Keç günahımdan
Mənə qurban verdin cavanlığını,
Nur etdin ömrümün qaranlığını.
Heyif, ucuz tutdum qurbanlığını,
Görmədim, duymadım insanlığını.
Qəzəbin soyusun etirafımdan
Sənə yalvarıram:
Keç günahımdan!
Bir gəlin olardın üzü duvaqlı,
Bir xanım olardın evi çıraqlı,
Bir ana olardın oğul-uşaqlı,
Qaldın taleyi kəm, qapısı baglı,
Mən səni ayırdım dostdan, qohumdan
Sənə yalvarıram:
Keç günahımdan.
Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum könlünün son əmanəti,
Qadın nəvazişi ömrün zinəti,
Ölümdən betərmiş qadın nifrəti
Bunu öz gözümlə gördüm yaxında.
Sənə yalvarıram:
Keç günahımdan!
Ah, nələr törədir acı söz, nələr!
Mənə bal verənə içirdim zəhər.
Hicran hədəfiyəm hər axşam-səhər.
Qayıdıb sinəmə dəyir zərbələr,
Özüm yaralandım öz silahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Ömrüm tək qanadlı quşa dönməsin,
Həsrətin gözümdə yaşa dönməsin,
Baharım borana, qışa dönməsin.
Ürəyin bərkiyib daşa dönməsin,
Daşlar da od tutub yanar ahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sagalmaz xəstənəm, dərmanım sənsən.
Həkimim, hakimim, fərmanım sənsən,
Dövlətim, şöhrətim, ad-sanım sənsən.
Yeganə ümidim, gümanım sənsən,
Mən necə əl çəkim son pənahımdan?
Sənə yalvarıram:
Keç günahımdan!
Vaxt ötür, səfərə yığışır köçüm,
Rəvamı özgəni axtarım, seçim?
Bir dərya ömrümdən qalıb bir içim,
Ondan da yolunda hazıram keçim,
Keçim öz canımdan, öz var-yoxumdan,
Bəlkə ayılmadım şirin yuxumdan,
Sənə yalvarıram:
Keç günahımdan!
Sevənlər, sevməyənlər...
Qəlbi kövrək olur sevən kəslərin,
Bir çiçək solanda sarsılır onlar.
İncə duyguların, zərif hisslərin
Qanadı altına qısılır onlar.
Zülmətin bağırını yarıb əridən
Məhəbbət oduyla yanan gözlərdir.
Hər yerdə qan töküb,bəla törədən
Ömründə sevməyən ürəksizlərdir.
Üçüncü adam
Bilmirəm qara yel hayandan əsdi,
Hardan ürcah oldu bədniyyət bizə.
Axı, aramızdan su da keçməzdi,
O necə yol tapdı ürəyimizə?
Özgə qiybətləri soyutdu səni,
İndi gözlərində özgəyəm, yadam.
Bir ölüm ayırar iki sevəni,
Bir də qəlbi xain üçüncü adam.
Tofiq Bayram
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ
Şeyma Subaşından Çağatay açıqlaması-FOTO
Turistlər bizdən niyə narazı qalır? - Turizm sektorundakı bəzi səhvlər
Rihannadan qeyri-adi FOTOsessiya
Evlilik təkliflərində yeni tendensiya formalaşır
Prezidentlər danışırlar, silahlar isə susmur
Ərdoğanın ən yaxın silahdaşı siyasətdən gedir
Xaricdə təhsil almaq istəyənlərə müjdə
"Azəristiliktəchizat" qışa hazırdır?
Putin nefti bahalaşdıracaq
Türkiyədə zəlzələ
Yay geri qayıdır
İlk kosmik turist açıq fəzada 1,5 saat vaxt keçirəcək
Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
HAVA necə olacaq?-5 Noyabr
Qeyri-adi azyaşlı
70 yaşlı baba eşqə düşdü, 113 yaşlı nənəni aldı
Qaz sobaları alarkən diqqətli olun - TƏHLÜKƏ
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
Bəlkə də....kim bilir
Belinizi incə göstərəcək geyimlər
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
Günün qoroskopu: Çətinliklərdən qorxmayın!
Çağla yeni il planlarından danışdı-FOTO
Azərbaycanın dirçəlişi
Xəzərdə itkin düşən neftçi olduğu güman olunan meyit tapılıb
Günün qoroskopu: gözəl imkanlarınız ola bilər
Sabah qar yağacaq
Bu günün hava proqnozu-01.11.2013
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Neft bahalaşmağa başladı
Moda - 2012
Azərbaycanda güclü istilər olacaq
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Deniz Seki estetik əməliyyatdan SONRA
Uşaqlarınızı daha yaxından tanıyın
Yaşla bağlı və vaxtsız yaranan qırışların həlli
Azərbaycan - doğma yurdum
Satışdakı qarpız-yemiş təhlükəlidir? - AÇIQLAMA
Boş şəhəri bəzəyən rəssam
Analar, körpələrinizi bakteriyaya yoluxdurmayın!
Rəsmlərini dünya mənzərələri ilə tamamlayır
Evlənəcəyiniz insandan bunları soruşun
Merkel Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
Varlı insanlar nəyə sərmayə yatırırlar?
Evlərə görə vergi dəyişdi
ABŞ-da Zika virusu daşıyıcıları artıb
- ŞƏRHLƏR