Əziz Qadin.Netlilər! Artıq xəbərin final hissəsinə gəlib çatdıq. Qeyd edim ki, finalda xəbərin digər üç hissənin qalibləri iştirak edə bilərlər.
I hissənin qalibi: Agat_♥
II hissənin qalibi: Agats_fan
III hissənin qalibi: ๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Qalib düzgün qeyd edilmiş cavaba əsasən hesablanacaq. Yarımçıq verilmiş cavab (ilk verilsə belə) qəbul edilməyəcək. Suallara tam və düzgün cavab verməyə çalışın. Unutmayın. Burada məğlub olan yoxdur. Hər üçünüz də finaldasınız və bu artıq özü bir qalibiyyətdir. Suallara verdiyiniz düzgün cavab əsasında neçənci yerə çıxdığınızı biləcəksiz.
Qaliblərimizə veriləcək hədiyyələr:
1-ci yer 150 dəqiqə
2-ci yer 100 dəqiqə
3-cü yer 50 dəqiqə
(Azercell, Bakcell, Nar Mobile - istənilən operatora nisbi hesablama 1dəq. 0.05 qəpikdir)
Final sualları
Sual-1. 1914-cü ildə açılışı olmuş bu heykəl, 1912-ci ildə baş vermiş hadisə ilə bağlıdır. Heykəl hansı şəhərdə yerləşir və kimlərə həsr edilib?
Sual-2. O, Fransa vətəndaşı olmasına baxmayaraq, Polşanın, ABŞ-ın və başqa ölkələrin milli qəhrəmanı hesab edilir. ABŞ İstiqlal müharibəsinin (1775-1783) iştirakçısı olmuşdu. Onun adını daşıyan küçələr, parklar, qəsəbələr, meydanlar və hətta dağ var. Bütün abidələrdə onu at üzərində təsvir edirlər. Adını daşıdığı dağ ölkənin ən hündür zirvəsi hesab edilir. Söhbət hansı qəhrəmandan gedir?
Sual-3. İt cinsinin adını daşıyan bu oyun 3 əsas hissədən ibarətdir. Koreyada çox məşhur olan bu qumar oyununun və hər 3 hissəsinin adı nədir?
Sual-4. ... Amerika materikində yerləşir. Onu ilk dəfə ispanlar “kəşf” etdilər. Qeyd edilir ki, adını məhz içindəki süxurların və qumun tərkibində dəmirin olmasına əsasən qoyublar. Söhbət nədən gedir?
Sual-5. 2004-cü ildə şəhər hakimi, katibə, vəkillər, şahid, mühakimə edən, ittiham olunan və vaxta nəzarət edən şəxs 15 dəqiqə ərzində şəhər parkına toplaşdı. Şahid məhz parkda dindirildi. Bu “göstərişə” səbəb nə idi?
Sual-6. İspaniyaya səyahət edən rus jurnalisti ev muzeylərindən birində olur. Onun sözlərinə görə o muzeyə daxil olmaq yeni dünyaya daxil olmağa bərabərdir. Məkan tamamilə fərqli görkəmdə və quruluşdadır. Söhbət kimin ev muzeyindən gedir?
Sual-7. Gördüyünüz bu şəkil sadəcə nöqtələr əsasında çəkilib. Müəllifi kimdir və əsərin adı nədir?
Sual-8. Çinin imperator teatrında istifadə edilən maskalar (qrimlər) müxtəlif rənglərdən ibarət olur. Hər rəng özünəməxsus məna daşıyır. Məsələn: göy rəng-gücü və cəsarəti təmsil edir. Ağ rəng-qəzəb və zalımlığı təmsil edir. Bəs maskadakı qırmızı və yaşıl rəngləri hansı mənanı daşıyır?
Sual -9. İki gözəl şəhər paytaxt statusuna namizəd idi. Hər iki “rəqib” öz gözəlliyi ilə seçilirdi. Lakin cəmi bir paytaxt ola bilərdi. Məhz bu səbəbdən hər iki şəhərdən kənarda paytaxt salındı. Paytaxtın adını dilimizə tərcümə etsək “Görüş yeri (məkanı)” adlanır. Bəs “rəqib” şəhərlər hansılardır?
Sual-10. Məşhur rejissor X.Alfred hesab edir ki, kinonun cəmi iki əsas “hissəsi” var. Onlar hansılardı?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İranda qadınlara daha bir qadağa
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Sibel Canın yeni villası
Ürək keksi (foto-resept)
Günün ulduz falı - 22.08.2013
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Kainat gözəlinə vasitəçilik təklif olundu
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Serenaydan sevənlərinə pis xəbər
Qəzəblə depressiyanı necə idarə etməli?
Axmaqlar bir-birini cəlb edir...
Dalğaları ram edirlər
Kristina Aqilera Yeni İmicdə-FOTO
Ən gülməli heyvanlar
Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ
Oğluna İblisin adlarından birini verdi
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakıda müasir məktəb tikilir
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Fürsət: avtomobillər ucuzlaşır...
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı
İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”
Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər
Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirildi
Britaniyada istiyədavamlı şokolad icad edilib
"Time 100" Qırmızı Xalça
Azərbaycanlı şagirdlərin üz qarası
Yeddi saat ərzində şalvarına girən kobra ilə yatdı
Almalı pirojkilər(foto resept)
Avtomobil təkərindən dekorasiya
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Eynəklər
Yüngül pəhrizlə 8 kq arıqladım!
Avropa Azərbaycanın ayağına düşdü
Milli valyuta möhkəmlənməkdə davam edir
Fərqli badımcan qızartması(foto resept)
Hava yenidən isinir
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
WhatsApp-dan Google bombası
Ağcaqanadlar ölümcül epidemiya yayır-FOTO
Arqan yağının dəriyə təsiri
Saç tökülməsinin qarşısını almaq üçün tövsiyələr
Köhnə geyimlərdən yeni don tikdi
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Dünyanın virtual muzey və qalareyaları
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
ABŞ-da kütləvi həbslər başladı
Sevdiklərinizə yeni il hədiyyəsi verin
Məşhur aktyor Ben Kross vəfat etdi
- ŞƏRHLƏR