Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Napoleon tortu (foto resept)

Napoleon tortu (foto resept)

Tərkibi:

Xəmir: 
2 yumurta
300 q "Best Cow" kərə yağı
6 st. un (1 st.=200 q)
100-150 ml su
0,5 ç.q. duz
4 x.q. sirkə
Bişmiş krem: 
5 yumurtanın sarısı
1,5 litr süd
3 x.q. nişasta
300 q şəkər tozu
vanil
250 q "Best Cow" kərə yağı

Hazırlanması:

Soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin.

Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. 

Onu bir qaba qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın.

Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün.

Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz. 

Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun.

Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək. 
Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın. 

Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın.

Napoleon tortu (foto resept)

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

 

Napoleon tortu (foto resept)

 

Nuş olsun!

Səslərin sayı: 13
79
45612
loading...
Şərhlər
Offline
S U S E N _BACI
denizim beh beh qat qatdi ozude nyama nyama give_ros
9 avqust 2016 18:07
Offline
Rashad Mukhtarov
alinmir mende.qaynanamin en cox sevdiyi tortdur
21 may 2016 15:37
Offline
deniz elekberzade
her zaman bisirdiyim tortlardandir cox dadli olur sekilde cetin gorunse
de bisirende rahat olur smile
17 aprel 2016 18:22
Offline
Fatma xanım
Mən də bunu bişirə bilmirəm də heç vaxt bişirməmişəm
24 fevral 2016 17:36
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Iceberg
Nese cesaret etmemiwem bu tortu biwirmeye hemiwe cetin gelib mene amma bu resept asandi, ederem

Nese cesaret etmemiwem bu tortu biwirmeye hemiwe cetin gelib mene amma bu resept asandi, ederem
21 fevral 2016 12:50
imza: shafaabdulla.blogspot.com
Offline
meryem eliyeva
cox gozeldi ellerinize sagkiq
21 fevral 2016 00:13
Offline
Shefa Ahmedova
salam.. sirke ve niwasta olmasa tort alinmaz? men indi istedim biwirem gordum evde yoxdu
16 iyun 2015 12:51
Offline
Lale
sevdiyim tortlardan biri ,amma heyfki uzun cekir hazirlanmasi
11 iyun 2015 16:30
Offline
Qəribə
Çox dadlı tortdur nopoleon tortu.
Tesekkurler canim. give_ros
28 may 2015 20:15
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sevil Babayeva
Çox dadlı görsenir çox sağ olun resept üçün.
18 aprel 2015 15:14
Offline
Azadə Həbibzadə
Menim anamda hedsiz gozel bisirir tesekkur
16 aprel 2015 19:51
Offline
gunay
Tewekkurler resept ucun. Hazirlamiwam mende.
13 aprel 2015 14:35
Offline
Azadə Həbibzadə
Menim anamda cox dadli bisirir bu tortu her seyi yerinde tesekkur resept ucun
7 aprel 2015 20:18
Offline
MAYA EL
Çox sevdiyim tortlardan biri olsaydı çayla nyam
22 mart 2015 18:12
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Aysel İ.
Bizimle paylaşdığın üçün təşəkkür edirəm. Əllərinə sağlıq canim. Bu tortu men de cox sevirem.
give_ros
cox xosuma geldi ama men basqa cur biwirem
give_ros
22 mart 2015 01:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Leyla_
cox xosuma geldi ama men basqa cur biwirem
19 mart 2015 14:31
Offline
Qəribə
Bizimle paylaşdığın üçün təşəkkür edirəm. Əllərinə sağlıq canim. Bu tortu men de cox sevirem. give_ros
14 mart 2015 17:59
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
En sevdiyim tort, tez tez olmasa da herden hazirlayiram

give_ros
10 mart 2015 14:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
H.M
En sevdiyim tort, tez tez olmasa da herden hazirlayiram
10 mart 2015 08:31
Offline
Aysel İ.
Guya indi bunu ozun hazirramisan kiii???

Şübhən var bajının əl qabiliyyətinə?diablo
9 mart 2015 00:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!