El dərdi
O şimal çaylarından
Zəhər axdı Xəzərə.
Bütün dünya dəyişdi
Nə isə birdən-birə.
Arazım qan ağladı,
Çünki onun üstündən
Körpü salan olmadı.
Qanlı Araz dedilər,
Tarixə də qan ilə
Yazıldı onun adı.
Daşdı, coşdu coşmağa
O taydan, həm bu taydan.
Harayladı xalqımı
Yenə qalxan olmadı
Öz yerindən ayağa.
Birlik ölüb dedilər.
Babəklərin nəvəsi
Qəm xörəyi yedilər.
Məhv oldu Xəzərimin
Bütün canlı aləmi.
"Baltik" bayram eylədi,
Xəzərim çəkdi qəmi.
Dənizə axan zəhər
Damcı olub havada
Yağdı Azərbaycana.
Zəhərləndi el, oba.
Eh! Nə deyim əziz dost,
Sinəmdə el dərdi var.
Səsim çatmır heç yana,
Sanki dünya olub kar.
Deyilmi
Bilməm ömrü niyə verirəm bada,
Mən onun, o da ki, mənim deyilmi?
Zaman keçir, nə iz qoyduq dünyada
Öz işim özümə qənim deyilmi?
Dövran cavanlaşır, mən qocalrıam,
Boğur qüssə, kədər, qəm qocalıram,
Taleyim köç satır, mən köç alıram
Bu mənim öz ahım, ünüm deyilmi?
Minib köhlənini, gözləmir zaman,
Ömür fəryad edir, darıxır yaman.
Zülfüqar, gözümə çökən bu duman
Qar yağmış başımda çənim deyilmi?
Mənimdir
Loğman, iki kasa göz yaşı vardır.
De, hansı sevincin, hansı qəmindir?
Ömrün bir üzü qış, biri bahardır,
Axtardım, tapmadım, hansı mənimdir?
Dərdimi yüksələn karvan götürməz,
Bəs niyə təbiblər dərman gətirməz?
Əcəl bir ovçudur, ovun ötürməz,
Xaraba bayquşun, gül çəmənindir.
Zülfüqar, qəm çəkən damaq çağ olmaz,
Yel əssə, küllüktən təpə, dağ olmaz,
Ölən öldü, bir də durub sağalmaz
Həyat qalanındır, gor ölənindir.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
Borcu olanları türmə gözləyir
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Paris moda həftəsindən yadda qalan geyimlər
28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO
Şərəfli döyüş yolu keçən 24 yaşlı qazimiz - VİDEO
Kişilər necə qadın axtarırlar?-Müzakirə
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
Xoşbəxt ailə üçün 5 maddə
"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili
Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları
100 min dollarlıq gəlinlik geyinəcək-FOTO
Aybüke Pusat jurnalistlərə etiraz etdi-FOTO
Badımcan küküsü (foto resept)
Tənhalıq qorxusunun öhdəsindən necə gəlməli?
Marsda su?
Bakıda inşa olunan möhtəşəm olimpiya stadionunun göörüntüsü
Kimsəsiz ölən məşhur aktrisa
İngilis dili - XXIX dərs
Pişik üçün türbə ucaldıldı
Xəzər kənarında bu obyektlər hasarlana bilər - SİYAHI
Biologiyadan özünü sınamaq istəyənlərə...
42 dərəcə isti olacaq
Pişik körpəni ölümdən xilas etdi – VİDEO
Yaşlı görünməyinizə səbəb olacaq stil səhvləri
Kişilər doğuş sancısı çəkdi
Hava haqqında
Depressiyanıza səbəb yediklərinizdir!
"Qalatasaray"a İtaliyadan şad xəbər
Bu günün tarixi (23.08.2014)
Günün qoroskopu:Aktiv olun!
Ən ucuz internetli telefon buraxıldı
Günün qoroskopu: maliyyə məsələlərində mənasız risklər etməyin
Serenay Sarıkaya səs dərsləri alır-SƏBƏB
Yeni qaydalarla tədris prosesində müəllimlərin dərs yükü artacaqmı? - AÇIQLAMA
Yevlaxda Olimpiya İdman Kompleksi tikiləcək
2019 payız qarderobunuzda nə olmalıdır?
Aynada özümüzə baxırıqmı?
Bu film hər kəsi GÖZ YAŞLARINA BOДћDU - VİDEO
Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - RƏSMİ
Gənclər üçün pəhriz
Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
Bakıda qeyri-adi canlı peyda oldu-FOTO
Bu da İŞİD-in qırıcıları
Günün ulduz falı - 13.12.2013
Messi Raulu geridə qoydu
Şabalıdlı kələm dolması (foto resept)
Yeni ildə neçə gün İŞ OLMAYACAQ? - VİDEO
Xudaya yar olan şəhidimiz - VİDEO
- ŞƏRHLƏR