Gəzsən bu dünyanın hər qarışını,
İzləsən çiskinli qar yağışını,
Sevsən baharını, sevsən qışını -
Anadan müqəddəs varmı dünyada?
Odur gözlərində şəfəq dolduğum,
Çox vaxtı küsdürüb, çox vaxt yorduğum.
Cavab ver sözümə qurban olduğum -
Anadan müqəddəs varmı dünyada?
Həyatda min cürə gəlin, qız, sona,
Hamısı birlikdə qurbandı ona.
Ruhu tanrı verir, canı da ana -
Anadan müqəddəs varmı dünyada?
Quran ayəsidi onun hər sözü,
Evin çırağıdır o şəfəq gözü.
Onu əziz tutub peyğəmbər özü -
Anadan müqəddəs varmı dünyada?
Hər anı fikirlə yüklənir başı,
Onunçün fərqi yox övladın yaşı.
Çox şirin olsa da ömür yoldaşı -
Anadan müqəddəs varmı dünyada?
Dünyadı ən böyük sehir də, sirr də
Neçə min məlum var bir kiçik sirdə.
Bir başı papaqlı atadan, bir də
Anadan müqəddəs varmı dünyada?
Uduzmazsan əməl etsən sözünə,
Bir günəş görərsən baxsan gözünə.
Heç zaman ağ olma ana üzünə -
Anadan müqəddəs varmı dünyada?
Övladın hər səhvi onu yaralar,
Saçı bəyaz olar gözü qaralar.
Göydə yaradandı, yerdə analar,
Anadan müqəddəs varmı dünyada?
Məhəbbət eşqiylə coşur, çağlayır,
Qəlbinə dünyanı çəkib bağlayır.
Çalışıb könlün al, görsən ağlayır -
Anadan müqəddəs varmı dünyada?
22 aprel 2009
Övladsız qoymasın Tanrım heç kəsi
Oğuldu atanın gücü, dirəyi,
Oğuldu atanın çırpan ürəyi.
Hər anı, hər yerdə odu dirəyi,
Olmayır uşağın yaxşısı, pisi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Ağırdı həsrəti, ağırdı dağı,
Nə qədər ağlasan güləcək yağı.
Kim istər mənasız boş yaşamağı,
Kəsilsin həyatdan ana naləsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Evin söykəndiyi bircə dayaqdı,
O varsa xoşbəxtlik ayıq-sayaqdı.
Ailə ağacdırsa, uşaq yarpaqdı,
Heç quru ağacın olmaz kölgəsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Mənasız ömürlə bezdirmə, Allah,
İnsana dərd verib əzdirmə, Allah,
Bu ağır yük ilə gəzdirmə, Allah,
Gəlsin hər obadan bir körpə səsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Belə yaşamaqdan ölmək yaxşıdı,
Yüz yazıb-pozmaqdan görmək yaxşıdı.
Vallahi, dünyada gülmək yaxşıdı,
Gəzsin hər ocaqda uşaq kölgəsi -
Övladsız qoymasın Tanrım heç kəsi.
22 aprel 2009
Müəllif:Elvin Mütaliboğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Qara şalvar tərzi üçün tövsiyələr
Bu yay ağıllı saat ola bilər
Zövqlü xanımlar üçün ayaqqabılar
İsrail terrorunda ölənlərdən biri azərbaycanlı olub
Evi yeniləyərkən ilk hardan başlamalıyıq?
Çiy bibərin faydaları
Sağlam qidalanma yolları
Ehitiyatlı olun! Qorxulu kabus oyandı
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
Hadisə azərbaycanlı qızı Murada qısqandı
Çox istəyirəm…
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
Yerlərinə yapışdır
Günün ulduz falı
Ziyafət donları
Yuliya Naçalovanın ölüm səbəbi məlum oldu
Kartof alarkən nəyi bilmək vacibdir?
Rəqəmsal portretlər
190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA
Ölümün bir addımlığında: Beyin travması
Demet Akalın səhnə geyimi ilə diqqət çəkdi-FOTO
Ermənistanda güclü zəlzələ
Təhlükəli döyüş tapşırıqlarını icra edən robot hazırlandı
Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Sevgililər gününə özəl geyim dəstləri
Yastı, yoxsa hündür?
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
İspan dili 19-cu dərs
Beren Saat xəyanət xəbərlərindən sonra İLK DƏFƏ-FOTO
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olundu
“Google”un direktorundan “TikTok” açıqlaması
Prezident çempionumuza qızıl medal verdi
Hava haqqında - 08.12.2013
“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki,...”
Hansı halda qadın işdə daha yaxşıdır?
Azərbaycan ordusunun zirehli texnikaları Ağdama aparılır - VİDEO
1 milyon adama pis xəbər
Twitter, Facebook və YouTube-a senzura
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Qaraciyər sağlamlığını qorumağın yolları
Dünyaya bənzəyən planet
Düz qarın üçün qidalar
Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
- ŞƏRHLƏR