Dünya bazarında neftin qiymətinin 66 dollara düşməsi və Rusiyada yaşanan iqtisadi böhran Azərbaycanda mənzil bazarına da təsirsiz ötüşməyib. Bakıda evlərin əsas alıcılarının Rusiyada yaşayan soydaşlarımız olduğundan, indi onların bu ölkədə yaşanan iqtisadi böhran səbəbindən çətin duruma düşməsi Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub. Hazırda satışa çıxarılan və kirayə təklif olunan evlərin qiymətində nə dəyişikliklər var?
Mənzil bazarındakı son durumu öyrənmək üçün Bakının Nizami rayonunda yerləşən bəzi “ofis”lərə baş çəkdik.
Makler Həsənağa Alcanov deyir ki, mənzil bazarında alıcılıq qabiliyyəti sıfıra yaxınlaşıb: “Qiymətlərdə enmə var, daşınmaz əmlak təxminən 5-7% ucuzlaşıb. Bazarda təklif olunan evlərin də əksəriyyəti Rusiyada yaşayan azərbaycanlıların evləridir. Burada satıb pulunu oraya göndərirlər. Orada iqtisadi böhran yaşandığına görə, pula ehtiyac var və məcbur qalıb buradakı evlərini satırlar. Burada yaşayan insanlar isə evlərini ucuz satmırlar. Kirayə qiymətlərində, hələ ki, ucuzlaşma müşahidə olunmur. Bu adətən may-iyun ayında bölgələrdən gələn tələbələr qayıtdıqdan sonra baş verir. Dərs ili bitən kimi tələbələr evləri boşaldır və qiymətlər demək olar ki, 50% ucuzlaşır”.
Ev alqı-satqısı ilə məşğul olan Sərdar Cavadov da təsdiqləyir ki, mənzillərin qiymətində nəzərə çarpacaq dərəcədə ucuzlaşma var: “Təxminən 2000-3000 manat ucuzlaşma müşahidə olunur. Ev satmaq istəyən çoxdur, alıcı isə demək olar ki, yoxdur. İnsanların vəziyyəti pisdir, heç kimin nağd pulu yoxdur ki, ev alsın” .
S.Cavadov da ucuzlaşmada Rusiya faktorunun rolundan danışır.
Nizami rayonunda, “Neftçilər” metrosu yaxınlığında yerləşən və “makler bağı” kimi tanınan parkda toplaşan ev dəllalları da mənzil bazarında ucuzlaşma olduğunu təsdiqlədilər.
Maklerliklə məşğul olan Rəfiqə Həsənova da deyir ki, bazarda alıcı qıtlığı yaşanır: “Əvvəllər 95 min manata satılan mənzillər indi 70 min manatdan təklif olunur. “Leninqrad proyektli” mənzillər əvvəllər 110 min manata satılırdı, indi 90-95 min manata satılır. Kirayələrin qiyməti isə qalxıb. Çünki rayonlardan müraciət edənlər çoxdur. Rusiyadan, Ukraynadan, Belarusiyadan qayıdan ailələr kirayə ev axtarır. İki otaqlı, tam şəraitli, əşyalarla təmin olunmuş mənzillər 350-400 manata kirayə verilir”.
Mənzil bazarındakı durumun səbəbini izah edən iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, alıcılıq qabiliyyətinin azalması qiymətlərə təsir edib:
“Bizim mənzil bazarında apardığımız monitorinqlər də göstərir ki, bazarda alıcıların sayında azalma var. Mənzil bazarında alıcı qıtlığı, tələbatın azalması müşahidə olunur. Bu da qiymətlərə təsirsiz ötüşməyib. Bizim monitorinqlərimiz göstərir ki, oktyabr və noyabr aylarının yekunlarına nəzər salsaq artıq dekabr ayında qiymət azalmaları müşahidə edilir. Ancaq alıcı az olduğuna görə, qiymətlərin azalması çox da nəzərə çarpmır. Satışa çıxarılan evlərin nominal qiyməti dəyişməyib. Amma real qiymət azalıb. Yəni, real alıcı ev almaq istəyirsə o zaman nominal qiymətdən daha aşağı qiymətə təklif olunur. Məsələn, 350 min manata öz mənzilini təklif edənlər real alıcı tapanda, noyabr ayında 330 min manata satırdısa, dekabrda artıq 300 min manata belə razılaşırlar. Rusiyadan Azərbaycana gələn vəsaitlərin azalması mənzil bazarına təsir göstərib.
Güman olunur ki, 2015-ci ildə Rusiyadan gələn vəsaitlər 30% azalacaq, 700 milyon manata düşəcək. Nəzərə alsaq ki, mənzil bazarında formalaşan tələbin təxminən 30%-i Rusiyadan gələn azərbaycanlıların payına düşürdü ki, bu tələb artıq yoxdur. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi səbəbindən vətəndaşlar artıq qənaətə üstünlük verirlər”.
Ekspert onu da bildirdi ki, növbəti aylarda da mənzil bazarında durğunluq davam edəcək və indiki halda durğunluğun azalması üçün heç bir iqtisadi əsas yoxdur: “Artıq il başa çatır. Adətən dekabr-yanvar ayında ipoteka proqramı təsdiq olunur. Bu da tələbin azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu baxımdan Rusiyada və dünya bazarında baş verən proseslər onu deməyə əsas verir ki, durğunluq davam edəcək, qiymət azalmaları olacaq. Kirayə bazarında da durğunluq var, ancaq qiymət azalmaları müşahidə olunmur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR