İnsanın sağlamlığı üçün ayaqqabıların düzgün seçilməsi vacibdir
Ayaqların üşüməsi, yağışdan islanıb saatlarla eləcə qalması gələcək xəstəlik üçün zəmin hazırlamış olur. Buna görə də, qış aylarında ayaqqabı seçimini düzgün etmək vacibdir. Ayağa rahat, isti, su keçirməyən ayaqqabıları seçmək isə elə də asan deyil.
İndi, demək olar, hər iki addımdan bir ayaqqabı satılan dükanlar olsa da, keyfiyyətli və qiyməti münasib ayaqqabı tapmaq çox çətindir. Keyfiyyətinə əmin olunan, zəmanət verilən ayaqqabıların qiyməti isə əl yandırır.
Bakıda ucuz və baha ayaqqabıların hansı qiymətə olduğunu bilmək üçün dükanlara üz tuturuq. Məlum olur ki, ən ucuz qış ayaqqabısı 10 manatdır. Belə ayaqqabıların içi xəzli olmur və tikişli deyil. Ayağı soyuqdan qorumur, hər an qoparaq insanı yarı yolda qoyma ehtimalı çoxdur. Bazarlarda üst- üstü qalanmış belə ayaqqabılar payızdan qalan artıq ayaqqabılardır və ikinci dəfə qış ayaqqabısı adı ilə satılır. Metro keçidlərində satılan ayaqqabılara gəlincə, burda qiymətlər 15-30 manat arası dəyişir. İçi xəzli olan bu ayaqqabıların əksəriyyəti möhkəm materialdan və tikişlidir. Yer altına nisbətən yerin üstündə isə ayaqqabılar həddindən artıq bahadır. Xüsusən sırf ayaqqabı satılan dükanlarda qiymətlər 35 manatdan ucuz deyil.
Bakı sakini Mədinə Səlimovanın fikrincə, ayaqqabıların tez sıradan çıxmasına səbəb onların adi materiallardan tikilməsidir: "Qış mövsümundə 3-4 ayaqqabı dəyişirəm. Bir mövsümü normal yola vermək üçün bahalı ayaqqabı almaq lazımdır. Elə ayaqqabıların da qiyməti 100 manatdan ucuz deyil. Bir ailədə ən az 3 adam varsa, bu, 300 manat edir. Orta qiymətə olan ayaqqabıları isə suya salmadan geyinmək lazımdır ki, qopmasın. Qış aylarında da, özü də Bakıda bu, mümkünsüzdür".
İnternet sifarişi ilə ayaqqabı sifariş edənlər də az deyil. Şəkildə bu cür ayaqqabıları görüb bəyənənlər məhz həmin ayaqqabıları əldə etmək üçün sifariş verib 30 günə yaxın bir müddəti gözləməli olurlar. Nəticədə nə qədər məmnun qalıb-qalmadıqlarını deyə bilmərik, amma görünən odur ki, hətta internet sifarişi olan ayaqqabıların da qiymətləri müxtəlifdir; 30 manatdan tutmuş 140 manata kimi. Elə bu sifarişlərlə məşğul olan Ayna Qəribova da ayaqqabı sifariş edənlərin çox olduğunu deyir. Müştəri məmnuniyyətinin nə dərəcə olmasından isə xəbərsizdir: "Sifarişlər 1 aya gəldiyi üçün biz mövsümündən 1 ay əvvəl müxtəlif çeşidli ayaqqabıların şəkillərini xüsusi səhifəmizə yerləşdiririk. Sifariş edilən zaman bəzən bizə "materialı nədəndir?", "tikişlidir, yoxsa, kleyli?", "zəmanət verirsiniz?" kimi suallar ünvanlayırlar. Bizim isə cavabımız bir kəlmə olur "bilmirik". Çünki biz ayaqqabıları alıb əlimizdə baxmırıq, sifarişlə gətiririk. Bunu sifariş edən insan bilməlidir ki, biz də ödəniş edib alırıq, imtina etmək şansları yoxdur" deyən müsahibimizin özü belə ayaqqabıları almır. Bunu isə həmin ayaqqabıların Çindən gətirilməsi ilə izah edir. Dediyinə görə, keyfiyyətsiz olan belə ayaqqabılar quru havalarda və zaman-zaman bəzək üçün geyinmək məqsədi ilə dizayn edilib: "Bizim yağışa və yollara davam gətirməz".
Ayaqqabı ustası Ceyhun Mirzəyevin sözlərinə görə, Azərbaycanda ayaqqabı tikdirən çox az adam var. O da əlacsızlıqdan. Avropa ölkələri ilə müqayisədə Azərbaycan yeganə ölkədir ki, ucuz ayaqqabı almağa meyllidir. "Avropa ölkələrinə gətirilən ayaqqabılara güclü nəzarət olur. Amma bizdə belə deyil. Satılan ayaqqabıların 90%-i Çin istehsalıdır. Həmin ayaqqabalıra ada ya Çində, ya da Azərbaycanda "made in Turkey", "made in İtaly" nişanları vurulur ki, bu da alıcıların aldanmasına səbəb olur" deyən pinəçinin bildirdiyinə görə, təmirə gətirilən ayaqqabıların yarıdan çoxunu da məhz belə ucuz mallar təşkil edir: "Ayaqqabını sökdükdə baxıram ki, bunun qiyməti heç 2 manat deyil. Dəri ayaqqabı adı ilə dermantin ayaqqabılar satılır. Keyfiyyəti isə sıfırdır".
Həmsöhbətimizin dediyinə görə, ayaqqabı keyfiyyətlidirsə, onu uzunömürlü etmək üçün qulluq etmək lazımdır. Müsahibimiz ayaqqabının ömrünü uzatmağın yolunu da göstərir: "Qış aylarında evə gələn kimi ayaqqabıları təmizləyib qurutmaq, elastikliyini artırmaq, quruyub çartlamaması üçün kremlərdən istifadə etmək lazımdır. Peçin kənarına qoyub ayaqqabıları qızdırmaq, daha sonra şaxtaya çıxmaq da ayaqqabıların tez sıradan çıxmasına səbəb olur".
"Ayaqqabı düzgün seçilmədikdə, ayaqlar üşüyüb islandıqda bunun fəsadları da olur". Bunu isə dermatoloq Sahib Rzayev deyir. Onun sözlərinə görə, ayaq sağlamlığı və daxili orqanların sağlamlığı üçün ayaqqabıların düzgün seçilməsi vacibdir: "Üşüyən ayaqların daxili orqanlara, xüsusən böyrəklərə ziyanı artıq məlumdur. Ayaqlarda isə göbələklərin yaranması, barmaqların keyiməsi, qaşıntı, qızartıların yaranması mümkündür. Qış ayaqqabılarının içi tüklü olduğu üçün bir müddət sonra ayaqqabıların içindən qoxu gəlməyə başlayır. Əksər hallarda bu qoxudan qurtulmaq üçün ayaqqabıların içinə ətir, spirt tökürlər. Bu isə ayaqqabıların qoxusunu kəskinləşdirməklə yanaşı, ayaq dərisinin də qıcıqlanmasına səbəb olur. Dar ayaqqabılar ayaqların daha da üşüməsinə səbəb olur. Yaxşı olar ki, çantada corab gəzdirilsin. Ayaq islanan kimi corabları dəyişmək ayağın nəm qalmamasına, dərinin ayaqqabı ilə təmasından xəstəliklərin yaranmamasına kömək edər. Ayaqqabıların materiallarının keyfiyyətli olmadığı, ucuz məhsulların dəri xəstəliklərinə səbəb olduğunu da qeyd etmək lazımdır".
Dermatoloq xüsusən uşaqlara Çin istehsalı olan ayaqqabıların alınmamasını, alınan ayaqqabıların ortopedik və havakeçirən olmasına fikir verilməsinin vacibliyini bildirir.
XƏBƏR LENTİ
SƏFURƏ ƏLİZADƏ stili
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Urmiya gölü çöl oldu
Komada olan şoumendən xəbər var
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Bəzi şəhər və rayonlarda su kəsiləcək
Nemtsovun qətlini kim sifariş verib?
Xoşbəxtliyi ölçən cihaz
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
4K formatlı planşet gəlir
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Hər kəsin qorxduğu qadın-FOTO
Əzvay şirəsi
Böyüklərə hörmət qalıbmı?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
İdeal pəhrizin incə məqamları
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Ağıllı insanların ortaq xüsusiyyətləri
Bakıda sürücülərin bu əzabı nə vaxt bitəcək?
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Təmiz zeytun yağını necə tanıyaq?
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Yaşını eşidən heyrət etdi-FOTO
Operatordan qəribə addım - VİDEO
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Gözümüzdəki işıq
Cütlüklər üçün idman növləri
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
İxtisas seçimi başlandı
7 rayon qazsız qalacaq
Kiara Ferragni
Azərbaycan müharibə mesajı verdi
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ
Riki Martin qızının FOTOsunu paylaşdı
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
Ançelottidən sonra Pelleqrini seçildi
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Uşaqlar neçə saat yatmalıdır?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Marsda şəhər salınacaq-VİDEO
Yayın artan "dərəcə"ləri ölüm gətirir
- ŞƏRHLƏR