
Dünya bazarında gedən iqtisadi proseslər, neftin bahalaşması, rus rublunun dəyərdən düşməsi artıq Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Ölkədə müxtəlif sahələrdə, xüsusən də biznes sahələrində, daşınmaz əmlak bazarında, iri ticarət mərkəzlərində durğunluq müşahidə olunur, əhalinin alıcılıq qabiliyyəti zəifləyib. Ekspertlər bu durumun səbəbini Rusiyada yaşayan soydaşlarımızın gəlirlərinin azalması və Azərbaycana, ailələrinə göndərdikləri vəsaitlərin azalmasında görürlər.
Bəs görəsən, bu iqtisadi proseslər avtomobil bazarına necə təsir edib? Avtomobil ticarəti ilə məşğul olanlar, şəxsi avtomobillərini satmaq və maşın almaq istəyənlər üçün bazarda vəziyyət necədir?
Milli.Az xəbər verir ki, bu suallara cavab tapmaq üçün "Yeni Müsavat"ın əməkdaşı Bakıda həftəsonu təşkil olunan maşın bazarına üz tutub.
Avtomobil bazarında son durumu öyrənmək üçün Yasamal rayonunda yerləşən Bakı Avtomobil Satışı Mərkəzinə yollandıq. Yalnız həftənin bazar günü təşkil olunan avtomobil bazarında durğunluq hökm sürür. İlk baxışdan alıcıdan çox, satıcı gözə dəyir. Burada istədiyiniz markadan, istədiyiniz rəngə və görünüşə malik avtomobil tapa bilərsiniz. Ucsuz-bucaqsız maşın bazarında köhnə Rusiya buraxılışı olan maşınlar və yeni, xarici markalı avtomobillər gözə dəyir. Satıcılar maşınlarında əyləşib müştəri yolu gözləyirlər.
Bazarda satıcı çox, alıcı yox
Bazarın girişində bir neçə satıcı ilə həmsöhbət olduq. Avtomobilini artıq ikinci həftədir satışa çıxaran Musa Eminov deyir ki, bazara alıcı gəlmir: “Avtomobilimi çox sərfəli qiymətə satıram. 2010-cu ilin ”Volkswagen" markalı avtomobilini 8900 manata verirəm. Real alıcı olsa, aşağı da verərəm, təki sata bilim".
Bazarda bir neçə avtomobilin qiyməti ilə maraqlandıq. 2011- ci il, Rusiya istehsalı olan VAZ 21 07 markalı maşın 6700 dollara satılır.
“Saipa” markalı İran maşını ilkin ödəniş 1250 manat olmaqla, 36 ay 250 manatdan kreditə verilir.
“Daewoo” markalı avtomobili ilkin ödənişi 2300 manat, ayda 363 manat olmaqla 53 ay müddətinə kreditlə almaq mümkündür.
2013-cü il Rusiya istehsalı olan “Niva”ları ilkin ödənişi 5000 azn, aylıq 350 manatdan 20 ay müddətinə kreditlə ala bilərsiniz.
Avtomobillərin qiymətində nəzərəçarpacaq dərəcədə ucuzlaşma olmasa da, satıcılar deyirlər ki, real alıcı olduğu zaman istənilən qədər endirim edirlər ki, avtomobili sata bilsinlər.
Satıcılar bildirirlər ki, bazara hər maşın üçün 10 manat yer haqqı ödəyirlər. Maşın alveri ilə məşğul olan Əsgər Cavadovun sözlərinə görə, bazara üç avtomobil çıxarıb, ancaq alıcı tapılmır: “Belə çətin vəziyyətdə bizə güzəşt olunmur. Sata bilməsəm də hər dəfə 30 manat yer haqqı verməliyəm, hər maşın üçün 10 manat. Elə vaxt olur ki, beş həftə sata bilmirəm. Maşının xərci borcunu ödəmir”.
Rusiyadan gələn maşınlar
Rusiyada baş verən iqtisadi böhran, rublun dəyərdən düşməsi bazara da təsir göstərib. “Niva” markalı rus maşını satan Yavər Cumayev deyir ki, Rusiyadan gələn maşınlar bazarda ucuzlaşmaya səbəb ola bilər: “Ancaq bunun nə zaman baş verəcəyi bəlli deyil. Qiymətlər olduğu kimi qalır, biz oradan ucuz ala bilmirik. Qiymət həmişəki kimi qalır”.
Maşın bazarında durğunluq yaranmasının bir səbəbi də avtomobil saytlarının bazara müdaxiləsidir. Satıcılar deyirlər ki, biz burada soyuqda müştəri gözləyirik, onlar gəlib 4-5 şəkil çəkib internetə qoyurlar, daha çox satırlar: “Bu dəqiqə maşın bazarına gələn yoxdur. Hamı avtomobil saytlarına girib maşın axtarır. O saytlardan fotoqraflar gəlib burada fotoları çəkirlər, sonra sayta qoyub satırlar. Həm daha ucuz, həm də daha əziyyətsiz başa gəlir”.
Biz bazarda müşahidə apardığımız zaman bir neçə saytın fotoqrafının çəkiliş apardığının şahidi olduq. Elçin adlı gənc fotoqraf deyir ki, bir maşının çəkiliş və elan qiyməti 5-7 manat arasında olur.
“Gömrük rüsumu avtomobildən baha başa gəlir”
Satıcılar deyirlər ki, Azərbaycanda avtomobilin gömrük rüsumu həddindən artıq yüksək olduğundan xaricdə maşın ucuzlaşsa belə, bizə baha gəlib çıxır.
Satıcı Əsgər Cavadov da təsdiqlədi ki, gömrük rüsumu avtomobilin qiymətindən daha yüksəkdir: “2006-cı ilin ”Opel" markalı avtomobilini Gürcüstanda 1500 dollara alırıq, 3000 manat gömrük haqqı verib ölkəyə gətiririk.
2008-2009-cu il istehsalı olan “Mercedes Panorama” markalı avtomobili 11 min dollara alırıq, gömrük haqqı yüksək olduğu üçün 26 minə satırıq".
Bütün bu səbəblər maşın bazarında qiymətlərə təsir edir. Ancaq alıcılıq olmadığından qiymətin necə olması satıcılar üçün önəm kəsb etmir. Söhbət zamanı satıcıların növbəti il üçün də ümidsiz olduğunu gördük. Əhalidə nağd pul olmadığından maşın almaq istəyəndən çox satmaq istəyən var. Bu durum avtomobil alverçiləri üçün əlverişsiz olsa da, maşın almaq istəyənlər üçün yaxşı fürsətdir. Əgər belə bir fikriniz varsa, gələn həftənin bazar günü yolunuzu maşın bazarından salın.
XƏBƏR LENTİ
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Sənət və estetika stresin dərmanı kimi
Sabah da qar və yağış yağacaq
Yeni Xiaomi smartfonları təqdim olundu
Qadın olmaq heç də asan deyil...
Meşədə yaşayan amerikalı ziyalılar
Nejat İşler Xocalı soyqırımı haqda: "Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi"
Dində məcburiyyət yoxdur
36 saat çəkən evliliyindən danışdı
Tələbələrin təqaüdləri artırıldı
İngiliscə danışıqda lazım olan bəzi ifadələr (3-cü hissə)
Mobil telefon savadsızlığa qarşı
Burak Özçivit Yeni İmicdə-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Retro saç aksesuarları: yaylıq
Kanadada buz vurmuş bayram
Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Üzən evlər
Yerə nəhəng asteroid yaxınlaşır
Kris Qardnerin maraqlı həyatı
Vatsapdan YENİLİK
"Əsədin dişi aslanları"
Prezidentdən yeni fərman
95 yaşlı qazi koronavirusa qalib gəldi
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Ramazan ayının 20-ci gününün imsak və iftar vaxtları
Çox ağıllı olmağa çalışmamaq daha yaxşıdır
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
Möhkəm və uzun dırnaqlar üçün
Yeni şəxsiyyət vəsiqəsi belədir
Sərnişinlər boru ilə daşınacaq
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün bir ilk
Con Kerri Gürcüstandadır
Salma Hayek ailəsindən danışdı-FOTO
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
HAVA necə olacaq?
Günün ulduz falı - 21.08.2013
Hər birimiz bir çiçək...
Cəbhənin Goranboy istiqamətində diversiya cəhdi: Erməni komandir əsir götürüldü
Gözəllik maskaları necə hazrlanır?
NASA kosmik turizmə başlayır
Xülyalarla yaşayan zavallılar
Tər qoxusunun qarşısını necə almalı?















- ŞƏRHLƏR