Təhsil Nazirliyindən (TN) Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılmasıdır.Diaqnostik qiymətləndirilmə TN tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.Diaqnostik qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Bunun üçün www.dq.edu.az saytına daxil olaraq elektron formada müraciət edilməlidir.Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Cütlüklərin toy fotolarına dair 25 planı
Sevərkən insanla nə baş verir?
Kraliçanın ailəsi bağlı məlumatlar
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Filiz Akın koronavirusa yoluxub?
Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İstanbulu dolu vurdu - VİDEO
Ayaqdakı çatları aradan qaldıran üsullar
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Azərbaycanda yağış yağacaq
Hamiləliyin uyğun dövrü müəyyənləşib
MN: “Ordumuza məxsus PUA-nın vurulması barədə xəbər düşmənin növbəti dezinformasiyasıdır”
Soğanlı peçenye (foto resept)
Oksana Çusovitina Bakıda qızıl medal qazandı
Rəsmi nikah kəbini əvəz edirmi?
Qarpız şorbası (foto-resept)
Hicablıların burkini çimərlik geyimləri
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Microsoft və Facebook boşluq tapana...
Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?
Azərbaycan tarixindən yüz şəxsiyyət-82
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Oyunlardan nə qazanacağıq?
Rəngarəng kofta modelləri
Bu gün İlham Əliyevin doğum günüdür!
Təyyarənin qəza anı kameralara düşdü - VİDEO
Azərbaycanı gözləyən təhlükə ilə bağlı
Günün ulduz falı
Davamlı qaçmağın bədəndə yaratdığı dəyişikliklər
Azərbaycan çempionatından fantastik sıçrayış
38 uşaqlı ana: "Daha övlad sahibi olmaq istəmirəm" - FOTO
Ardaya daha bir şok
Günün ulduz falı
İnstaqramda trendə çevrilən geyimlər
Evdə paltar qurutmayın
Haley Bieberin tərzi
Metroda halın dəyişdisə, vay halına
Paşinyan xarici işlər nazirini istefaya göndərdi
Bələdiyyələrlə bağlı sərəncam
İşləməkdən yorulanlar...
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
Məşhurlar və onların oxşarları
Rusiyaya göndərilən meyvə-tərəvəz: iqtisadi qazanc, yoxsa siyasi dividend?
74 yaşlı misirli futbolçu rekorda imza atdı
Eşitmə məhdudiyyətli uşağın anasını eşitdiyi ilk an-VİDEO
General Motors ilk elektrikli velosipedini buraxıb
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Maraqlı mətbəx əşyaları

- ŞƏRHLƏR