişirmək kimi üsullarla hazırlanan yeməklər ön planda olmalıdır. Təzə salatlar da mütləq qəbul edilməlidir. Normalda yeyilən ölçülərdən artıq qida qəbul edilməməlidir. Çox qida istehlakı xüsusilə yüksək təzyiq, şəkər kimi xəstəlikləri yarada bilər.
Stəkanda satılan souslu qarğıdalılardan uzaq durun.
Açıq bufet xaricində çöldə satılan yeməkləri istehlak edərkən də çox diqqətli olunmalıdır. Üzəri açıq olan, ambalajsız, havayla uzun müddət təmas edən qidalar mikrob yuvasına dönə bilər. Bundan əlavə üzərində son istifadə tarixinə, paketində deşik və ya cırığın olub-olmadığına da diqqət etmək lazımdır. Yay vaxtı küçədə satılan qaynadılmış qarğıdalılar üçün də eyni şey keçərlidir. Əgər qarğıdalının olduğu qazandakı su bulanıq və rəngində də tündlük vardırsa, alınmamalıdır. Xüsusilə stəkanda satılan souslu qarğıdalılardan uzaq dayanılmalıdır.
Otel yeməkləri gündəlik və təzə olmalıdır.
Gedilən otellərdə qidaların təmizliyinə də diqqət yetirilməlidir. İsti havalarda yemək hazırlanarkən gigiyena qaydaları tətbiq olunmazsa, zəhərlənmələr yaşana bilər. Hazırlanan menyuların gündəlik və təzə olduğundan əmin olunmalıdır. Yeməklər çox yağlıdırsa, yeməyin suyu istehlak edilməməlidir. Həzmi asanlaşdırmaq üçün qab birdən çox yeməklə doldurmamalı, yeməklər yeyildikcə yeniləri alınmalıdır. Axşam yeməkləri çox gec saatlara buraxılmamalıdır. Mümkündürsə yatmazdan 4 saat əvvəl yemək yeyin.
Yemək vaxtınızı əsla keçirməyin.
Bəslənmə zamanı yemək vaxtları əsla gecikdirilməməlidir. 3 ana paya əsla laqeydlik etməyin. İstər tətildə, istərsə də evdə günə mütləq səhər yeməyi ilə başlanmalıdır. Naharda istehlak qidalarının da zülal baxımından zəngin pendir, yumurta və tam taxıllı çörəklərdən hazırlanması lazımdır. Səhər yeməyini isə mümkün olduğu qədər erkən saatlarda yeyin.
Həzmi daha asan olan tərəvəz yeməkləri, salatlar, zeytn yağlı qidalar günorta istisində bəslənmək üçün yaxşı seçimdir. Ət yeməklərindən ibarət menyular isə axşam saatlarında istehlak edilməlidir. Ancaq yeyərkən də həddində yeyilməlidir. Ət istehlakı 150 qramı keçməyəcək şəkildə nizamlanmalıdır. Ətin yanında az ölçülərdə plov ya da makaron, bol salat, ayran və ya qatıq istehlak edilə bilər.
Ara paylar də ən az ana paylar qədər əhəmiyyətlidir. Ara paylar üçün ən yaxşı alternativ meyvədir. Xüsusilə bol su ehtiva edən qarpız, qovun kimi meyvələr seçilməlidir. Diqqət edilmədən ara paylarda istehlak edilən dondurma, tortlar kökəlməyə səbəb ola bilər. Bu yeməklər yerinə təzə meyvələrlə hazırlanan meyvəli bir qatıq alternativ ola bilər. Hətta alma, armud kimi meyvələrin üzərinə darçın səpilərək də fərqli bir variant yaradıla bilər. Darçın qan şəkərinin balansına kömək edərək bədəndəki şirin ehtiyacını azaldır.
Səhv qidalanma hipertoniya və şəkər xəstəliyinə yol açar.
Tətildə səhv bəslənmə nəticəsində bəzi xəstəliklər də yaşana bilər. Xüsusilə hipertoniya və şəkər xəstəliyi mövzusunda diqqətli olmaq lazımdır. Səhv qidalanmağın üzərinə isti hava ünsürünü də gəlsək, bu narahatlıqlara tutulma riski arta bilər. Bundan əlavə qidalanmada pozöunluq zamanı mədə xəstəlikləri və həzm sistemində çətinlik də yaşana bilər. Bəzən səyahətlər zamanı qəbzlik, köp kimi narahatlıqlar da yaşana bilər. Ən yaxşı yol isə bol su istehlakı və gündə 2 fincan yaşıl çay içməkdir.
Su yeməkdən daha əhəmiyyətlidir.
Çox isti havalarda hər zaman həzmi asan qidalar seçilməlidir. Bədənimizdən tər vasitəsilə maye itirilir. Bunun isə əvəzində bol miqdarda maye qəbul etmək lazımdır. Maye ehtiyacı isə mümkün olduğu qədər su ilə qarşılanmalıdır. Sudan əlavə istəyə görə çay, ayram, bir az şəkərli limonad da seçim edilə bilər. Ancaq hazır meyvə suları, buzlu çay və turşulu içkilərin tərkibində şəkər və qatqı maddələri çoxdur. Buna görə də bu tip içkilərdən bacardıqca uzaq durmaq lazımdır. Evdə hazırlanan az şəkərli bir limonad yaxşı bir içki alternatividir.
İstilik artdıqca virus, bakteriya və göbələklər çoxalar.
Yay aylarında gigiyena qaydalarının əhəmiyyəti bir qat daha artar. İstilik artdıqca virus, bakteriya və göbələklərin çoxalması sürətlənər. Buna görə yaz aylarında və tətillərdə gigiyena olduqca əhəmiyyətlidir. Yeməyə oturmazdan əvvəl əllər yaxşıca yuyulmalıdır. Yeməklərin istidə uzun müddət saxladılmamasına diqqət edilməlidir. Zəhərlənmə riski olan birdən çox qida növünü bir yerdə yemək uyğun deyil. İçilən suların təmizliyinə diqqət edilməli, əmin olunan bir markanın suyu seçilməlidir. Əgər təmizləyici istifadə edilirsə, filtirlərin təmizliyindən əmin olunmalıdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda avtobus qəza şəraiti yaratdı
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
Çimdirməzdən əvvəl körpəyə qulluq
Qat-qat xəmirdən qatlama (foto resept)
Azərbaycan coğrafiyasının inkişaf tarixi-1
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Ananaslı toyuq əti (foto resept)
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Gül dərənə İnanılmaz Cəza
Rahat və gözəl
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Dəriniz çoxmu qurudur?
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
Məşhur aktrisa sağdır!
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bakıya 151 avtobus gətiriləcək
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq?
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Məşhur futbolçu bu gün evlənir
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Qubalılar axar suya səməni atdılar
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
Film qəhrəmanları gündəlik həyatda
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Bələdiyyələrə qadağa qoyuldu
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Doğulduğu aya görə uşağın xarakteri
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Grunge makiyaj trendi
Tanınmış rejissor vəfat etdi
Metropoliten rəisi sərt tənqid edildi
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Məşhur serial FİNAL EDİR
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Uşaqlarda yetkinlik dövrü
Ayaqların donması və tərləməsi
Yaponlar dünyanı heyrətləndirdi
- ŞƏRHLƏR