
"Ən yaxşı salat" müsabiqəsi ŞƏRTLƏRİ:
1. Müsabiqəyə yalnız fotolu reseptlər qəbul olunacaq.
2. Müsabiqəyə başqa saytlardan götürülmüş və ya müəllifi istifadəçinin özü olsa belə, başqa saytda dərc olunmuş reseptlər qəbul edilməyəcəkdir.
3. Foto reseptlərin keyfiyyətli və dolğun olmasına xüsusi diqqət yetiriləcək.
4. Müsabiqə 2 mərhələdə aparılacaq. Foto reseptlərin qəbul edilməsi və səsvermə.
5. Diqqət! Saytda olan reseptlərdən istifadəyə və həmin reseptlərin iştirak üçün təqdimatına icazə verilmir!!!
6. Reseptlərinizi hazırlayarkən diqqetli olun! Xüsusilə son olaraq "təqdimat görüntüsü" amilini unutmayın. Öz xəyallarınız, fantazilarınızla qeyri adi təqdimatlar etmə şansınız var.
7. Adminstrasiya istənilən foto resepti müsabiqəyə qəbul etməkdə və ya kənarlaşdırmaqda sərbəstdir.
8. Reseptlər sayta, qalib seçildikdən sonra, qeyd olunan müvafiq yerləri(ilk üç yer) tutan istifadəçilərin təqdimatı əsasında yerləşdiriləcək!
9. Fotoresept müəlliflərinin kimliyi müsabiqə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!
10. Müsabiqədə bütün qeydiyyatlı istifadəçilər iştirak edə bilərlər!
11. Müsabiqədə iştirak edən hər bir istifadəçinin hesabına əlavə olaraq 100 bonus xalı yazılır.
12. Səsvermənin müddəti, qaydaları və eləcədə bu mövzuya aid digər məlumatlar, iştirakçıların elektron ərizələrinin qəbulu bitdikdən sonra qeyd ediləcək.
MÜSABİQƏ qaliblərinə mükafat:
İlk üç yerin sahibi:
1-ci yer: 500 bonus xal, 5000 manat "virtual pul" + Oriflame hədiyyə qutusu
2-ci yer: 300 bonus xal, 3000 manat "virtual pul"
3-cü yer: 150 bonus xal, 1500 manat "virtual pul"
İştirak üçün hazırlanmış fotoları award@qadin.net elektron poçt ünvanına göndərin!
Son qəbul günü: 21.12.2010 - 23:59:59


Səsvermənin ŞƏRTLƏRİ:
1. Səsvermədə iştirak edəcək istifadəçinin qeydiyyat tarixi minimum 1 ayı ötmüş olmalıdır!
2. Səsvermədə iştirak edəcək istifadəçinin şərh sayı minimum 50 olmalıdır!
3. Hər bir istifadəçi yalnız 1 dəfə səsvermə hüququna sahibdir! Özü-özünə səs verən istifadəçilərin səsləri etibarsızdır!
4. "Kimin kim" olduğunu bildirmək qəti qadağandır! Cəza olaraq 3 günlük ban tətbiq olunur!
5. Qeyd olunan səsvermə şərtlərini dəyişmə hüququnu Administrasiya özündə saxlayır!
Səsvermə zamanı yalnız konkret olaraq seçimi qeyd etmək lazımdır! Bu müddətdə müzakirələr aparmaq, lazımsız, aidiyyatı olmayan şərhlər, insanları mübahisəyə sövq edən fikirlər yazmaq qəti qadağandır!
SƏSVERMƏnin SON TARİXİ: 25.12.2010-cu il, saat 23:59:59
26.12.2010-cu il, 02:05 - Nəticələr
Səsvermə zamanı ümumilikdə 65 səs qeydə alındı! Göndərilmiş 65 səsdən 42 səsin etibarlı 23 səsin isə etibarsız olduğu aşkarlandı. Ən çox etibarsız səs sayının qeyde alınma səbəbi, qeydiyyat ve şərhlərlə bağlı səsvermə qaydalarının pozulması idi!
Qalib bütün səslərin tən yarısını toplamaqla ayrılmış bütün mükafatları əldə etdi! 2-ci və 3-cü yerlərin sahibləri bəlli olmadı beləki, 3 istifadəçi eyni səs sayına sahib olduğu üçün hər 3-nüdə 3-cü yer sahibi elan edirik!
Səs toplamayan, yarışmadan gəldiyi kimi tər-təmiz gedən istifadəçilər 10, 14, 17-ci rəsimlərin sahiblərii oldu.
1 və 15-ci rəsimlərin sahibləri müsabiqənin təşkilat üzvlərini aldatmaq istədiklərindən dolayı müsabiqədən uzaqlaşdırıldılar!
Qeyd edildiyi kimi bütün iştirakçılara müsabiqədə iştirak etdikləri üçün 100 bonus xalı hədiyyə edildi!
Sonda ilk 3 pilənin sahiblərini və ümumilikdə bütün istifadəçilərin göstəricilərini Sizlərə təqdim edirik:
3-cü yer - 3 səs sayı ilə 13-cü şəkil (Konul-1988)
3-cü yer - 3 səs sayı ilə 11-ci şəkil (Narmisha)
3-cü yer - 3 səs sayı ilə 7-ci şəkil (Gunel_1188)
1-ci yer - 21 səs sayı ilə 9-cu şəkil (Niyar)
Ümumilikdə bütün göstəricilər:
1-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs
2-ci şəkil - 1 etibarlı, 0 etibarsız səs
3-cü şəkil - 2 etibarlı, 0 etibarsız səs
4-cü şəkil - 1 etibarlı, 0 etibarsız səs
5-ci şəkil - 1 etibarlı, 0 etibarsız səs
6-cı şəkil - 1 etibarlı, 0 etibarsız səs
7-ci şəkil - 3 etibarlı, 4 etibarsız səs
8-ci şəkil - 2 etibarlı, 2 etibarsız səs
9-cu şəkil - 21 etibarlı, 7 etibarsız səs
10-cu şəkil - 0 etibarlı, 0 etibarsız səs
11-ci şəkil - 3 etibarlı, 8 etibarsız səs
12-ci şəkil - 2 etibarlı, 0 etibarsız səs
13-cü şəkil - 3 etibarlı, 1 etibarsız səs
14-cü şəkil - 0 etibarlı, 0 etibarsız səs
15-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs
16-cı şəkil - 2 etibarlı, 1 etibarsız səs
17-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs
Administrasiya adından qalib, Niyar xanımı təbrik edir, bu cür fərqli, zövqlü və ən əsası orjinal görüntülü tərtibatlarla hər zaman irəlidə olmasını arzulayırıq!


XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR