Qadin.NET / "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!

"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!

"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Azərbaycan xanımlarının əksəriyyəti kulinariyanı çox sevir desek,yanılmarıq. 
4-cü müsabiqəmizi başlamazdan əvvəl, sizlərin də bildiyi kimi, əvvəlcə hansı müsabiqənin olacağı barədə səsvermə keçirdik və nəticə olaraq kulinariya mövzusu daha çox səs toplamış oldu. 
Beleliklə,4-cü müsabiqəmiz başlayır! smile 
"Ən yaxşı salat" müsabiqəsi xanımlarımızın kulinariya istedadının üzə çıxmasında mühüm rol oynayacaq. Bu müsabiqədə güclü fantaziyası ilə, saytımızda təkrarı olmayan, orijinal, ən yaxşı salat resepti və görüntüsünü yarada bilən xanım Qalib seçiləcəkdir. Keçirilən müsabiqələr içərisində ilk dəfə olaraq, yalnız qalib iştirakçı müsabiqənin təşkilati dəstəkçisi "Oriflame" şirkətinin qalib üçün hazırladığı yeni il hədiyyə qutusuna sahib olacaqdır!

 

"Ən yaxşı salat" müsabiqəsi ŞƏRTLƏRİ:

1. Müsabiqəyə yalnız fotolu reseptlər qəbul olunacaq.

2. Müsabiqəyə başqa saytlardan götürülmüş və ya müəllifi istifadəçinin özü olsa belə, başqa saytda dərc olunmuş reseptlər qəbul edilməyəcəkdir.

3. Foto reseptlərin keyfiyyətli və dolğun olmasına xüsusi diqqət yetiriləcək.

4. Müsabiqə 2 mərhələdə aparılacaq. Foto reseptlərin qəbul edilməsi və səsvermə.

5. Diqqət! Saytda olan reseptlərdən istifadəyə və həmin reseptlərin iştirak üçün təqdimatına icazə verilmir!!!

6. Reseptlərinizi hazırlayarkən diqqetli olun! Xüsusilə son olaraq "təqdimat görüntüsü" amilini unutmayın. Öz xəyallarınız, fantazilarınızla qeyri adi təqdimatlar etmə şansınız var.

7. Adminstrasiya istənilən foto resepti müsabiqəyə qəbul etməkdə və ya kənarlaşdırmaqda sərbəstdir.

8. Reseptlər sayta, qalib seçildikdən sonra, qeyd olunan müvafiq yerləri(ilk üç yer) tutan istifadəçilərin təqdimatı əsasında yerləşdiriləcək!

9. Fotoresept müəlliflərinin kimliyi müsabiqə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!

10. Müsabiqədə bütün qeydiyyatlı istifadəçilər iştirak edə bilərlər!

11. Müsabiqədə iştirak edən hər bir istifadəçinin hesabına əlavə olaraq 100 bonus xalı yazılır.

12. Səsvermənin müddəti, qaydaları və eləcədə bu mövzuya aid digər məlumatlar, iştirakçıların elektron ərizələrinin qəbulu bitdikdən sonra qeyd ediləcək.

MÜSABİQƏ qaliblərinə mükafat:

İlk üç yerin sahibi:

 1-ci yer:  500 bonus xal, 5000 manat "virtual pul" + Oriflame hədiyyə qutusu

 2-ci yer:  300 bonus xal, 3000 manat "virtual pul"

3-cü yer: 150 bonus xal, 1500 manat "virtual pul" 

 

İştirak üçün hazırlanmış fotoları [email protected] elektron poçt ünvanına göndərin! 

Son qəbul günü: 21.12.2010 - 23:59:59

İştirak edəcək hər bir kəsə uğurlar fellow
21.12.2010 - 23:59:59 - Müsabiqəyə rəsimlərin qəbulu üçün ayrılmış vaxt başa çatdı!

22.12.2010 - 03:20 - Səslərin qəbulu başlandı! Siz də öz seçiminizi edin fellow

Səsvermənin ŞƏRTLƏRİ:

1. Səsvermədə iştirak edəcək istifadəçinin qeydiyyat tarixi minimum 1 ayı ötmüş olmalıdır!

2. Səsvermədə iştirak edəcək istifadəçinin şərh sayı minimum 50 olmalıdır!

3. Hər bir istifadəçi yalnız 1 dəfə səsvermə hüququna sahibdir! Özü-özünə səs verən istifadəçilərin səsləri etibarsızdır!

4. "Kimin kim" olduğunu bildirmək qəti qadağandır! Cəza olaraq 3 günlük ban tətbiq olunur!

5. Qeyd olunan səsvermə şərtlərini dəyişmə hüququnu Administrasiya özündə saxlayır!

Səsvermə zamanı yalnız konkret olaraq seçimi qeyd etmək lazımdır! Bu müddətdə müzakirələr aparmaq, lazımsız, aidiyyatı olmayan şərhlər, insanları mübahisəyə sövq edən fikirlər yazmaq qəti qadağandır!

SƏSVERMƏnin SON TARİXİ:  25.12.2010-cu il, saat 23:59:59

Hər bir iştirakçıya uğurlar arzulayırıq!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
 "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ! "Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!

23.12.2010 - 00:17 - Müsabiqə şərtlərini (2-ci şərt) pozduğu üçün 1 və 15-ci rəsimlər müsabiqədən kənarlaşdırıldı!
Həmin rəsimlərə göndərilmiş bütün səslər silindi! Yenidən başqa iştirakçıya səs verə bilərsiniz.

 

26.12.2010-cu il, 02:05 - Nəticələr

Səsvermə zamanı ümumilikdə 65 səs qeydə alındı! Göndərilmiş 65 səsdən 42 səsin etibarlı 23 səsin isə etibarsız olduğu aşkarlandı. Ən çox etibarsız səs sayının qeyde alınma səbəbi, qeydiyyat ve şərhlərlə bağlı səsvermə qaydalarının pozulması idi!

Qalib bütün səslərin tən yarısını toplamaqla ayrılmış bütün mükafatları əldə etdi! 2-ci və 3-cü yerlərin sahibləri bəlli olmadı beləki, 3 istifadəçi eyni səs sayına sahib olduğu üçün hər 3-nüdə 3-cü yer sahibi elan edirik!

Səs toplamayan, yarışmadan gəldiyi kimi tər-təmiz gedən istifadəçilər 10, 14, 17-ci rəsimlərin sahiblərii oldu.

1 və 15-ci rəsimlərin sahibləri müsabiqənin təşkilat üzvlərini aldatmaq istədiklərindən dolayı müsabiqədən uzaqlaşdırıldılar!

Qeyd edildiyi kimi bütün iştirakçılara müsabiqədə iştirak etdikləri üçün 100 bonus xalı hədiyyə edildi!

 

Sonda ilk 3 pilənin sahiblərini və ümumilikdə bütün istifadəçilərin göstəricilərini Sizlərə təqdim edirik:

 

3-cü yer - 3 səs sayı ilə  13-cü şəkil (Konul-1988)

3-cü yer - 3 səs sayı ilə 11-ci şəkil (Narmisha)

3-cü yer - 3 səs sayı ilə 7-ci şəkil (Gunel_1188)

1-ci yer - 21 səs sayı ilə 9-cu şəkil (Niyar)

"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!

Ümumilikdə bütün göstəricilər:

1-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs

2-ci şəkil - 1 etibarlı, 0 etibarsız səs

3-cü şəkil - 2 etibarlı, 0 etibarsız səs

4-cü şəkil - 1 etibarlı, 0 etibarsız səs

5-ci şəkil - 1 etibarlı, 0 etibarsız səs

6-cı şəkil - 1 etibarlı, 0 etibarsız səs

7-ci şəkil - 3 etibarlı, 4 etibarsız səs

8-ci şəkil - 2 etibarlı, 2 etibarsız səs

9-cu şəkil - 21 etibarlı, 7 etibarsız səs

10-cu şəkil - 0 etibarlı, 0 etibarsız səs

11-ci şəkil - 3 etibarlı, 8 etibarsız səs

12-ci şəkil - 2 etibarlı, 0 etibarsız səs

13-cü şəkil - 3 etibarlı, 1 etibarsız səs

14-cü şəkil - 0 etibarlı, 0 etibarsız səs

15-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs

16-cı şəkil - 2 etibarlı, 1 etibarsız səs

17-ci şəkil - 0 etibarlı, 0 etibarsız səs


Administrasiya adından qalib, Niyar xanımı təbrik edir, bu cür fərqli, zövqlü və ən əsası orjinal görüntülü tərtibatlarla hər zaman irəlidə olmasını arzulayırıq!

Diqqət! Qalib istifadəçi öz "Qalib" statusunu Narmisha adlı istifadəçiyə hədiyyə etdi!

Təşkilati dəstək:

P.S. - hədiyyəni əldə etmək üçün administrasiya ilə əlaqə saxlayın...
15 dekabr 2010
GO BACK