Qadin.NET / Napoleon tortu (foto resept)

Napoleon tortu (foto resept)

Napoleon tortu (foto resept)

Tərkibi:

Xəmir: 
2 yumurta
300 q "Best Cow" kərə yağı
6 st. un (1 st.=200 q)
100-150 ml su
0,5 ç.q. duz
4 x.q. sirkə
Bişmiş krem: 
5 yumurtanın sarısı
1,5 litr süd
3 x.q. nişasta
300 q şəkər tozu
vanil
250 q "Best Cow" kərə yağı

Hazırlanması:

Soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin.

Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. 

Onu bir qaba qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın.

Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün.

Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz. 

Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun.

Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək. 
Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın. 

Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın.

Napoleon tortu (foto resept)

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

 

Napoleon tortu (foto resept)

 

Nuş olsun!

20 fevral 2016
GO BACK