Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
21:01PERI eleykum salam canlar necesiz 20:38Sima salam geceniz xeyir
39320

Centlmenliyə gedən 10 addım

 

Centlmenliyə gedən 10 addım

 

Bu xəbər sayəsində hər birimiz centlmenliyə doğru atılacaq on addımla tanış olacağıq. O addımlarla nə dərəcədə razı və narazı olduğunuzu siz özünüz müəyyən edəcəksiz. 

1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.

Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.

2. Münasibətin davam etməyəcəyinin fərqinə varmısınızsa, onu daha çox aldatmayın.

Bəzən işlərin yaxşı olduğunu və gələcəkdə də yaxşı olacağına özümüzü inandırırıq. Ancaq reallıqda münasibət irəliləmir, irəliləməyəcək də. Bəli, bunu qəbul etmək çətindir. Fəqət iki tərəf üçün də ən yaxşıdır budur. Vəziyyət budursa, kişi məsuliyyəti öz üzərinə götürüb addım atmalıdır. Vaxtını itirmə, ən əsası isə qarşındakı insanın vaxtını xərcləmə.

 

Centlmenliyə gedən 10 addım

 

 

3. Danışanda ona həqiqətən qulaq asın.

Qarşındakı qadının danışdığı şeylərlə maraqlan. Diqqətini çəkən bir şey yoxdursa, boş ver, o səninlə danışarkən əylənir, önəmli olan budur. Əsas məsələ ondadır ki, kübar ol və ona qulaq asa bildiyin qədər qulaq as. Təkcə qadınları deyil, ümumiyyətlə hamını dinləmək lazımdır. İnsanlar danışdıqlarının dəyərli olmasını və dinlənilməsini sevir.

4. Ona fərd olaraq hörmət edin.

Yenə də təkrar edirik: qadın əşya deyil, o, insandır, fərddir. Sizin onu sevməyinizə rəğmən sizi tərk edə bilər, sizin bir parçanız deyil. Onu sizinmiş kimi təhdid edə bilməzsiniz, ancaq hörmət edə bilərsiniz ona. Qarşındakı inanın düşüncələrinə və baxışlarına dəyər verməlisən. Baxışlarımız toqquşsa da, düşündüklərinə hörmət etmək məcburiyyətindəyik.

5. Şəxsi həyatına hörmət edin.

Əgər qarşındakı sevgilindirsə, ona yetərincə güvənmək məcburiyyətindəsən. Kişilərin çoxu sevgililərinin telefonlarına baxmağa normal yanaşırlar. Səbəb isə sevgililərinin gizlin nəsə edə bilmələrini düşünmələridir. Əsl problem inamdadır. Əgər ona etibar etmirsinizsə, ona aşiq olmamısınız. Sevirsinizsə, etibar edirsinizsə, şəxsi həyatına hörmətlə yanaşmalısınız.

6. Onun məqsəd və arzularına dəstək olun.

 

Centlmen olmaq sadəcə qapını açmaq, yaxud hesabı ödəmək demək deyil. Alicənab olmaq kübar olmaq, laqeyd yanaşmamaq, dəstək vermək deməkdir. Kişi dəstək vermək üçün qadının yanındadır.

 

Centlmenliyə gedən 10 addım

 

7. Ona yalan danışmayın.

Bəzi yalanları demək olar. Amma yalançılıq bəzən vərdişə çevrilir. Yalan danışmaq ikiüzlülükdür. Münasibətin təməli dürüstlükdür. Yalanlar münasibətləri məhv edir, onun ömrünü qısaldır. Sevdiyiniz qadına yalan danışmamalısınız. Əgər danışırsınızsa, deməli həyatınızda qaydasında olmayan nəsə var.

8. Ona xüsusi olduğunu hiss etdirin.

Hamını özünü xüsusi hiss etmək istəyir, bura kişilər də daxildir. Kişini centlmen edəcək şey, qabağındakı qadını nə qədər özəl hiss etdirməyindən asılıdır.

Burda kişinin işi özündən nələrsə uydurub qadınları olmadıqları şeyə inandırmaq deyil. Kişi qadını nə qədər möhtəşəm olduğuna inandırmalıdır. Bu çox da çətin deyil. Sadəcə arada bunu xatırlatmaq lazımdır qadına.

9. Ona güvəndə olduğunu hiss etdirin.

Təhlükəsizlik ehtiyacı, insanın təkamülündən irəli gələn bir xüsusiyyətdir. Bir kişi olaraq vəzifəmiz qadınımızı qorumaq deyil bəlkə. Təbii ki, qadın özünü qoruya bilər. Ancaq biz də onu qoruyarsaq, özünü daha uzun müddət güvəndə hiss edə bilər.

10. Onu tərk etməyin.

Həyat bəzən hamımız üçün çox çətin ola bilər. Amma bu çətinliklərə qarşı reaksiyamız, mübarizəmiz çox mühümdür. Bəzən səhvlər nəticəsində peşman olacağımız şeylər edə bilərik. Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.

Aynur Alimuradbəyli

Səslərin sayı: 2
18
2267
loading...
Şərhlər
Offline
AySel Camallı
Centlmenlikden elave insanliq var bu movzuda ..Qarsinsindakina hormet etmek
19 yanvar 2016 19:04
Offline
Mələksima
Şəxsi həyatına hörmət edin.
19 yanvar 2016 17:37
Offline
H.M
Həyat bəzən hamımız üçün çox çətin ola bilər. Amma bu çətinliklərə qarşı reaksiyamız, mübarizəmiz çox mühümdür. Bəzən səhvlər nəticəsində peşman olacağımız şeylər edə bilərik. Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.

Tewekkurler.
22 mart 2015 10:58
Offline
pure love
Oğlanlardan heç vaxt centelemenliy gözləməyin russian_
15 mart 2015 18:13
Offline
aliyeva aynur
İndi kiwilerden cox xanimlar centlmenlik edir VALLAH)))kiwilerde dinlemek qabiliyyeti yoxdu. cox sebrsizdirler. ve her zaman isteyirler ki xanimlar onlarla maraqlansinlar.
15 mart 2015 17:25
Offline
Qəribə
Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.
Təşəkkürlər Xəyalə xanım.
14 mart 2015 17:44
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
KEMALE MEMMEDOVA
Təşəkkürlər,Xəyalə xanım
12 mart 2015 16:09
Offline
Xanim_Xatun
Həyat bəzən hamımız üçün çox çətin ola bilər. Amma bu çətinliklərə qarşı reaksiyamız, mübarizəmiz çox mühümdür.
11 mart 2015 10:16
Offline
Gozel xeberdi tewekkurler)))
11 mart 2015 07:21
Offline
Ramilya ))
Indi nadir hallarda bele xususiyyetlere malik insan tapilsin )) morning xebere gore teshekkurler ))
10 mart 2015 22:58
Offline
♫ Я тебя люблю ♫
Gozel xeberdir tesekkurler give_ros
10 mart 2015 21:19
Offline
Şəri Babayeva
4. Ona fərd olaraq hörmət edin.

Yenə də təkrar edirik: qadın əşya deyil, o, insandır, fərddir. Sizin onu sevməyinizə rəğmən sizi tərk edə bilər, sizin bir parçanız deyil. Onu sizinmiş kimi təhdid edə bilməzsiniz, ancaq hörmət edə bilərsiniz ona. Qarşındakı inanın düşüncələrinə və baxışlarına dəyər verməlisən. Baxışlarımız toqquşsa da, düşündüklərinə hörmət etmək məcburiyyətindəyik.
good
10 mart 2015 19:10
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Fatma xanım
Həyat bəzən hamımız üçün çox çətin ola bilər. Amma bu çətinliklərə qarşı reaksiyamız, mübarizəmiz çox mühümdür. Bəzən səhvlər nəticəsində peşman olacağımız şeylər edə bilərik. Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.
10 mart 2015 18:18
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
Gozel bir xebere gore tesekkurler give_ros
10 mart 2015 15:54
Offline
Ellada Babayeva
Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.

yes
10 mart 2015 15:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
nihatmehtizadə
Maraqla oxudum,bəyəndim fikirlərinizi,çünki qadınların xeyrinə di.Təşəkkürlər.
10 mart 2015 15:13
Offline
●♥ Səma ♥●
Münasibətin davam etməyəcəyinin fərqinə varmısınızsa, onu daha çox aldatmayın.Təşəkkürlər,Xəyalə xanım.
10 mart 2015 14:56
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
Gözəl xəbərdir. Təşəkkürlər Xəyalə.
10 mart 2015 14:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )