Təbii olaraq insan hər zaman eyni əhvali-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhvali-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhvali-ruhiyyənizi yüksəldə bilərsiniz.
Əsəbisinizsə — Kikboksinq
Əsəbinizi kaloriya yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.
Tələsirsinizsə — Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Başınız qarışıqdırsa — güc məşqi
Bir mövzu barədə qərar verməlisiniz. Bu halda müqavimət idmanı sizə yaxşı təsir edər. Araşdırmalar sübut edib ki, mütəmadi olaraq güc məşqləri etmək insanların zehni, diqqət cəmləmə gücünü yaxşılaşdırır.
Narahatsınızsa – Piyada yeriyin
Özünüzü gərgin və ya narahat hiss edirsinizsə, piyada yeriyin. Əhvali-ruhiyyəni yaxşılaşdıran idmanlar arasında ən sadə və rahatı piyada gəzməkdir. Bir neçə dəqiqə piyada gəzmək əsəbləri sakitləşdirir, özünüzü daha xoşbəxt hiss etməyi təmin edir. Xüsusilə də çöldə piyada yerimək sizə çox yaxşı təsir edəcək. Araşdırmalara görə, piyada gəzmək stressi azaldır, hətta immunitet sistemini də gücləndirir.
Yorğunsuznuzsa — Tai-Chi
Gün ərzində enerjiniz tükənibsə, günün sonunda yorucu məşq sizi daha çox taqətdən salar. Bunun əvəzinə sizi özünüzə gətirən Tai-Chi işinizə yarayar və enerjinizi artırar. Tai-Chi həm də yuxu keyfiyyətini yaxşılaşdırır, stressi azaldır, ümumi olaraq sağlamlığı yaxşılaşdırır.
Stresdəsinizsə — Velosiped
İstər evdə, istər çöldə olun velosipedə minib pedal çevirməyə başlamaq endorfin ifrazını artıraraq dəqiq və aydın düşünmənizi, beləliklə də stressin öhdəsindən gəlməyinizi təmin edə bilər. Bununla yanaşı, velosipedlə hündür yerə qalxmaq və ya velotrenajorda yüksək sürətlə pedal çevirmək özünüzə inamı artırar.
Bezmisinizsə — Qaçın
Saatlardır bir problemi həll etməyə çalışırsınız, lakin bir fikrə gələ bilmirsiniz? Bu zaman heç nə etməyin, sadəcə çıxın küçəyə və qaçın. Əgər probleminiz üçün doğru həll yolu tapa bilmirsinizsə, qaçış sizin çarənizdir. Bir çox insan qaçış əsnasında gözəl fikirlərə gəlir. Qaçış beyni rahatlandırır, çünki bütün bədən kompleks formada hərəkət edir.
Narahatsınızsa – Yoqa
Əhvali-ruhiyyəni yaxşılaşdıran idmanlardan biri də əlbəttə ki, yoqadır. Narahatlıqlarınızın öhdəsindən yoqa ilə gələ bilərsiniz. Yoqa zehni sakitləşdirir. Bu idmanı edərkən bütün narahatlıqlarınız keçər. Əgər yoqa bacarmırsınızsa, kursa yazılın və ya on-line izləyərək öyrənin.
Motivasiyanız yoxdursa – Pilləkan qalxın
Pilləkan qalxmaq yalnız omba əzələlərini məşq etdirmir, eyni zamanda bütün bədənin kalorisini yandırır. Qalxdığınız pillələri sayın, sonra neçə mərtəbəyə uyğun olduğunu hesablayın. Çox az idman sizi bu qədər motivasiya edə bilər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Boynunuzda yaşlanmanın qarşısını alan hərəkətlər
Ətirli şamlar xərçəng yaradır
Fransada məktəbə 15 qoyun qəbul edildi
İlin ən ağır günü
Xidməti müqavilə ilə işləyənlər pensiya ala bilməyəcək?
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Xüsusi hekayəsi olan tatular
Hindistan da Marsa getdi
Körpə gözləyən valideynlərə məsləhətlər
Vanqadan dəhşətli proqnoz
Ağladan 20 film
Şam qozasından yeni il bəzəyi
Bakının keçmiş şagirdləri imtahan verəcəklər
“Qarabağ” futbol klubunun üzvləri Ağdamın Cümə məscidində namaz qılıb
İranın sonuncu şahının xanımının sərvəti sürücüyə qalıb
TQDK-dan imtahan açıqlaması
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
İngiltərədə həkimlər mahnı oxudu, Klopp ağladı - VİDEO
Bu il Moskvadan beş mindən artıq qanunsuz miqrant qovulub
Prezident: “İndiki Ermənistan ordusunu Paşinyan yaratmayıb”
Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
Koronavirusa görə işini itirən qız cekpot uddu - FOTO
Ən yeni gəlin ayaqqabı modelləri
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
“Son zəng” bu tarixdə qeyd olunacaq - Nazirdən əmr
Azərbaycanda pensiyaların ödənilməsinə başlanıldı
“Qarabağ”da şok itki
Bu il Günəş üç dəfə tutulacaq
Arqan yağının faydaları
QİÇS-ə almanlar qalib gələcəklər
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Dünyanın ən gənc milyarderi artıq subaydır
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
Bu günün hava proqnozu
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Ed Şiran ata olacaq
Almalı - qarağatlı piroq (foto resept)
Qoyun ətli vindaloo (foto resept)
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Bütün dünyanı metro birləşdirəcək? - FOTO
Azərbaycanda süni mayalanma halları artıb
Necə qonşusunuz? (test)
Pəhriz saxlamanın ailə həyatınıza təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Azərbaycan Müdafiə Nazirliyi Serj Sarkisyana cavab verdi
Yazın 5 ən faydalı məhsulu
Məşhur cütlük bal ayını burada edəcək-FOTO
İnanılmaz sevgi hekayəsi
Uşaqlara oxuma və yazma öyrətməyin asan yolu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]