Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır.
Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə Birinci vitse-prezident Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmaddədin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.
Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.
Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şossesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Onurğa sütunu üçün faydalı olan masaj
Botoks etdirən qadınlar eybəcər hala düşdülər - FOTO
Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib
Dovşandodaqlığın irsən keçmə riski nə qədərdir?
İsraildən koronavirusla bağlı ŞAD XƏBƏR
Müasir İncəsənət Muzeyində əməkdar rəssamın fərdi sərgisi açılıb
Bentley hibrid hazırladı - FOTO
Delfinlər
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Ölkənin əsas magistral yollarından birində hərəkət məhdudlaşdırılır
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Kral ailəsində bir İLK-FOTO
Sürücülük vəsiqəsini smartfon əvəzləyəcək
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Bu gün beynəlxalq Ana-Yer günüdür
Hadise anası ilə FOTO paylaşdı
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Qarderoba nə əlavə etməli?
Zakir Həsənov cəbhədəki vəziyyətdən danışdı
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Yeni erməni rus savaşı
75 ildir böyüməyən ağac-FOTO
Mövlana sözləri -1
Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”
Plastik istifadəsini azaltmağın yolları
2014-cü ilin gəlinlik modelləri
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Fransa təkcə romantika şəhəri deyil
İbrahimoviç Parisdən qovulur
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Pensiya və maaş qalxacaq
Günün ulduz falı - 02.03.2014
Tonal krem seçimi
Epidemioloq Sergey Kravçenko: “Pandemiyanın “üçüncü dalğası” yoxdur” - MÜSAHİBƏ
Qara rəngli diş məcunu və faydası
Beyni aktivləşdirməyin ən asan yolu
Maksim Şevçenko Zəfər paradında iştirak etmək üçün Bakıya gəlir
Gündəlik sadə geyimlər
Qarğış edənləri hansı cəza gözləyir?
Evini boyamaq istəyənlər üçün
Aromaterapiya və istifadəsi
Xaricdəki diplomatik nümayəndəliklərin mədəniyyət mərkəzləri rəhbərlərinin uşaqları da diplomatik pasport ala biləcək
Ərdoğan Prezident İlham Əliyevlə görüşüb
İlon Maks oğlunun adını dəyişdirdi
2020-nin ən məşhur çantaları
Günün ulduz falı
Ukraynada koronavirusun ikinci dalğası başladı
Azərbaycanda yeni yol çəkilir














