“Bakının ətrafında çirklənmiş göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında Bakının ətrafında çirklənmiş göllərin yaxşılaşdırılması istiqamətində yenidən tapşırıqlarını verdi. Dövlət başçısı bildirdi ki, bu gölləri təmizlənməli, gözəl ekoloji layihəyə çevirilməli və şəhərin ekologiyasına çox müsbət təsir göstərməlidir.Təsadüfi deyil ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur və bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, daha çox çirklənməyə məruz qalmış göllər - Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir.Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. İlk dövrlərində göl əsasən yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni-1,5-2,0 km, dərinliyi 4-8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min m3 təşkil edir. Bu günə qədər gölün qurudulmuş ərazisi - 15 ha qədərdir.Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.Lakin prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.Ekspertlər hesab edir ki, 9 gölün ekoloji vəziyyəti yaxşılaşdırılaraq sakinlərin istirahət mərkəzlərindən birinə çevriləcək, digər göllərin isə qurudulması nəzərdə tutulur. Bunun isə həm müsbət, həm də mənfi tərəfləri var.“Bakı ətrafı göllərin park halına salınması və onların bərpa olunması sərfəlidir. Göllərin qurudulması isə yarımadada səhrəlaşmaya şərait yaradır. Bunun nəticəsində isə yaşıllıq azalır, oksigen çatışmazlığına səbəb olur”, deyə ekoloq Telman Zeynalov ANS PRESS-ə bildirdi.Qeyd edək ki, bu yaxınlarda İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev prezident İlham Əliyevə məlumat vermişdi ki, Böyük Şor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaq. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulub. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaqdır. Ərazinin qərb sərhədini müəyyən edən altıxətli magistral şose şəklində layihələndirilmiş bənd isə bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi planlaşdırılır. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaq.Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Qulaqcıqlarla gələn bəla
Qış salatı(foto resept)
İş stressini azaldan qidalar
Sellülitin kələmlə müalicəsi
Gavalılı-almalı tart (foto resept)
Bakıya yay gəlir
Qızım mənim – başımın tacı
HAVA necə olacaq?-6 dekabr
Günün ulduz falı - 30.03.2014
Sitatlarımız - IV hissə (Son)
Ehtiyatlı olun: Skype-da yeni təhlükə yayılır
90 yaşlı rəssam nənə
Dollar kəskin ucuzlaşacaq
Xaçmazlı bacılardan nümunəvi addım - VİDEO
2019-cu ildə bizi nə gözləyir?
Zakir Həsənov onları təbrik etdi
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
"Qayıq" pizzası
"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."
Qəbulla bağlı sınaq imtahanları olacaq - Bu tarixdə
Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı
Uşaqlarda yaddaşı və zehni inkişafı artırmağın yolları
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Hamiləlik düşünənlər üçün məsləhətlər
C vitamini
Qırışları yox edən möcüzəli maska
Madonna Tel-Əvivdə Fələstin damğası vurdu - VİDEO
Evdə heyvan saxlamağın 6 faydası
2018-də hər kəsi heyrətləndirən HADİSƏLƏR
2018-in retro eynək dəbi
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Metroda bunu etsəniz 30 manat cərimələnəcəksiniz - RƏSMİ XƏBƏRDARLIQ - VİDEO
Gənclər və idman naziri vətəndaşları qəbul edəcək
Südlü türk paxlavası (foto resept)
Ən çox çəki artıran qidalar hansılardır?
Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var - RƏSMİ
Bayram qanla bitdi: 50 nəfəri tapdalayıb öldürdülər
"Jara Music Awards" keçirildi - FOTO
Bakı 2015-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı
Səyyar ASAN xidmət bu rayonlara gəlir
Azərbaycanda qızıl istehsalı artıb
Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin
“Fənərbaxça” lider oldu
Jenifer Lopes və Rihanna Yeni il gecəsi...
Hansı elektron xidmətlərdən vergi tutulacaq? - SİYAHI
Bankların bağlanmasının mənfi və müsbət tərəfləri
Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb
Sürücülərin diqqətinə!
Qadınlarımızı belə yerlərdə işləməyə qoymayacaqlar
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
- ŞƏRHLƏR