1980-ci illərin əvvəlində salınan Gəncədəki Heydər Əliyev parkı bu gün müasir görkəmi ilə şəhər sakinləri, eləcə də yerli və xarici turistlərin ən çox müraciət etdiyi məkandır. Funksionallığı ilə seçiklən parkda əyləncə, istirahət, həmçinin mütaliə üçün bütün imkanlar yaradılıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Heydər Əliyev park kompleksi bu gün dünyanın 5 ən böyük parkı sırasındadır. Kompleksin park hissəsinin girişində dünya antik mədəniyyətinin təcəssümü olan Zəfər tağları ucalır. Parkda 3800 nəfər tutumu olan amfiteatr fəaliyyət göstərir, burada şəhər əhalisinin istirahəti üçün müxtəlif konsertlər təşkil olunur. 7 ha-ya yaxın ərazisi olan süni yaradılan göl isə parkın mənzərəsinə xüsusi gözəllik qatır. 450 ha ərazisi olan park kompleksini piyada gəzmək sakinlər üçün o qədər də asan deyil. Bunun üçün xüsusi qolf maşınlar da ayrılıb. Eləcə də park ərazisində xüsusi yollar da yaradılıb ki, kirayələnən velosipedlərlə park boyu gəzinti reallaşdırmaq olar. Bundan başqa parkda müasir incəsənət muzeyi və kafe də fəaliyyət göstərir. Park ərazisində olan yarımtikili isə gələcəkdə Uşaq Əyləncə Mərkəzi kimi fəaliyyət göstərəcək. Kompleksin ən möhtəşəm tikilisi isə Heydər Əliyev Mərkəzidir.Park kompleksində fəaliyyət göstərən tikililər içərisində Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə seçilir. Mərkəzdə bir neçə şöbə fəaliyyət göstərir. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Burada şüşədən müasir günbəz var. Günbəzdə Azərbaycanın xəritəsini əks etdirən çılçıraq quraşdırılıb. 4500 kv.m sahədə yerləşən 21 metr hündürlüyü olan H.Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir. Burada Heydər Əliyev Muzeyi, müxtəlif ornomentli xalçaların toxunduğu xalçaçılıq mərkəzi, rəqs dərnəyi fəaliyyət göstərir. İkinci mərtəbədə yerli və dünya ədəbiyyat nümunələri ilə zəngin kitabxana, ideya-resurs mərkəzi və linqofon otağı var. 3-cü mərtəbədə isə 300 nəfərlik konfrans zalı fəaliyyət göstərir. Həmçinin mərkəzdə ödənişsiz dil kursları fəaliyyət göstərir ki, bu təşəbbüsdən gənclərimiz istifadə edə bilərlər.
XƏBƏR LENTİ
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Səbrsizlik də xəstəlikdir
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Dünya daha bir təhlükəli virusla üz-üzə
Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Subay pilotlara iş olmayacaq
Başqa dünyalar bir rəssamın gözü ilə
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
Aldatma da genetik keçir
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Mənim dərsliyim Sənsən!
Ölçü fərqinə təəccüblənəcəksiniz
Bu mahnılar işgəncə verir
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Yeni il çox maraqlı keçəcək
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Hər gün 4 badam yemək üçün 7 səbəb
Hava haqqında
Borc verərkən diqqət edin!
28 milyon dollarlıq villa
Stress və gərginlikdən xilas olmağın 15 yolu
Ispanaq piroqu(foto-resept)
Azərbaycana xüsusi taksilər gətirildi
Möhtəşəm gəlinliklər
Bunları bilmək maraqlıdır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
​Mart ayında 6 gün dərs olmayacaq
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Hamiləlik dövrləri (32-39 həftələr)son
Rusiyanın xalq artistləri Bakıya gəlir
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Əncirli bisküvit (foto-resept)
Stil ikonu Taylor Tomas Hill
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
Megan bir daha diqqət mərkəzində-FOTO
Azərbaycanda çörək bahalaşır?
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
“Anam məni tərk etdi, bu günahdırmı?”
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
217 min dollarlıq çanta satıldı-FOTO
- ŞƏRHLƏR