Qadin.NET / Qadin.Net - 6 YAŞ

Qadin.Net - 6 YAŞ

Hər zaman olduğu kimi, ilk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün qeydiyyatlı sistem 2010-cu il 13 fevral tarixindən işə salınıb


4 fevral 2011-ci il tarixinə olan statistika:

4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə. 
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.

4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə. 

4 fevral 2014-cü il tarixinə olan statistika:
82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı və 128 fərqli bölmə. 

 

Ənənəyə sadiq qalaraq kiçik hesabat və məlumatlardan sonra, bizim üçün ötən ilin 6 ən əlamətdar hadisəsini qeyd edəcəyik.

Hər zaman olduğu kimi qeyd etmək istərdik ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb. 
İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də  artıq bilirsiniz ))

Qeyd etdiyimiz kimi ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik:

04 fevral 2015-ci il -  96000 qeydiyyatlı istifadəçi, 43000 xəbər sayı, 935.000 şərh sayı.


Beləliklə ötən ilin ən yadda qalan hadisələri:

1.  Ötən ilin istifadəçilərimiz üçün ən yadda qalan hadisəsi heç şübhəsiz ki, yeni Reytinq sistemidir. Artıq məlumunuz olduğu kimi, yeni yeni Reytinq sisteminə əsasən ilk dəfə məhz bizim portalda istifadəçilər sayta ayırdıqları dəyərli vaxtlarının qarşılığında əvvəlcədən müəyyən olunmuş qaydada real pullar qazanırlar. Günün və ayın ən çox şərh yazan istifadəçiləri, həftənin və ayın xəbər müəllifləri o seçilmiş istifadəçilərdir ki, bütün nominasiyalarda birinci olduqları halda ay sonunda toplam 108 AZN qazanc əldə etmə imkanına sahibdirlər! 

2. Geridə qalan il ərzində istifadənizə təqdim edilən Qadin.TV layihəsi haqda çox izahata ehtiyac olmadığını düşünürük. Artıq hər bir kəs məlumatlıdır ki, ilk dəfə olaraq Qadin.Net – İlk Milli Qadın Portalının video layihəsi sırf öz məlumat bazası ilə fəaliyyət göstərən, ölkəmizin və bir çox digər ölkələrin televiziya verilişlərini, serialları, filmləri, konsertləri, cizgi filmlərini, müxtəlif mövzulu ən baxımlı videoları, məşhurların həyat hekayələrini kəsintisiz, reklamsız sizlərə təqdim edən Qadin.TV layihəsi var. Zamanı, izləmə məkanını siz seçin! – bu sözlər görülən bütün işlərin sizlər üçün edildiyinin ən bariz nümunəsidir. Bütün işlər, layihələr sırf sizlərin rahat istirahəti üçündür. Son günlərdə isə Qadin.TV video portalının görünüşü tamamilə yenilənərək daha geniş funksionalla istifadənizə təqdim edilmişdir.

3. 2015-ci ilin yanvar ayından isə saytın ilk mobil versiyası öz işinə başladı. Artıq kiçik ekranlı mobil telefonlardan saytı ziyarətlər zamanı yaranmış nasazlıqlardan şikayət edən istifadəçilərimiz rahatlıqla sevimli saytlarını izləyə bilirlər. İlkin mərhələdə istifadəçilər üçün ən mühüm, daha çox istifadə olunan bütün imkanlar mobil versiyaya da əlavə olunmuşdur. Tezliklə mobil versiyada bütün funksionaldan tam şəkildə yararlanma imkanınız olacaq. Həmçinin "telefon" həvəskarları üçün əlavə xidmətlərin də aktiv edilməsi üzərində işlər gedir.

Əlbəttə ki, hər zaman qeyd etdiyimiz kimi bütün bu uğurları tək əldə etmədik!

Hər il qeyd etməyimizə rəğmən bir daha qeyd etməyi borc bilirik: ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri – hörmətli Redaktorlarımız, eynilə çox dəyərli Ekspertlərimiz və təbii ki, Ekspertlərimizin ən yaxın silahdaşları - Nəzarətçilərimiz, insanları doğru yöndə məlumatlandıran, xəstəliyin ilk simptomları zamanı onları düzgün yönləndirən hörmətli Həkimimiz, üzləşdiyiniz bütün problemli məsələlərin hüquqi yollarla həllini izah edən, dəyərli tövsiyyələrini heç bir vaxt ziyarətçilərimizdən əsirgəməyən Hüquqşünasımız – Sizlərin hər birinə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!  

Üzv sayı 125.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçi üzvləri:
Çox sağolun ki, qazandığımız bütün uğurlarda sizlərin əməyi əvəzolunmazdır!

Ceylan xanım və Ənvər bəy...

Hər iki dəyərli dostum, həmkarım, çalışdığı sahənin peşəkarları:
6 il, 72 ay, 288 həftə, 2016 gün, 48384 saat, 2.903.040 dəqiqə, 174.182.400 saniyə!

Bəli, bu rəqəmlər əziz dostlarımızın bütün komanda ilə birlikdə sizlər üçün çalışdığı, sizləri düşündüyü zamanın göstərciləridir! 

Və...
Ən nəhayət Siz dəyərli ziyarətçilərimiz!  

Bizlər üçün çox dəyərli olduğunuzu, bu layihəni, portalı bu yerlərə gətirənlərin sizlər olduğunuzu artıq bilirsiniz.  Bu dəfə sizə fərqli şəkildə müraciət edəcəyik:

Bəzən şikayətləriniz, bəzən yerli-yersiz narazılıqlarınız, bir-birinizdən "küsərkən" belə bizləri günahkar çıxarmağınız, əhvalınız olmayanda pozitiv enerjini burada axtarmağınız - Sizlərin hər bir sözü, addımı bizim yeni işlərimiz üçün stimuldur! 

Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...

Növbəti yaş günlərində sizlərlə eyni məkani, daha böyük uğurları paylaşmaq arzusu ilə...

Sizli bizli, sevimli saytımızın altıncı yaş günü, 6 yaşı mübarək olsun!

 

Hörmətlə,
Ramil Hüseynov
Layihə rəhbəri

4 fevral 2015
GO BACK