Qadin.NET / Qat-qat xəmir necə hazırlanır?(foto resept)

Qat-qat xəmir necə hazırlanır?(foto resept)

Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Lazım olan ərzaqlar:
500 q un (3 yarım su stəkanı)
250 q "Best Cow" paket yağı
1 şüşə təbii qazlı su (200 ml. Mütləq çox soyuq olsun. Hətta yarı buzlu belə ola bilər.)
4 yemək qaşığı su
1 yemək qaşığı limon suyu
1 çay qaşığı duz
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Hazırlanması:
 Unu yoğuracağımız qaba töküb üzərinə duz və limon suyunu əlavə edin. Limon suyunu yaxşıca una yedirin. Daha sonra az-az qazlı suyu və adi suyu əlavə edərək xəmiri yoğurun (Xəmir çox yumşaq olmayacaq). Xəmiri bir top halına gətirib üst qisiminə bıçaqla çarpaz şəkildə dərin kəsik atın.  Xəmiri bir streçlə örtüb şkafda 20 dəqiqə gözləyin. Otaq temperaturunda olan yağı möhkəm bir paketin içinə qoyub oxlovla  basdıra-basdıra yastılayın və 1 sm qalınlığında bir kvadrat şəkli əldə edin. Xəmirin altına və üstünə çox az un səpin. Oxlovla dördküncü də orta qisimdən kənarlara doğru böyüdün. Orta qisimə toxunmayın. Kənarları incə olmalıdır. Yağı xəmirin orta qisiminə yerləşdirin. Xəmirin 4 küncünü tək-tək yağın üzərinə tərəf bağlayın.
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Oxlovla xəmirin üzərinə basdıra-basdıra uzunlamasına yayın. Xəmiri 3 dəfə qatlayın. Üzərini streç sellofanla bağlayaraq soyuducuya qoyun, 25 dəqiqə soyuducuda saxlayın. Xəmiri az-az unlayaraq yenidən uzunlamasına yayın, yenə üçə və ya uzunluğuna görə dördə  qatlayın. Bu prosesi üç dəfə təkrarlayın. Ən sonuncuda xəmiri götürüb 0.5 sm (yarım santimetr) qalınlığında yayıb istədiyiniz kimi forma verin.  Xəmirə forma verdikdən sonra dondurucuya qoyub içindəki yağ bərkiyənə qədər gözləyin. Dondurucudan yeni çıxardığınız milföy börəklərini əvvəlcədən qızdırılmış sobaya qoyun.
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
200 dərəcədə üzərləri qızarana qədər bişirin. 
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Nuş olsun!
15 aprel 2016
GO BACK