Giriş
Bağla

Qadin.Net - 6 YAŞ

Bizimdir! / QN News / Bizdən sizə!

Hər zaman olduğu kimi, ilk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün qeydiyyatlı sistem 2010-cu il 13 fevral tarixindən işə salınıb


4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə. 
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə. 

4 fevral 2014-cü il tarixinə olan statistika:
82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı və 128 fərqli bölmə. 

 

Ənənəyə sadiq qalaraq kiçik hesabat və məlumatlardan sonra, bizim üçün ötən ilin 6 ən əlamətdar hadisəsini qeyd edəcəyik.

Hər zaman olduğu kimi qeyd etmək istərdik ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb. 
İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də  artıq bilirsiniz ))

Qeyd etdiyimiz kimi ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik:

04 fevral 2015-ci il -  96000 qeydiyyatlı istifadəçi, 43000 xəbər sayı, 1.045.000 şərh sayı.


Beləliklə ötən ilin ən yadda qalan hadisələri:

1.  Ötən ilin istifadəçilərimiz üçün ən yadda qalan hadisəsi heç şübhəsiz ki, yeni Reytinq sistemidir. Artıq məlumunuz olduğu kimi, yeni yeni Reytinq sisteminə əsasən ilk dəfə məhz bizim portalda istifadəçilər sayta ayırdıqları dəyərli vaxtlarının qarşılığında əvvəlcədən müəyyən olunmuş qaydada real pullar qazanırlar. Günün və ayın ən çox şərh yazan istifadəçiləri, həftənin və ayın xəbər müəllifləri o seçilmiş istifadəçilərdir ki, bütün nominasiyalarda birinci olduqları halda ay sonunda toplam 108 AZN qazanc əldə etmə imkanına sahibdirlər! 

2. Geridə qalan il ərzində istifadənizə təqdim edilən Qadin.TV layihəsi haqda çox izahata ehtiyac olmadığını düşünürük. Artıq hər bir kəs məlumatlıdır ki, ilk dəfə olaraq Qadin.Net – İlk Milli Qadın Portalının video layihəsi sırf öz məlumat bazası ilə fəaliyyət göstərən, ölkəmizin və bir çox digər ölkələrin televiziya verilişlərini, serialları, filmləri, konsertləri, cizgi filmlərini, müxtəlif mövzulu ən baxımlı videoları, məşhurların həyat hekayələrini kəsintisiz, reklamsız sizlərə təqdim edən Qadin.TV layihəsi var. Zamanı, izləmə məkanını siz seçin! – bu sözlər görülən bütün işlərin sizlər üçün edildiyinin ən bariz nümunəsidir. Bütün işlər, layihələr sırf sizlərin rahat istirahəti üçündür. Son günlərdə isə Qadin.TV video portalının görünüşü tamamilə yenilənərək daha geniş funksionalla istifadənizə təqdim edilmişdir.

3. 2015-ci ilin yanvar ayından isə saytın ilk mobil versiyası öz işinə başladı. Artıq kiçik ekranlı mobil telefonlardan saytı ziyarətlər zamanı yaranmış nasazlıqlardan şikayət edən istifadəçilərimiz rahatlıqla sevimli saytlarını izləyə bilirlər. İlkin mərhələdə istifadəçilər üçün ən mühüm, daha çox istifadə olunan bütün imkanlar mobil versiyaya da əlavə olunmuşdur. Tezliklə mobil versiyada bütün funksionaldan tam şəkildə yararlanma imkanınız olacaq. Həmçinin "telefon" həvəskarları üçün əlavə xidmətlərin də aktiv edilməsi üzərində işlər gedir.

Əlbəttə ki, hər zaman qeyd etdiyimiz kimi bütün bu uğurları tək əldə etmədik!

Hər il qeyd etməyimizə rəğmən bir daha qeyd etməyi borc bilirik: ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri – hörmətli Redaktorlarımız, eynilə çox dəyərli Ekspertlərimiz və təbii ki, Ekspertlərimizin ən yaxın silahdaşları - Nəzarətçilərimiz, insanları doğru yöndə məlumatlandıran, xəstəliyin ilk simptomları zamanı onları düzgün yönləndirən hörmətli Həkimimiz, üzləşdiyiniz bütün problemli məsələlərin hüquqi yollarla həllini izah edən, dəyərli tövsiyyələrini heç bir vaxt ziyarətçilərimizdən əsirgəməyən Hüquqşünasımız – Sizlərin hər birinə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!  

Üzv sayı 125.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçi üzvləri:
Çox sağolun ki, qazandığımız bütün uğurlarda sizlərin əməyi əvəzolunmazdır!

Ceylan xanım və Ənvər bəy...

Hər iki dəyərli dostum, həmkarım, çalışdığı sahənin peşəkarları:
6 il, 72 ay, 288 həftə, 2016 gün, 48384 saat, 2.903.040 dəqiqə, 174.182.400 saniyə!

Bəli, bu rəqəmlər əziz dostlarımızın bütün komanda ilə birlikdə sizlər üçün çalışdığı, sizləri düşündüyü zamanın göstərciləridir! 

Və...
Ən nəhayət Siz dəyərli ziyarətçilərimiz!  

Bizlər üçün çox dəyərli olduğunuzu, bu layihəni, portalı bu yerlərə gətirənlərin sizlər olduğunuzu artıq bilirsiniz.  Bu dəfə sizə fərqli şəkildə müraciət edəcəyik:

Bəzən şikayətləriniz, bəzən yerli-yersiz narazılıqlarınız, bir-birinizdən "küsərkən" belə bizləri günahkar çıxarmağınız, əhvalınız olmayanda pozitiv enerjini burada axtarmağınız - Sizlərin hər bir sözü, addımı bizim yeni işlərimiz üçün stimuldur! 

Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Növbəti yaş günlərində sizlərlə eyni məkani, daha böyük uğurları paylaşmaq arzusu ilə...

Sizli bizli, sevimli saytımızın altıncı yaş günü, 6 yaşı mübarək olsun!


Hörmətlə,
Ramil Hüseynov
Layihə rəhbəri



Şərhlər (63)

mes_gril2009marina mes_gril2009marina 26 April 2015 13:57 Cavab yaz

bu sayti acdiginiza gore cox saqolun yaxsiki qadinlar var halaldi
aydaska-semishka aydaska-semishka 17 February 2015 16:17 Cavab yaz

Aa menim xeberim yoximiw ama olsun tebrik edirem biraz gec qalsamda
ilishka ilishka 6 February 2015 21:58 Cavab yaz

Happy Birthday.hamimizi tebrik edirem,nece uzun illere
girl_1996milawka girl_1996milawka 6 February 2015 20:43 Cavab yaz

gecde olsa tebrik edirem... girl_smi
askom askom 6 February 2015 15:34 Cavab yaz

bende dogum gunumuzu kutluyorum.iyiki Kadin.net var. drinks
ruslan.ebilov ruslan.ebilov 6 February 2015 14:23 Cavab yaz

Tebrikler uzun omulru olsun ve wikayetlere vaxtinda baxilsin
canim 1985 canim 1985 5 February 2015 18:14 Cavab yaz

Təbriklər Qadın .net uğurların həmişə bol olsun.Qadın .net bizə çox şey öyrətdi.Şeridə çox bəyəndim,əlaaaa
roya.hesenli.94695 roya.hesenli.94695 5 February 2015 16:46 Cavab yaz

ozumde olmaqla hamini tebrik edirem
Asi88 Asi88 5 February 2015 14:37 Cavab yaz

Eziyyeti kecen her kesi ve butun userleri tebrik edirem yasasin qadin.net var daim zirvelerde olasan qadin.net yahoo yahoo yahoo
zehra 2013 zehra 2013 5 February 2015 14:33 Cavab yaz

urtekden ve semimi qelbden gecde olsa Qadin.Netimizi tebrik edirem,Insallah bundanda boyuk nailiyyetler ederik give_ros girl_ang i_am_so_ love
rana969 rana969 5 February 2015 00:49 Cavab yaz

Ad gunumuz mubarek... yahoo Yaxwiki varsan qadin.netim. smile
ureyimin gitdiyi yer ureyimin gitdiyi yer 4 February 2015 22:37 Cavab yaz

Tebrik edirem qadin net seni ve eziyyeti kecen her bir insana cox sag olun ki bu sayti davam etdirirsiz
ulka-894 ulka-894 4 February 2015 21:46 Cavab yaz

Her kesi,hər birimizi təbrike edirem Ne yaxsi ki varsa,ne yaxsi ki bizimlesen,ne yaxsi ki biz de seninleyik! həmise ugur zirvəsində olasan !
rovsane_82 rovsane_82 4 February 2015 20:33 Cavab yaz

Qadın.netə yeni qoşulmagıma baxmayaraq bu saytı çox sevdim.Hər nə axtarsam tapıram bu saytda.Ad gününüzüdə təbrik edirəm.Neçə belə illərə Qadın.net.
Ryos Ryos 4 February 2015 20:10 Cavab yaz

Tebrik Edirem Saytimizin 6 Yashini.O gun OLsunki Saytimiz 60 Yashini Qeyd Etsin .Saytimizin Ceylan Xanim Bashda Olmaqla Butun Yaradici Heyetine Can Saqliqi Uzun Omur Arzu Edirem.Coxsaqolunki Bu sayti Yaradib Biz Qadinlara Teqdim Etdiniz.Sesiniz Her zaman Uzaqlardan Yuksekliklerden gelsin.Yasha Qadin Net.. give_ros give_ros air_kiss
GIRIL2013 GIRIL2013 4 February 2015 19:18 Cavab yaz

TƏBRİK EDİRƏM.O GÜN OLSUN 100 YAŞINI QEYD EDƏSƏN
qeribe qeribe 4 February 2015 19:01 Cavab yaz

Ad günün mübarək olsun sevimli Qadin.Netim!!!

Ceylan xanım, Ramil bəy və bütün qadın.net ailəsi, sizləri təbrik edirəm və uğurlarınızın bol olmasını arzu edirəm!
Hər birimizin sevimlisi Ceylan xanıma öz dərin təşəkkürümü bildirirəm.
Qadın neti tanıdığım üçün fəxr edirəm.
Uğurlarımız bundan da artıq olsun inşallah.
Ad Gunun mubarək, menim sevimli saytim QADİN.NET.
Yaşasin Qadin. netimiz.
Təbriklər Qadın.netim!!!
give_ros give_ros give_ros give_ros give_ros kiss kiss
girl_2001meri girl_2001meri 4 February 2015 18:06 Cavab yaz

Tebrik edirem Qadin.net 6 yasin mubarek love Nece bele illere girl_ang
Deniz84 Deniz84 4 February 2015 17:40 Cavab yaz

Təbriklər daim zirvələrdə qadın.net
Yoxdur tayın bərabərin qadın.net
Nəyə lazım axı sənsiz internet
Xanımların sevimli guşəsisən
Uğurlarınla aya, ulduza get

Sən olmasan biz yuvasız qalmışıq
Axı sənə mehrimizi salmışıq
Keçməz sənsiz nə günümüz gecəmiz
Hər biliyi bilki səndən almışıq

Sən yarandın gözümüzə nur gəldi
qəlblərimiz gəlişinlə şənləndi
Unutdurdun bizlərə sən kədəri
Ürəyimiz sevincinlə dinləndi

Varlığın bizlərə verdi müəllim
Bir azca qatıdır .. daha çox həlim grin ifade simgesi
Həm dostur bizlərə həmdə ki sirdaş
Sevimli müəllim.. əziz müəllim!

Vauu bundan yaxşı təbrik?? Təşəkkürlər Aida give_ros
Fatma Fatma 4 February 2015 17:15 Cavab yaz

CeylanВ Mumoğlu,
Halaldı Aidə şair etdi səni bu Qadın net axırda
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика