Ərinizin xəyanətini necə qarşılamalısınız?
Etibarlı həyat yoldaşına bəzi məsləhətlər:
Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa - onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər.
Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qisqanclıq zəminində xanımlar intihar cəhti edirlər və ya ağır depressiya yaşayırlar.
Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək.
Bezi ailələrdə bu səhnələrin şahidləri günahsız uşaqlar olur. ən çox əziyyət çəkəndə onlardı. Ola bilsin nə vaxtsa böyüklər aralarındakı problemləri həll edəcəklər, onlar kiçik dünyası isə artıq çat verdi. Bu zaman bir çox uşaqlar hətta psixi travma keçirir. Sonra valideynlər həkimlərdən övladlarını xilas etməyə yalvarırlar. Halbuki özləri günahkardılar.
Birinci məsləhət
Unutmayın: kişilər sevgidə sadiq deyirlər. Onlar daim yeni təəssürat axtarışında olurlar. Bu əlaqələr onları özlərini bir daha təstiq etmək üçün vacibdir.
Ümid etməyin ki, nigah, ailə, uşaqlar kişilər üçün sevgi macəralarını yaşamaqda maneə ola bilər. Onlar bu məsələyə sadə baxırlar, və bəzən özlərini xain də hiss etmirlər.
Deyilən faktlar kişilərə bu hərəkətlərində haqq qazandırmırlar, sadəcə onların tabiətini başa düşməsində yardımçı ola bilər.
Xəyanət hadisəsindən faciə etməyin. Bundan daha yöksəkdə olun!
İkinci məsləhət
Əriniz xəyanətinin mümkün olan səbəblərini özünüz tapmağa çalışın.
Ailədə xəyanət problemi ailədaxili münasibətlərin böhranından yaranır. Əgər evdə insan mənəvi, psixolojı, fiziolojı anlaşılma, gəlb rahatlığı tapmırsa əlbəttə o, kimdənsə kənarda özünə təssəlli axtarıb tapacaq.
Qadınlar bəzən bu səbəbi inkar edirlər, çünki bu zaman günahkar, zalım, qəttar kişi deyil, xanımlar özləri şərait yaradır.
Dərindən düşünün, əgər ailənizin dağılmağını istəmirsinizsə gecə-gündüz çıxış yolları axtarıb tapın. Ərinizi qaytarın!
Üçüncü məsləhət
Ərinizi seçim qarşısında qoymayın: Ya ailən, ya da o ... qadın.
Bəzən onların başları o qədər qarışır ki, əvvəl yeni həyatı seçib, sonra peşman ola bilərlər. Seçim etməyə tələsdirməyin, əgər lazım bilsəydi özü qəti qərar verərdi.
Dördüncü məsləhət
Ərinizdən təəssüf, qəm - qüssələndirməyinizi gizlətməyin. Qoy o sizi məyus olduğunuzu görsün. Heç bir sözə ehtiyac olmasın, sizə baxıb o, artıq özünü təqsirli hiss edəcək.
Beşinci məsləhət
Uşaqlar sizin ən güclü silahınızdı. Amma heç vaxt onları bu situasiyaya qatmayın. Deməyin ki, atan picdir, o anani, sizi atıb başqa ailə tapıb.
Əriniz öz hərəkətilə sizə xeyanət edib. Ola bilər onlar üçün o nümünəvi ata olsun.
Uşaqlar sizin göz yaşlarınızı görməməlidirlər. Sizin onlara psixi travma yaşamağa səbəb olmağa haqqınız yoxdur. Valideynlərin problemlərindən övladlar əziyyət çəkməməlidirlər.
Altıncı məsləhət
Psixoloqlar həsab edir ki, qadın bu situasiyada mümkün qədər çox vaxt qazanmalıdır. Əgər bir il müddətində kişi yeni heyat qurmadısa, zaman kecdikcə bunun ehtimalı azalır.
Iki ev şəraitindən bezib ailəsinə qayıdacaq! Amma unutmayın ki, əksinə də ola bilər.
Yeddinci məsləhət
Rəqibinizlə görüşüb - münasibətlərə aydınlıq gətirmək ancaq sizin zəifliyinizi göstərəcək. Bu addımı atmağa tələsməyin!
Səkkizinci məsləhət
Əgər çox narahatsız, əsəbisiz özünüzü saxlamayın: ağlayın, ərinizin şekillərini iynə ilə deşin, qayçı ilə doğrayın, amma TƏKLIKDƏ. Bu səhnəni nə əriniz, nə də övladlarınız görməməlidir. Depressiyalar adətən sakit, problemi içində yaşayan xanımlarda olur.
Bu hadisə sizin şəxsi probleminizdi, heç bir zaman ananızla bölüşməyin. Ona yazığınız gəlsin. Balasının əzab çəkdiyini görən ana bunu daha ağır keçirir. Nə vaxtsa mənfi hadisələr sovrulsa o, sizin heyat yoldaşınızı hec zaman bağışlamayacaq. Ona görə ehtiyatlı olun!
Ən təhlükəli qadınlar ən yaxın sayılan rəfəqələrdi. Onlar size təsəlli verib arxanızca pislik edə bilərlər. Kim bilir - bəlkə elə sizə rəqib qadin sizin ən yaxın sayılan rəfiqənizdi?!
Əgər situasiyaya hərtərəfli baxmaq istəsəniz psixoloq konsultasiyasından isitfade edin. O size obyektiv qiymətləndirmədə kömək edə bilər.
Və sonda...
Müdrk insan demişdi: Bu da keçəcək.
Qəlb ağrısı - rahatlıqla əvəz olunacaq və siz bu hadisəni gülər üzlə xatırlayacaqsınız.
Sizə uğurlar.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR