İnsanların tez-tez istifadə etdiyi bitkilərdən biri də nanədir. Mətbəxdə, yeməklərimizdə mütəmadi olaraq nanədən istifadə edirik. Gözəl qoxusu ilə bərabər, xörəklərimizə də ləzzət qatır. Dadından əlavə şəfa mənbəyidir. Subtropik və mülayim iqlimdə yetişən nanə payız quraqlığına və soyuğa qarşı davamlıdır. Ona görə də soyuq yerlərdə bitə bilir. Nanəni istifadə edərkən ağızda təravət yaranır. Bu bir hiss deyil, həqiqətdir. Nanənin tərkibində olan mentol bu hissi bizə bəxş edir. Saqqızda da nə qədər çox mentol olsa, bir o qədər ağızda təravət olacaq. Çiçək açmamışdan qabaq nanə yığılır, kölgə olan yerdə qurudulur. Nanə çayı pəhriz zamanı çox gözəl təsirə malikdir.
Nanənin dünyada 25-30-a yaxın növü var. Gəlin onun müalicəvi xüsusiyyələrinə birlikdə nəzər salaq.
Nanə ağrı kəsici kimi: Dəriyə tətbiq edilmə üsuluyla ağrı kəsici xüsusiyyəti vardır. Baş ağrılarında suyla qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayyətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur. Nanənin qoxusu çox ətirli olur. Nanə və Kəklikotu ilə edilən çay çox faydalı və qripə təsirlidir. (içinə qabıqlı limon dilimlənməlidir)
Həzm yollarına təsiri: Mədə və öd ifrazatını artırır, beləcə həzmi asanlaşdırır. Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizlik çəkənlərin pis ağız qoxularını önləyir. Mədə spazmasını aradan qaldırır.
Qaraciyərin dostudur: Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrısını aradan qaldırı,r öd ifrazatını artırır. Öd daşını tədricən tökür.
Mədə və bağırsaqda qaz qovucu xüsusiyyətə malikdir, rahatlıq verir. Bağırsaqlarda qida məhv olmasını önləyir, ishal keçirir. Spazmanı aradan qaldırır.
Nanənin nəfəs yollarında faydası: Astma, qrip, öskürək zamanı nanənin çox xeyri vardır. Nəfəs almağı asanlaşdırır. Bəlğəm gətiricidir.
Nanənin sinir sistemində faydası: Sinirləri sakitləşdirir, həyəcanlı və qorxulu anlarda arxayınlıq verir. Sinir yorğunluğu, sinirdən olan qusmalar, beyin yorğunluğu, beyin soyuqdəyməsi, miqren, əl ayaq titrəməsi, iflic, həyəcandan dil tutulması, yuxusuzluq, baş gicəllənmələri hallarında çox fayda verir. Ürəyi qüvvətləndirir, döyüntüləri aradan qaldırır.
Nanə həzm sistemi üçün yaxşı bir bitkidir. Qəbizlik və ishal şikayətlərində də bu təsirini göstərər. Yaxşı bir həzm üçün yeməklərdən sonra bir fincan nanə çayı qəbul etmək məsləhətdir.
Nanə xanımlara da çox faydalıdır: Aybaşının vaxtı-vaxtında və ağrısız olmasını təmin edir. Laktasiya dövründə süd miqdarını azaldır. Süddən kəsmə zamanı sinənin südlə şişməməsi üçün ana bol-bol nanə yeməlidir. Sinəyə süd düyünlənmişdirsə sinə üzərinə təzə nanə suyu vurmaq çox fayda verir.
Nanənin mədə soyuqlamasına faydası: Ani soyuq içkilər ilə mədə soyuqlamasında ən faydalı üsul nanə çayının dəmlənməsidir. İçinə 3 stəkan su, 2 və ya 3 yemək qaşığı nanə və yarım limonu incə incə dilimləyib qabıqları ilə birlikdə qaynadıb isti-isti içildiyində 2-3 saat sonra mədə soyuqlamasından əsər qalmayacaq. Dəfələrlə sınanmış üsuldur.
Limonlu nanə şərbəti
Tərkibi:
4 ədəd limonun suyu
10 ədəd təzə nanə şitili
200 qram toz şəkər
2 litr su
1 yemək qaşığı bal
3 ədəd qərənfil
Hazırlanması:
Sudan başqa bütün ərzaqları bağlı bir qab içərisində çalxalayaraq səkkiz saat gözlədin. Daha sonra suyu əlavə qaynadın. Soyuduqdan sonra süzərək xidmət edin.
Nanədən necə istifadə edilir
Nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru ya da təzə olaraq istifadə edilir. Ayrıca, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilir. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı insana sakitlik verir. Soyuqdəymə və mədə bulantısını aradan qaldırır. Həzm prossesini asanlaşdırır və bağırsaqdakı qazları təmizləyər. Nanə suyuna bir miqdar sirkə qatılıb içilsə iç qanamaları dayandırmağa köməkçi olar. Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri yox etməkdə təsirlidir. Nanəni qaynadıb buxarını qoxlasanız tənəffüs yollarını açar və soyuqdəyməyə faydalı olar.
Nanə yağının faydaları
Yorğunluq və halsızlıq zamanı nanə yağını iyləmək kifayətdir. Bu sayədə nanə yağı enerjinizi artıracaq.
Dil üzərinə damızdırmaqla da ağız qoxusunu yox edər.
Çox yemək yeməkdən şikayət edirsinizsə, iştah bağlayan xüsusiyyəti də olan nanə yağını yenə qoxlaya bilərsiniz.
Mədə qisminə bir damla nanə yağı damladaraq ovalayın.
Ayaq ağrılarını sakitləşdirmək üçün ayağınıza da sürtə bilərsiniz.
Dəri qırışıqlarını da aradan qaldırar.
Mədə bulantısı zamanı mədə üzərinə nanə yağını 2 damla damladaraq masaj edin.
Baş ağrısı zamanı alın və boyun bölgəsinə nanə yağı sürtə bilərsiniz.
Yüksək temperaturu salmaq üçün ayaqların altına sürtülməlidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mehmet Ali Erbildən xəbər var-FOTO
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Məşhur futbolçu vurduğu qolu nənəsinə həsr etdi
Avropalı bayrama nə qədər xərcləyir?
Doğuşdan sonra qəbizlik
Deniz Akkayadan Gözlənilməz ETİRAF
Dəcəl Qadın.Net xanımları (4)
Ecaskarlıq nişanəsi-"Vual"-ın tarixi
Yuxuda tərləməyin səbəbləri
Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı
Sentyabrda hava necə olacaq?
Ərinizin xəyanətini necə qarşılamalısınız?
İçimizdəki bakteriyalar
Bayramda çəkini necə qorumalı?
Belə dəyişdi: 18 aya 114 kq arıqladı
Allahın möcüzəsi: bir gözündə xəritə, o biri gözündə qartal
Okeanda müəmmalı varlıqlar peyda oldu - Alimlər ŞOKda
NASA-nın rəhbəri: "Yerdən kənarda canlı həyat var"
Sabahın HAVAsı
Türkiyədə Prezident İlham Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilib
İrandan İŞİD-ə zərbə
Qat-qat xəmirdən pendirli piroq (foto-resept)
Düyü şorbası (foto resept)
7 yaşlı uşağın ağzından 526 diş çıxarıldı-FOTO
Sinan Akçıldan qəribə açıqlama
Burma şirniyyat
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
"Arşın mal alan" Marionet teatrının səhnəsində
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Təsirli Koreya filmləri
Türkiyənin məşhur kanalı bağlandı
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Fərqli yeni il ağacları
İş adamlarının həbsinə başlanıldı
Can Yamanın Əsgərlik FOTOsu Yayıldı
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
İmtahanlar 7-dək bitəcək
Hər işçiyə əlavə 1000 dollar veriləcək - Evdən işlədikləri üçün - VİDEO
Depressiya daha çox hansı insanlarda müşahidə olunur?
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Şikayət etməyin ziyanı
Övliyaların qəbirləri dağıdılır
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
Uyğun cütlüksünüzmü?
Doğulmamış körpəsini itirən ana
Bir şəkillə həyatı dəyişən insanlar
Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
Fransa Fələstini tanımağa hazırlaşır
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
- ŞƏRHLƏR