Giriş
Bağla

Qat-qat xəmir necə hazırlanır?(foto resept)

MƏTBƏX / Quru yeməklər

Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Lazım olan ərzaqlar:
500 q un (3 yarım su stəkanı)
250 q "Best Cow" paket yağı
1 şüşə təbii qazlı su (200 ml. Mütləq çox soyuq olsun. Hətta yarı buzlu belə ola bilər.)
4 yemək qaşığı su
1 yemək qaşığı limon suyu
1 çay qaşığı duz
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Hazırlanması:
 Unu yoğuracağımız qaba töküb üzərinə duz və limon suyunu əlavə edin. Limon suyunu yaxşıca una yedirin. Daha sonra az-az qazlı suyu və adi suyu əlavə edərək xəmiri yoğurun (Xəmir çox yumşaq olmayacaq). Xəmiri bir top halına gətirib üst qisiminə bıçaqla çarpaz şəkildə dərin kəsik atın.  Xəmiri bir streçlə örtüb şkafda 20 dəqiqə gözləyin. Otaq temperaturunda olan yağı möhkəm bir paketin içinə qoyub oxlovla  basdıra-basdıra yastılayın və 1 sm qalınlığında bir kvadrat şəkli əldə edin. Xəmirin altına və üstünə çox az un səpin. Oxlovla dördküncü də orta qisimdən kənarlara doğru böyüdün. Orta qisimə toxunmayın. Kənarları incə olmalıdır. Yağı xəmirin orta qisiminə yerləşdirin. Xəmirin 4 küncünü tək-tək yağın üzərinə tərəf bağlayın.
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Oxlovla xəmirin üzərinə basdıra-basdıra uzunlamasına yayın. Xəmiri 3 dəfə qatlayın. Üzərini streç sellofanla bağlayaraq soyuducuya qoyun, 25 dəqiqə soyuducuda saxlayın. Xəmiri az-az unlayaraq yenidən uzunlamasına yayın, yenə üçə və ya uzunluğuna görə dördə  qatlayın. Bu prosesi üç dəfə təkrarlayın. Ən sonuncuda xəmiri götürüb 0.5 sm (yarım santimetr) qalınlığında yayıb istədiyiniz kimi forma verin.  Xəmirə forma verdikdən sonra dondurucuya qoyub içindəki yağ bərkiyənə qədər gözləyin. Dondurucudan yeni çıxardığınız milföy börəklərini əvvəlcədən qızdırılmış sobaya qoyun.
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
200 dərəcədə üzərləri qızarana qədər bişirin. 
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Nuş olsun!


Şərhlər (53)

Milana.M Milana.M 21 June 2017 12:24 Cavab yaz

mənə cətin gəlir nəsə bu

Hazırını almağa üstünlük verirəm.
Iceberg Iceberg 18 June 2017 23:42 Cavab yaz

mənə cətin gəlir nəsə bu
girl_2008,limonka girl_2008,limonka 4 February 2017 21:53 Cavab yaz

Tesekkurler....
fidan555 fidan555 21 July 2016 08:45 Cavab yaz

mende hemiwe hazirlayiram ozum bawqa reseptle. buda eladi ellerinize emeyinize sagliq
xedice-11 xedice-11 19 April 2016 11:21 Cavab yaz

Dadlı olur bu xemir tez bazar bişirmək olur.
Fatma Fatma 18 April 2016 17:42 Cavab yaz

Vaxt varıydı hazılıyırdım indi canım tutmur
Emma Svon Emma Svon 16 April 2016 07:49 Cavab yaz

Heç əziyyətinə dəyməz. HAzır satışda olur. Al bişir, qoy. Saxlanma müddəti də var. Qollarım qırılan bunu özüm etsəm. Güc lazımdı.
Milana.M Milana.M 16 April 2016 07:40 Cavab yaz

Məncə bunu bacarmaq istedad tələb edir. Biş-düş istedadı məndə çox azdı. Hələ də bacarmamışam.
Deniz84 Deniz84 15 April 2016 23:37 Cavab yaz

Əvvəllər tez-tez hazırlayırdım. Bir günümü alırdı demək olar. Ancaq indi tənbəlləşmişəm. Bəzən hazırını alıram.
Iceberg Iceberg 15 April 2016 21:22 Cavab yaz

Mene nedense hemiwe cetin gelir bu xemiri etmek
www.guler1994 www.guler1994 10 February 2015 13:22 Cavab yaz

Asandi cetin deyil elemek olar.
gunay36 gunay36 21 January 2015 17:56 Cavab yaz

Mamam hazirlayir,lakin kere yagi ile.
aska-86 aska-86 15 January 2015 17:33 Cavab yaz

Teşəkkürlər!Qəşəng tarifdi- give_ros
smts smts 14 January 2015 00:51 Cavab yaz

Hemiwe hazirini alib istifade edirem, evde hazirlamamiwam, nedense mene cetin gelir.
Pervane01 Pervane01 11 January 2015 01:58 Cavab yaz

Hazlrını alıram həmişə.Özümə əziyyət vermirəm. fellow
ruslan-ebilov ruslan-ebilov 10 January 2015 16:17 Cavab yaz

ne gozel gorunur yemek lazimdi))
Xanim_Xatun Xanim_Xatun 27 December 2014 13:28 Cavab yaz

Çox çətin gəlir mənə qat-qat xəmir.Görək,bəlkə hazırlaya bildik anamla.

İnşallah hazırlayib bəyənərsiz.
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 23 December 2014 14:50 Cavab yaz

Çox çətin gəlir mənə qat-qat xəmir.Görək,bəlkə hazırlaya bildik anamla.
malahat.hesenova malahat.hesenova 23 December 2014 14:06 Cavab yaz

Evdə heç hazırlamamışam, hazır alırıq.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика