Zamanla hər şey dəyişir. Hətta dəmir kimi möhkəm olduğunu düşündüyünüz faktlar belə zamanla dəyişə bilər. Bəzi reallıqlar isə məktəbdə bizə səhv öyrədilib. Milli.Az ölkə.az-a istinadən bildirir ki, bunun səbəbi şagirdlərin həmin reallıqların əslini öyrənməyə hazır olmamasıdır.
Aşağıda sizə zamanla dəyişən və ya əvvəldən səhv təqdim olunan faktlar sadalanacaq:
Əvvəl: Amerika 1776-cı il iyulun 4-də müstəqillik qazanıb.
İndi: Amerika rəsmi olaraq 1783-cü ildə müstəqil oldu.
Hər il 4 İyulda Amerikalılar Müstəqillik Gününü geniş qeyd edirlər. 1776-cı il iyulun 4-də İstiqlal Bəyannaməsi imzalansa da, Amerika sentyabrın 3-ü 1783-cü ildə Versal Müqaviləsi imzalanana qədər hələ də Britaniya hakimiyyətindən azad deyildi. Odur ki, Amerika məhz bu tarixdə müstəqil olub.
Əvvəl: Pluton planetdir.
İndi: Pluton planet deyil.
1800-cü illərin sonlarından bəri doqquz planetin potensial varlığı haqqında məlumatlar var idi. 1906-cı ildə astronom Persival Louell sirli "Planet X"i kəşf etməyi hədəfləyən tədqiqat layihəsinə start verdi.
1929-cu ildə Klayd Kombo "Planet X" olduğu ehtimal olunan Əkizlər bürcündəki ulduzların fotoşəkillərini çəkməyə başladı. 1930-cu ildə Pluton kəşf edildi və planet statusu qazandı.
Ancaq 2005-ci ildə kütləvi trans-Neptun obyekti olan Erisin kəşfi ilə Pluton kiçik planetlər kateqoriyasına keçirildi.
Əvvəl: Almaz ən qatı maddədir.
İndi: Bor nitridi nanomaterialı almazdan daha qatıdır.
Amerika və Çin fizikləri sərtliyi və digər xüsusiyyətlərinə görə almazdan üstün olan kub boron nitridinin mikrokristallarına əsaslanan xüsusi bir nanomaterial yaradıblar.
Əvvəl: Salem ifritələri dirəkdə yandırılıb.
İndi: Əslində isə onlar asılmışdılar.
Artur Millerin "Xaçpərəst"ini oxumamış olsanız da, Salem şəhər sakinlərinin ifritələri dirəkdə yandırdığına əmin idiniz. Lakin arxivoloq Riçard Traskın fikrincə, hadisə belə cərəyan etməyib. O dövrdə cadu, dirəkdə yandırmaqla yox, asılmaqla cəzalandırılan cinayət idi. Avropada isə cadu bidət sayılırdı və günahkarlar yandırılırdı. Bəlkə elə buna görə qarışıqlıq yaranıb.
Əvvəl: Piramidaları qullar tikiblər.
İndi: Piramidaları Misir fəhlələri tikiblər.
Mədəniyyət qulların piramidaları tikməsi mifini saxlayır. Lakin son arxeoloji tapıntılar əslində piramidaların misirlilərin özləri tərəfindən tikildiyini sübut edir. İşçilər yoxsul ailələrdən işə götürülürdü. Onlara böyük hörmət var idi, hətta pul da qazanırdılar. Qullara belə davranıla bilməzdi.
Əvvəl: Bir kağız parçasını yeddi dəfədən çox qatlaya bilməzsiniz.
İndi: Amerikalı tələbələr bu mifi tualet kağızı ilə rədd edirlər.
Müqəddəs Mark məktəbindəki tələbələr bunu riyaziyyat müəllimi Ceyms Stuart Tantonun nəzarəti altında 16 kilometrlik tualet kağızı və sonsuz səbrlə ediblər. Onlar yeddi saatda kağızı 13 dəfədən 2 dəfə çox qatladılar.
Əvvəl: Böyük Çin Səddi insanın kosmosdan görünən yeganə yaradılışıdır.
İndi: Əslində belə obyektlər çoxdur.
Çin səddinin nəinki kosmik gəmidən, hətta aydan da görünə biləcəyi barədə şayiələr 1938-ci ilə aiddir. Bu mifi 2003-cü ildə ilk dəfə Çinli astronavt pozdu. Onun sözlərinə görə, Böyük Sədd kosmosdan yalnız müəyyən şərtlər daxilində görünür və bununla yanaşı böyük magistral yollar, körpülər, hava limanları da görünür. Ancaq aydan ağ-mavi kürədən başqa heç nə görünmür.
Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Qorbaçov ölüm yatağında
İstanbul baş prokuroru: "İstintaqa təzyiq edilmir"
Toy üçün möhtəşəm tortlar
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Azərbaycanda iş saatı dəyişdirilir
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Bakıda uşaq musiqi məktəbi açıldı
Boşanma dövrünü rahat keçirmək üçün ...
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Uşaqlar üçün bədii film çəkilir
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Sualtı dəniz muzeyi
Aleyna Tilkinin oxşarı-FOTO
İsmayıllı rayonu
Hamilə olmağın bədənimiz üçün faydaları
Kremldə koronavirusa yoluxma faktı
Çin dollar satışını məhdudlaşdırıb
Bu mesajlara aldanmayın! - FOTO
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
Güclü külək Azərbaycanın bölgələrində bir sıra fəsadlar törədib
Özge Ulusoy
FİFA prezidenti istefa verdi
Göz yaşlarının intiharı
Ayaqlara qulluq
Ziyafət donları
Azərbaycanın dühalarından biri: Altov
Güllərin rənginə görə mənası
Paris qan içində: 7 terror aktı, 153 ölü
May ayının qalibləri!
Körpənin çənəsi niyə əsir?
Ağstafa şəhəri
Yedəkləmə üzrə rekordçu minik avtomobili
Demet Akalın izləyicisini belə sudurdu-FOTO
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Yaxın 16 ildə mən nə edəcəyəm?
Dollar yenə bahalaşdı
İpoteka kreditlərində YENİLİK
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Tələbə qız bir ilə 90 kq arıqladı
Qırışlar üçün cirə maskası
2017-ci ilin ilk ayının hava proqnozu AÇIQLANDI
Daha bir idmançımız Avropa Çempionu oldu
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
İlk baxışdan məhəbbət yalandır?
Sürücü səhərədək sərnişini gözlədi-SƏBƏB
Bakının mərkəzi bazar oldu
Körpələri öpmək niyə zərərlidir?
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR